"Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün savab qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır."
[Hədid,18]
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) zövcələrindən bəzisi Peyğəmbərdən: “Hansımız sənə daha tez qovuşacaq?”– deyə soruşdular. O: “Əli ən uzun olanınız”– deyə cavab verdi. (Belə deyəndə) onlar bir qamış götürüb qollarını ölçməyə başladılar. Ən uzun qollu Səudə idi. Lakin sonra Zeynəb bint Cəhş vəfat etdikdə biz başa düşdük ki, "uzun əl" deyildikdə, sədəqə (vermək) qəsd edilirmiş. O, hamımızdan tez Peyğəmbərə qovuşdu. Həqiqətən o, sədəqə verməyi sevirdi.”
[əl-Buxari, 1420]
Sədəqə Allaha sədaqətin isbatıdır.
İNSAN
[ Düşüncə gündəmi / 2903 dəfə baxılıb ]
Ana bətnində yatmış vəziyyətdə 6 günlük insan embrionu.
Allahın varlığına inanmaq üçün dənizlərin yarılması, ölünün dirilməsi və ya Ayın parçalanmasını görməyə gərək yoxdur. İnanmaq istəyən qəlb ətrafına baxıb bir az düşünsə yetər. Qurani-Kərimin bir çox yerində bizlərə xitabən deyilir ki, "Siz heç düşünmürsünüz?"