"(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir!"
[Bəqərə, 195]
"Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin!"
[Tirmizi, 25/2459]
Insanlarin aclıq və səfalət içərisində çırpındığı bir zaman və məkanda israfa xərclənəcək bircə qəpiyin belə ağır bir axirət hesabı olduğunu unutmamaq lazımdır.
Allah Rəsulu tövbə və istiğfar edilməsini tövsiyə edərkən "Ey insanlar" xitabıyla hər kəsi, hər mömini hədəf aldığına görə, mənəvi vəziyyəti nə olursa olsun, bütün insanlar Allahdan bağışlanma diləməyə məcburdur. Çünki heç bir varlıq Ona qarşı etməsi lazım olan vəzifələrini və qulluq borcunu layiqiylə edə bilməz. Edə bilmədikdə isə ondan qüsurları səbəbiylə əfv və bağışlama diləməsi bir qulluq vəzifəsi olar.
"Salam verdim, rüşvət deyil deyə almadılar" deyir dahi Fizuli. Fizuli qarşısındakını İNSAN bilib, ona salam verib, onu da Allahı anmağa, onun adını zikr etməyə çağırıb. Qarşısındakı isə Salama maddiyat kimi baxıb, onu anlamayıb, pul-para olmadığı üçün almayıb. Ona edilən duanı anlamayıb. Salamın Allahın adı olduğunu unudub.

Ən böyük ölçüsüzlük və saxtakarlıq Allahın haqqını başqasına verməkdir. Bunu etmək insanın ağıl tərəzisinin yanlış olmasından qaynaqlanır. Hər şeydə ölçü və tərəzini qorumaq ədalətdir. Allahın haqqı Allaha, qulun haqqı qula verilməlidir. Qula və ya ona bənzər istənilən yaradılana İlahlıq yaraşdırmaq tərəzidə saxtakarlıq etməkdir.
“Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o mənə malı ilə arxa durdu. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.”
İmana dəvət edildim. "Bütünü qır, sonra gəl!" - dedilər. "Bütüm yoxdur ki..." - dedim. ""Lə" demədiyin, vaz keçə bilmədiyin hər şey sənin bütündür", dedilər. "Bütün işlər bir “Lə”yəmi bağlıdır? Olsun" - dedim. Hər şeyə "Lə"deyib gəldim. Nə söylədiyinin fərqindəsənmi? "Lə" dediklərinə həqiqətən arxa çevirə biləcəksənmi?!
Allahu Əkbər kəlməsində ifadə olunan təkbir, Allahı hər cür nisbətdən təmizlənmiş olaraq böyük, ən böyük, yeganə böyük kimi anlamaq və bilməkdir. İnsan təkbir gətirərkən dünyasını əllərinin tərsi ilə arxaya itələyər. Önündə sadəcə Rəbbinə uzanan bir yol qalar. O yol sıratı müstəqimdir.
Hər kəsin bir qəlbi yoxdurmu? Var amma, Quran köksündə "qan nasosu" daşıyan hər kəsi "qəlb sahibi" saymır. Ondan heyvanlarda da var. Üstəlik həcmcə daha da böyük. Daha çox qan nasoslaya bilirlər. Lakin Quran onları özünə muxatab qəbul etmir. Quran "bir qəlbə sahib olan kimsə" deyərkən; axtaran, maraqlanan, soruşan, şübhə edən, iman edən, sevən, darıxan, sızlayan, inləyən, yanan aktiv bir qəlbi nəzərdə tutur.
Bilən insan təvazö sahibidir. Bar verən ağac kimi başını yerə əyər. Boş insanların başı yüksəklərdədir. Elə bil ki, yüksək dağları onlar yaradıb. Ədasından yanlarına yaxınlaşmaq da mümkün olmur. Belə insanların nə özünə, nə də cəmiyyətə heç bir faydası olmaz. Susmaq, yorulmadan edilən ibadət, xərc ödəmədən əldə edilən bir zinət, hökmdarlığa möhtac olmadan ələ keçən bir dövlətdir.
Kainatda nə varsa suda yaşadı öncə, Üstümüzdən su keçər doğulunca, ölüncə ...