Müsəlmanların birliyinin zəruri olmasını tələb edən dəlillərə əsasən, İslamın səkkiz məzhəbindən (cəfəri, zeydi, hənəfi, maliki, şafei, hənbəli, zahiri, ibadi) birinə tabe olanların İslam ümmətindən sayılması və ya müsəlman adının onlara şamil olması barədə görəsən İslam alimlərinin fikri necədir? Onların fikrincə, həmin məzhəblərdən birini kafir hesab etmək doğrudurmu?
Qələm söz ilə yazı arasındakı elçidir. Söz isə Allah adına oxunanda və yazılanda dəyərli olur. Sözə dəyər qatan onun da, bizim də Rəbbimiz olan Allahdır. Çünki söz insandan öncə yaradıldı. Allah “Ol!” dedi hər şey olmağa başladı. Bu fövqəladə hadisəni isə insanlığa “qələm” danışdı. Sözü sahibindən alıb ünvanına çatdıran qələm.

Ey iman etdiyini iddia edən! Pislikdən yaxşılığa, küfrdən imana, büt dolu Məkkəndən iman yolu Mədinənə hicrətə niyyət etmirsənsə, Sərvin ətəyində dolaşma, təpəsinə çıx. Yardım ancaq oradadır. İman imtahan olunmadan cənnətə girmək mümkün deyil. İman mayak olub yolunu işıqlandıracaq. Bu yol dənizlərdən, dağlardan, atəşlərdən keçir. Lakin bu yolda ölüm yoxdur. Şəhadət var!
Gələn heç nə yoxdur. Dünyaya gəlməyimiz belə ana bətnindən gedişimizlə başlayır. Hətta alimlər subut ediblər ki, hər gün neçə hüceyrəmiz gedir – bitir, tükənir, ölür. Və gedən heç bir şey izsiz deyil. Gedirsə, deməli haradasa yığılır, harasa çatır, haradasa dayanır, harasa gəlir və təkrar yola davam edir.
Bəzi müsəlmanlarda, qeyri müsəlmanlar haqda müəyyən bir fikir formalaşıbdır. Qeyri müsəlmanlar ya islamı qəbul etməli, ya “cizyə” (vergi) ödəməli, ya da öldürülməlidirlər. Hamımız bu fikirdə olmasaq da, çox təəssüf ki, bəzilərimiz bu düşüncəni normal qəbul edir. Sanki Məhəmməd Peyğəmbərin (Allahın salam və duası olsun Ona) dövründəki təzyiq, savaş və hücumlar zamanında yaşayır.
Rəcəb və Şaban ayları, rəhmət ayı olan Ramazanı qarşılayan aylar olub Ramazan ayının müjdəçisidir. Dinimizdə ayrı bir dəyəri olan üç ayların müsəlmanlarda insani xüsusiyyətlərin kamilləşməsi və iradənin nəzarət altına alınması barəsindəki rolu danılmazdır. Çünki Rəcəb və Şaban aylarının bolluğundan və bu aylarda olan Mirac gecəsinin rəhmətindən istifadə edən bir müsəlman Ramazan ayında özünü hər cür pislikdən uzaq tutar və insani xüsusiyyətlərinin artmasına cəhd göstərər. Nəhayət Qədr gecəsindəki ibadət və tövbəsi ilə mənəvi həzzə çatar.
Həzrəti Peyğəmbərin orucu bədənin nəzarət altına alınıb ruhun azadlığını artırmağı təmin etmək üçün idi. Bu şəkildə ağıl, idrak, təsəvvür daha da aktivləşirdi. Çünki orucun məqsədi düşünən ağlı formalaşdırmaq idi. Beləliklə də insan vəhyə, vəhyin mesajına hazır olacaqdı. Vəhyi sözlərin sultanı olaraq qarşılayacaq və taxta oturdacaqdı. Yəni qəlbin taxtında vəhy oturacaq, əmrləri o verəcəkdi. Əl-ayaq, dil-dodaq, göz-qulaq kimi bədən ölkəsinin əyalətləri də bu əmrlərə itaət edəcək, bu əmrləri icra edəcəkdilər. Beləcə insanın Allaha təslimiyyəti tamamlanacaqdı.
Ailə iki nəfərin başlatdığı və onların təməli üzərində yüksələn bir binadır. Bu iki nəfər bərabər olduqda sükunət tapa bilərlər, onları bir-birindən ayırsanız hidrogenlə oksigen ayrılınca nə baş verəcəksə onun şahidi olacaqsınız. Onlar ayrılınca ortada ailə deyə bir şey qalmır. Boşanmaq isə “Allahın ən çox sevmədiyi halaldır.” Hər müsəlman bunu düşünmək məcburiyyətindədir. Və evlənərkən Allahın qoyduğu tələblərə uymalıdır.
Arı ilə milçəyi biri-birindən ayıra bilməyənin bal yemək haqqı yoxdur!