"Mən, palçığı mərhələlərdən keçirərək səs verən torpaq halına gətirib ondan bir bəşər yaradacağam. Ona biçim verib içinə ruhumdan üflədiyim zaman, onun üçün salama durun" dedi. Bunun üzərinə bütün mələklər salama dayandılar. Ancaq iblis, salamlayanlarla birlikdə olmaqdan imtina etdi. Allah: "Ey iblis, sən niyə salamlayanlarla birlikdə olmadın?" dedi.
Allah Quranda bizə insanı tanıdır. Kim olduğunu, niyə yaradıldığını, nədən yaradıldığını söyləyir. Özünü İnsana tanıdır. Qüdrətini, Sevgisini, Mükafatını... bir də Cəzasını xatırladır. İnsana Dostunu tanıdır. Kiminlə və niyə dost olmalı olduğunu anladır. Cənnətini təsvir edir. Bu dünyada bənzərlərini göstərdiklərinin orjinalını axirətdə verəcəyinə dair söz verir. “Odunu daşlar və insanlar olacaq” cəhənnəmdən çəkindirir, qoruyur.

"Əgər getdiyiniz mühit və getdiyiniz cəmiyyət İslami deyilsə o mühitə və o cəmiyyətə uymayın. Getdiyiniz mühiti və daxil olduğunuz cəmiyyəti şəxsi inanclarınıza uydurun. Getdiyiniz yerə inancınızı da özünüzlə bərabər aparın. Şəxsi dəyərlərinizə uyğun bir çevrə yaratmasanız, başqaları sizin adınıza, sizin dəyərlərinizlə daban-dabana zidd bir çevrə yaradacaqlar.
Tanışlarımın istənilən bir hadisəyə mən qane etməyən davranışlarını görərkən mən belə etməzdim deyirdim. Deyirdim, amma başqalarına baxıb mən belə etmərəm dediklərimin hamısını etdikdə əslində özümü tanımadığımı anladım. Hamını tanıyan mən sən demə özümü tanımırammış.
Tək-tənha bir səfərə çıxsaydın, gedərkən iki yolayrıcına çatsaydın, yolların biri çox asan, o biri isə çox çətin görünsəydi, amma çətin yolun üstündə “Bu yol şəhərə aparır” nişanı, asan yolun üstündə isə “Təhlükəlidir” yazılmış olsaydı, hansı yolu seçərdin? Baxırsan ki, “təhlükəlidir” yazılan yolun kənarları gözəl ağaclarla bəzədilmiş, hər tərəf yaşıllıq, gül-çiçək və meyvələr bol-bol, uzaqdan kef-əyləncə məclisləri görsənir, şəhərə aparan yol isə daşlı-kəsəkli, dərəli-təpəli, əyri, tikanlı, sınıq-salxaq və hər cür məşəqqət doludur.
Hamımızın uşaqlıqda oynadığı bir sevimli oyun vardı. Gizlənpaç adında. Yaşca özümdən böyüklər o oyuna məni də qoşanda, ilk gizləndiyim etibarlı yer özüm olmuşam ‐ özümdə gizlənmişəm. Necə? Sadəcə ‐ gözlərimi yumaraq. Elə bilmişəm ki, gözümü yumanda heç kim məni görməz. Necə ki, mən heç kimi görmürdüm, qaranlıqdan başqa…
Başqalarının öyrətdiyi eşq sahibini həbs edən bir vurğunluğa dönürdü. Onun öyrətdiyi eşq isə sahibini azad etdi. O eşq cizgisini izləyənlər sevdikcə daha çox azad oldular, azadlaşdıqca sevdilər və sonda həyatı bir qucaq dolusu məhəbbətə çevirdilər. Məhəbbətə, yəni insanın xərclədikcə çoxalan tək sərmayəsinə...
“Qardaşın kimdir?” sualına “yol yoldaşı olmamışıq” deyirik e... Bax, eləcə dost dediyinlə yol yoldaşı olmalısan. Dost yolda tanınar. Başınıza bir bəla gəldiyində yol yoldaşın arxana deyil önünə keçsə, bir səhrada yol gedərkən su bardağındakı sonuncu bir qurtum suyu sənə verib özü susuz qalsa, bir tikə çörəyini səninlə bölüşsə, sənə özündən çox qayğı göstərsə deməli güvənilməyə layiqdir.
"Rəbbimiz! Biz iman etdik; bu üzdən bizi bağışla, bizə mərhəmət et! Mərhəmətlilərin ən xeyirlisi Sənsən!" (Muminun, 109)