Onlar həm namaz qılır, dindar görünür, həm də bir kapitalistdən daha betər mal, mülk və pul düşkünüdürlər. Ən kiçik yardımı etməyə belə simiclik edərlər. Kiməsə yardım etmək onlar üçün kəlbətinlə ətlərini qoparmaqdır. Üzdən namazlı, niyazlı daxildən zavallı bir dindarlıq… Çölü Müsəlman daxili kapitalist bir əhli-namazlıq…
Ağlımız kəsəndən bəri özümüzü “Müsəlman” sayırıq. “Sən müsəlman deyilsən” ifadəsini bir təhqir hesab edirik. Bir çoxlarımız İslamın beş şərtini əzbərdən bilirik. Bəzən “müsəlman olmayanları” qınayır, aşağılayır, düşüncələrimizdə küçümsəyir və sözlərimizlə alçaldırıq. Günahkarların günahlarını elə ağız dolusu müzakirə edir, mühakimələrdən doymuruq ki, sanki kimisə mühakimə etməyə fürsət axtarırıq.

Neçə gündür dünya Yaponiyadan danışır. Baharın gəlhagəlində təbiətin, qanın oyandığı bir ərəfədə heç kim bu fəlakətə hazır deyildi, heç kim bunu gözləmirdi. Amma o, gəldi - 11mart günü baş verən zəlzələ, ardınca da qorxunc Sunami. Neçə gündür gözlərimiz tv-lərdə, qəzet, jurnal, xəbər saytlarının səhifələrində yayımlanan Yaponiya Sunamisinin ürəkağrıdan şəkillərini seyr etməkdədir.
Mənəvi problemlər iki insanın eyni istiqamətə baxmamasından qaynaqlanır. "Sevmək bir-birinə baxmaq deyil, bir istiqamətə baxmaqdır." Ailə fərdlərindən birinin dünyabaxışı digəri ilə eyni olmalıdır. Fərdlərdən biri dininin tələblərini bilən və onları yaşamaq istəyən bir müsəlman, digəri cahil olarsa və ya biri Avropa mədəniyyətinə üstünlük verib, digəri isə milli mentaliteti qorumağa təşəbbüs göstərərsə bu halda mütləq problemlər yaşanacaq.
İçində yaxınlıq olmayan bir sevgi, uzaq bir sevgidir. Bunun daha açıq ifadəsi uzaqdan sevməkdir. Bir başqa ifadəylə sevginin qarşılığını ödəməmək üçün seviləndən uzaq durmaq, onun yan-yörəsindən, ətrafından uzaq duraraq onun üçün mübarizə aparmamaqdır. Havayı, boşu-boşuna sevməkdir. El deyimi ilə “quru-quru qurbanın olum” deməkdir.
Allah Təala insanları yaratmadan əvvəl nələrin yaxşı, nələrin pis olduğunu təsbit və təqdir etmiş, sonra hafaza mələklərinə əmr edərək bunları -hər şeyin yazılı olduğu- lövhü məhfuza qeyd etdirmişdir. Daha sonra da yaxşı və gözəl dediyi şeylərin niyə yaxşı və gözəl olduğunu anlamamız, pis və çirkin dediyi şeylərin niyə pis və çirkin olduğunu qavramamız üçün bunları bizə açıqlamışdır.
Əvvəlcədən xatırladım ki, nəbadə bu skamyanı adi bir skamya zənn edəsiniz... Çünki rəvayətlərə görə bu skamyanın başında, əsgərlər illərcə növbətçilik etmişdilər. Soyuqda, istidə, yağışda, palçıqda minlərlə əsgər, minlərcə saat bu skamyanı qorumuşdu! Əsgərlik çəkməyən naşılar yenə “niyə?” deyəcəklər! Bu taxta skamyanın niyə mühafizə edildiyini, əsgərlərin bu skamyanı niyə qoruduqlarını öyrənmək istəyəcəklər.
Yandırıcı günəşli və küləksiz bir gün. Kənd qəbiristanlıqlarından birindəyəm. Tam səmimiyyətlə özümə bir sual verdim: "Niyə buradayam?" "Nə üçün ölülərin arasındayam?" Yalnızlığı sevirdim, bu bir həqiqətdir, həm də ki, bahar kimi yaşıllaşan yalnızlığı... Lakin məni qəbirstanlıqlara çəkən sadəcə bu deyildi, sadəcə yalnızlıq istəyi deyil...