Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

“Sizi tək bir candan xəlq edən, ünsiyyət qurub sükunət tapsın deyə ondan onun zövcəsini yaradan Odur...”

Əraf, 189]


"Qadınla dörd şey üçün evlənilir; Malı, nəsli, gözəlliyi və imanı. Sən imanlı olanını seç ki, evin bərəkətli olsun.

Buxari, [460]


Qadınla kişinin evli olması imanda qardaş olmalarına əngəl deyil.

[Hikmətli sözlər]

 
Abunə olmaq
İmtina etmək
Ad, Soyad:
E-mail:
Mövzu:
Məktub:
 

QAÇIŞ

[ Təfəkkür / 303 dəfə baxılıb ]   
|
 



















Susqunam.
Yorğunam…
Və bir o qədər də üzgün.
Bir azca hava istəyirəm çəkəm ruhumun ciyərlərinə, lap azacıq hava. Cənnət havası kimi pak, təmiz, duru, saf. Haradan tapsam? Kimə getsəm? Haraya qaçsam?
Göz qapaqlarımı ağır-ağır qaldırıb ətrafıma nəzər edirəm. Tək deyiləm. İnslər bütün izdihamları ilə ətrafımdadırlar yenə. Qarışqa kimi. Hərə öz işində, hərə öz fikrində, hərə Öz dünyasında...

Kiminin özü dərd, kiminin sözü.
Kimi sözə həsrət, kimi sükuta.
Kiminin dili lal, kiminin gözü.
Kiminin də qəlbi parça-parça.

Yox, olmayacaq bilirəm, onlardan bir kömək yoxdur mənə. Özüm, yalnız özüm çıxara bilərəm ruhumu bu havasızlıqdan. Bəlkə qurtuldum bu toplumsal boğulmanın çəngindən...
***

Qalxıram. Yeyin addımlarla uzaqlaşıram bu kütlənin izdihamından və izdihamın ağır aurasından.
Ora… Hə, hə ora getməliyəm. Mütləq, elə indi, bu dəqiqə. Bu qəribə və əziz aclığı toxumalarıma qədər hiss edirəm.
Həmişə belə anlarımda məni maqnit kimi özünə çəkən, qoynuna alan, ovudan, kiridən o yerə.

Qaçmalıyam, vəssalam!
Yoxsa…
Yoxsa heç özüm də bilmirəm halım nə olar, nə ilə bitər bu sıxıntının sonu. Bəlkə də bilirəm, lakin ağlıma, dilimə gətirməkdən belə qorxur, çəkinirəm.
Addımlarıma qanad taxıram, qəlbim kimi. Uçub tez çatmaq, özümü dünyanın sarmaşıq qollarından xilas edib ötələrə atmaq üçün.
Ahh... Lap az qalıb. İndicə, indicə bitəcək hamısı. İndicə qapadacam bütün səhnələri, bitirəcəm filmləri. Qəlbimi, beynimi, gözümü yalnız bir yerə dikəcəm.
***

Yönümü təyin edib, qamətimi doğrulduram. Əllərimi ən qiymətlim olan, itirməkdən ən çox qorxduğum sərvətimin - ağlımın, beynimin, başımın bərabərinə qaldırıb dərin bir nəfəs alıram.
Və “döyürəm QAPINI”!

Çağırıram, bacardığım ən xoş səslənişlə, ən içdən, ən dərindən axan avazla çağırıram.
Dilimdən qəlbimdə təsdiqini çoxdan etdiyim sözlər axır:
Allahu Əkbər, Allahu Əkbər…
Cəmi üç-dörd dəqiqəyə ordayam. Həsrətində olduğum, uçduğum, qaçdığım, yüksəldiyim səcdədə. Hər şey, hər şey arxadadır, rahatam, hüzurluyam, sevincli və həyəcanlıyam…
Ürəyim döyünür və hər dəfəsində eyni təkrarla, yorulmadan, usanmadan yenə, yenə, yenə deyir:
Subhanə Rabbiyəl Ə'lə,
Subhanə Rabbiyəl Ə`lə,
Subhanə Rabbiyəl Ə`lə...


FA`Nİ/ Azerislam.com

Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:42
MƏĞRİB [ 3 rükət ]21:14
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka