Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
TÖVBƏ VƏ İSTİĞFARIN ÖNƏMİ
[ Oxu! / 3112 dəfə baxılıb ]
|
وعن الأَغَرِّ بْن يَسار المُزنِيِّ رضي الله عنه قال : قال رسول الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم : « يا أَيُّها النَّاس تُوبُوا إِلى اللَّهِ واسْتغْفِرُوهُ فَإِنِّي أَتُوبُ فِي اليَوْمِ مِائَةَ مَرَّةٍ » رواه مسلم
Əğarr İbni Yesər əl-Müzəni (radiyallahu anhdən) rəvayət edildiyinə görə Rəsulullah (səllallahu əleyhi və səlləm) belə buyurdu:
"Ey insanlar! Allaha tövbə edib ondan bağışlanma diləyin. Çünki mən ona gündə yüz dəfə tövbə edərəm."
Müslim, Zikr 42. Ayrıca Əbu Davud, Vitr 26; İbni Macə, Ədəb 57
Əğarr İbni Yesar əl-Mizəni
Onun Mədinəyə ilk hicrət edənlərdən olduğu bilinməkdədir. əl-Cüheni soyadı ilədə xatırlanmaqdadır. Özündən İbni Ömər, Müaviyə İbni Kurrə və Əbu Bürdə hədis rəvayət etmişlər. Əğarr haqqında qaynaqlarda çox məlumat yoxdur. İkisi tövbə və istiğfara aid olmaqla üç rəvayəti vardır.
Allah ondan razı olsun!
Şərh
Hədisi şərif "Ey insanlar!" deyə başladığına görə bütün insanların tövbə və istiğfara dəvət edildiyi aydın olmaqdadır. Bəzi alimlər mövzumuzun başında keçən "Hamınız Allaha tövbə edin, ey möminlər!" ayəsinə baxaraq "Ey insanlar!" xitabıyla yenə möminlərin nəzərdə tutulduğunu söyləmişlər.
Allah Rəsulu tövbə və istiğfar edilməsini tövsiyə edərkən "Ey insanlar" xitabıyla hər kəsi, hər mömini hədəf aldığına görə, mənəvi vəziyyəti nə olursa olsun, bütün insanlar Allahdan bağışlanma diləməyə məcburdur. Çünki heç bir varlıq Ona qarşı etməsi lazım olan vəzifələrini və qulluq borcunu layiqiylə edə bilməz. Edə bilməyincə də ondan qüsurları səbəbiylə əfv və bağışlama diləməsi bir qulluq vəzifəsi olar.
Tövbə və istiğfar insanın özünü və qüsurlarını, Rəbbini və Onun ucalığını tanıması, Rəbbinə möhtac olduğunu etiraf etməsi və beləcə mənəvi yüksəlməyi arzu etməsi mənasını gəlməktədir. Bir əvvəlki hədisdə Rəsulu Əkrəm (səllallahu əleyhi və səlləmin) gündə yetmişdən çox tövbə və istiğfar etdiyi rəvayət edilmişdi. Bu hədisi şərifdə tərəddüdsüz bir rəqəmlə gündəlik tövbə və istiğfarının yüz olduğu ifadə edilmişdir. 1876 nömrəli hədisdə gələcəyi üzrə Abdullah İbni Ömər Hz. Peyğəmbərin bir məclisdə yüz dəfə:
"Rabbiğfirli və tüb aleyye, innəkə əntət-təvvabür-rahim: Ya Rəbbi! Məni bağışla; tövbəmi qəbul buyur. Şübhəsiz sən tövbələri qəbul edən mərhəmət sahibisən" dediyini, özlərinin də bunu saydıqlarını söyləməkdədir. Bu və bundan əvvəlki hədis, Ümməti Məhəmmədin tövbə etməklə vəzifəli olduğunu, etiraz edilə bilməz nümunəmiz Hz. Peyğəmbərin tətbiqi ilə göstərməkdədir. Heç kim Peyğəmbərdən daha üstün bir mövqedə olmadığına görə, hər kəsin tövbəyə ehtiyacı vardır.
Hədisdən öyrəndiklərimiz:
1. Bir əvvəlki hədisi şərif üçün deyilən nəticələr, eynilə bu hədis üçün də etibarlıdır.
2. İstiğfarın müəyyən bir sayı yoxdur. Yetmiş və yüz rəqəmləri çox istiğfar edilməsi lazım olduğunu ifadə etmək üçün deyilmişdir. Bizim üçün tövbə və istiğfarın minimum rəqəmi yüz olmalıdır.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.