“Sizi tək bir candan xəlq edən, ünsiyyət qurub sükunət tapsın deyə ondan onun zövcəsini yaradan Odur...”
Əraf, 189]
"Qadınla dörd şey üçün evlənilir; Malı, nəsli, gözəlliyi və imanı. Sən imanlı olanını seç ki, evin bərəkətli olsun.
Buxari, [460]
Qadınla kişinin evli olması imanda qardaş olmalarına əngəl deyil.
[Hikmətli sözlər]
DİN GÜNÜ (2)
[ Təfsir / 249 dəfə baxılıb ]
|
5- "Onlara İbrahim hadisəsini də anlat. Bir zamanlar atasına və xalqına: "Siz nəyə ibadət edirsiniz?" demişdi. "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" deyə cavab vermişdilər. İbrahim: "Dua etdiyiniz vaxt onlar sizi eşidirlərmi və ya sizə bir xeyir ya da ki, ziyan verirlərmi?" dedi. "Amma atalarımızdan belə görmüşük" dedilər. İbrahim: "Yaxşı" dedi, "Bu ibadət etdiyiniz şeylərə siz və atalarınız başını qaldırıb heç baxmadımı?" "Aləmlərin Rəbbi istisna olmaqla bu tanrıların hamısı mənim düşmənim. Çünki məni yaradan, sonra da məni doğru yolda yönəldən Odur. Məni yedirdən də, içirdən də Odur. Xəstələndiyim zaman mənə şəfa verən Odur. Məni öldürəcək olan, sonra yenidən dirildəcək olan Odur. Və DİN GÜNündə günahlarımı bağışlamasını ümid etdiyim Odur." (Şuəra; 69-82).
Din günü hegemonluğun sona çatdığı, sərvət sahiblərinin mövqelərini itirib, mülkün tamamilə Allaha (xalqa) aid qılındığı gündür. O gün tək malik Allahdır…
6- "Rəbbin mələklərə: "Mən, palçığı mərhələlərdən keçirərək səs verən torpaq halına gətirib ondan bir bəşər yaradacağam. Ona biçim verib içinə ruhumdan üflədiyim zaman, onun üçün salama durun" dedi. Bunun üzərinə bütün mələklər salama dayandılar. Ancaq iblis, salamlayanlarla birlikdə olmaqdan imtina etdi. Allah: "Ey iblis, sən niyə salamlayanlarla birlikdə olmadın?" dedi. İblis: "Qurumuş palçıqdan yaratdığın bir bəşərə salama dayanmağım mənə yaraşmaz" dedi. Allah: "O halda çıx oradan; çünki sən artıq burada qala bilməzsən. DİN GÜNünə qədər bura yaxınlaşma " dedi. (Hıcr; 28-35).
Bu ayənin də açıqlaması 3-cü ayənin açıqlaması ilə eynidir.
7- "Vay başımıza gələnə! Məhz bu DİN GÜNÜDÜR." deyəcəklər. Onlara: "Bəli, bax bu yalan dediyiniz o gün; səflərin ayrılıq günüdür" deyiləcək. Və bir səs: "O zülm edənləri, yardımçılarını və Allahdan başqa tapındıqları şeyləri yığın. Göndərin atəşin yoluna. Tutun, yaxalayın hamısını çünki sorğudan qaça bilməyəcəklər" deyəcək." (Saffat; 20-23).
Gördüyümüz kimi burada da din günü səflərin ayrıldığı, zülm edənlərin və yardımçılarının (yoldaşlarının), Allahın altında tapındıqlarının toplanıb hesaba çəkildiyi, bir-bir etdikləri zülmün hesabını verdikləri gündür. Deməli din günü "zülmün" hesabını verməklə əlaqədardır.
8- Sənə sual verirlər; "DİN GÜNÜ nə vaxtdır?" Atəş üzərində yandırıldığınız gün! "Dadın özünüzə ayırdıqlarınızı! (fitnələrinizi). Bax budur sizin tələsərək istədiyiniz!" Çəkinənləri isə cənnətlər, çeşmələr gözləyir. Rəblərinin onlara verdiyini alacaqlar. Çünki onlar dünyada ikən gözəl əxlaq sahibi idilər. Gecə yarılarında qalxardılar. Səhər vaxtlarında tövbə edərdilər. Onların mallarında istəyənin və yoxsulun haqqı var." (Zariyat: 12-19).
Bu ayədə keçən "fitnə" kəlməsinin istifadəsi də çox maraqlıdır. "Onlara bunların (yığıb yoxsullardan gizlətdiklərinizin) hesabını din günü verəcəksiniz" deyilincə "Nə zamanmış bu din günü" deyə lağa qoyardılar. "Atəş üzərində fitən edildiyiniz gün" yəni qızılın cövhərinin tullantısından ayrılarkən atəşdə qızdırılması kimi sizin də yandığınız gün deyilir. Burada fitnə/fitən kəlməsi istifadə edilir. Sonra "Dadın fitnələrinizi" yəni mədəni tullantısıdan ayırıb qızılını özünüzə götürdüyünüz kimi mənimsədiyiniz malların dağlanıb sizə atəş olaraq geri dönməsini də dadın. Burada da fitnələriniz deyilir. Fitnə, Ərəbcədə qızılla əlaqədardır. Şeytan (əl-Fəttanu), iki fitnə: qızıl və gümüş/dirhəm və dinar (əl-Fəttanan), zərgər (əl-Fətən) sözləri də bu kökdəndir. Bu halda ayə "Özünüz üçün yığdıqlarınız (haza ma kənəztum liənfisəkum), dadın yığdıqlarınızı"(zuqu ma kuntum təknizun) ayəsiylə eyni şeyi söyləyir. (Tövbə; 34-35). Deməli din günü yoxsulların və məhrum buraxılanların haqqı olan gizlədilmiş sərvətin (kənz/fitən) hesabının soruşulacağı gündür. Deməli din günü "qızıl, gümüş, yoxsullar, məhrumlar" ilə əlaqədardır.
9- "İnsan xəsis və həris yaradılmışdır. Başına bir pislik gəlincə fəryad edər. Əlinə mal keçincə (xeyir toxununca) məhrum edər, verməz. Ancaq salat edənlər istisnadır. Onlar sürəkli olaraq salat üzrədirlər. Mallarında İstəyənin və məhrum buraxılanın haqqı vardır. (Çünki) Onlar DİN GÜNünü təsdiq edərlər." (Məaric: 19-26).
(Öncəki ayə ilə eyni). 10- Xəyanət edənlərin vay halına! Onlar alacaqlarının son qəpiyinə qədər arxasına düşərlər. Amma iş verəcəklərinə gəlincə bir az da olsa necə oğurlaya biləcəklərini hesablayarlar. Onlar dirildiləcəklərini sanmırlarmı? O böyük gündə… İnsanlar o gün Aləmlərin Rəbbi üçün ayağa qalxacaq. Xeyr! Yoldan çıxanların sicili tutuldu. Bilərsənmi, sicil demək? Orada hər şey maddə-maddə yazılmışdır. O gün yalan deyənlərin vay halına! Onlar DİN GÜNünə yalan deyənlərdir." (Mutaffifin: 1-11).
Gördüyümüz kimi buradakı mövzu da eynidir. Deməli din günü bütün xəyanətin hesabının soruşulacağı gündür. O gün oğurlanan, mənimsənilən, dosta-tanışa bağışlanılan hər zərrənin hesabı soruşulacaq. Deməli din günü "xəyanət"lə əlaqədardır.
11/12- "Bilərsənmi, nədir DİN GÜNÜ? Bəli, nədir görəsən DİN GÜNÜ? O gün heç kəs heç kəsin karına gələ bilməz! O gün artıq iş/əmr Allahındır." (İnfitar; 17-19).
Və "din günü" kəlməsinin keçdiyi son ayə… İki dəfə "din günü nədir?" deyə soruşur. Ardından cavabı verir. Diqqət yetirin: "O gün heç kəs heç kəsin karına gələ bilməz!" (Yəvmu la təmliku nəfsun linəfsin şeya).
"Maliki yəvmuddin"dəkı mülk ilə eyni kökdən: təmliku… Yəni o gün kimsə mülk sahibi ola bilməyəcək, o gün mülkün hamısı Allahın (xalqın) olacaq… Məhz "din günü" budur.