İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
[Yunus, 12]
"Biriniz bir naqislik gördüyü zaman onu əli ilə dəyişdirsin. Əli ilə dəyişməyə gücü yetməzsə, dili ilə dəyişdirsin. Dili ilə dəyişdirməyə də gücü çatmasa qəlbiylə düzəltsin (yəni ona razı olmayıb, onu inkar etsin). Bu, imanın ən zəif dərəcəsidir."
[Səhih-i Müslim]
Çox asan görünər dərk etmək Onu, Lakin heyrət olar bu işin sonu. Böyük Yaradanı duymağa meyar Dəlildən, qiyasdan başqa nə olar?! Ağıl qiyas ilə çalışıb durar, Onu dərk etməkçün dəlil axtarar. Düşüncənə daha yol vermə artıq, Qarşına dağ çıxar, ya da qaranlıq. İdrakın çatırsa Vahid Allaha, «Nədir və necədir?» – soruşma daha. İşıq axtardığın alovlu şamdan Onun təkliyinə sübut taparsan.
Nizami Gəncəvi
KAİNATDA NƏ VARSA...
[ Düşüncə gündəmi / 1017 dəfə baxılıb ]
Kainatda nə varsa suda yaşadı öncə, Üstümüzdən su keçər doğulunca, ölüncə...