"Və inkarda israr edənlərə gəldikdə... Onların etdikləri səhrada görülən ilğım kimidir: Susuzluqdan yanmış olan onu su sanar, fəqət ona yaxınlaşdıqda orada (sudan) heç bir iz tapa bilməz. Lakin Allahı öz vicdanında tapar və bilər ki, Allah haqq-hesabı layiqincə çəkəndir."
[Nur, 39]
İnsanınn haqsız yerə qan tökməsinə səbəb bir işə nəfsini qarışdırmasıdır.
[Buxari, 4888]
"Allahın hər mükafatı rəhmət, hər cəzası isə ədalətdir."
İbn Teymiyyə
UÇUŞ QORXUSU
[ Hekayə / 202 dəfə baxılıb ]
|
Təyyarəyə ilk dəfə mindiyini yanımda oturar-oturmaz anlamışdım. Son dərəcə ürkək hərəkətlərlə sağa-sola boylanır və tez-tez pəncərədən aşağı baxırdı. Kəmərini bağlamağına yardım edərkən tanış olduq. - Təyyarə ilə ilk dəfədir uçuram. Qar yağmasaydı heç addımımı da bura atmazdım. - Niyə? – deyə soruşdum. - İnsan ayağını sağlam yerə basmalıdır – dedi- əgər uçmağımız normal bir şey olsaydı Allah bizi qanadlı yaradardı. Cavab verməzdən əvvəl arxaya söykəndim. Çünki təyyarəmiz zolaqda irəliləməyə başlamış və az müddət ərzində sürətini artırmışdı. Havaya qalxmağa başlayarkən sanki gizli bir qüvvə ilə geriyə doğru itələnirdik. Gözücü ona baxdım. Oturacağının kənarından yapışmış və gözlərini möhkəmcə yummuşdu. Təyyarənin yüksəlməsi sona çatandan sonra mənə tərəf dönərək: - Aparılan araşdırmalara görə ən təhlükəsiz sərnişin daşıma vasitəsi təyyarələrmiş, - dedi. Yəni yolçu sayına görə ən az qəza təyyarələrdə olurmuş. Onu qaranlıq bir küçədə qorxusundan mahnı zümzümə edən uşaqlara bənzədirdim. Gülümsəyərək: - Bu doğru ola bilər, dedim. Ancaq əcəl birdir, dəyişməz. Ömründə bir dəfə təyyarəyə minərsən, əcəlin gələrsə elə həmin təyyarə də qəzaya uğrayar. Düşünmədən söylədiyim bu sözlərlə onu çox qorxutmuşdum deyəsən. Rəngi sapsarı olmuş, səsi titrəməyə başlamışdı. - İnsan ayağını sağlam, etibarlı yerə basmalıdır,- deyə təkrarladı - Boşluqda dolaşan bir şeyin içində nə işimiz var mən bilmirəm. İnşallah pilot təcrübəli biridir yaqin. - Allaha təvəkkül et, dedim. O zaman rahat olarsan. - İmanım qüvvətli olsaydı, bəlkə dediyini bacara bilərdim, dedi. Allaha inansam da varlığını və qüdrətini heç cür ağlıma yerləşdirə bilmirəm. - Bu anormal bir şey deyil ki, dedim. Məsələn, gözlər müəyyən bir məsafədən uzağı görə bilməzlər. Qulaqlar isə müəyyən dalğaların xaricindəki səsləri eşitməzlər. Ağıl da bir nöqtədən sonra aciz qalmazmı? Bir az düşündükdən sonra: - Dediklərin deyəsən doğrudur, dedi. Ancaq aşağı enə bilsək yenə də torpağı öpəcəyəm. Hava limanına endikdə təyyarədən birlikdə ayrıldıq. Balaca uşaqlar kimi sevincək olmuşdu. - Bu təyyarəyə ilk və son minməyim olsun. Bir daha ayaq bassam adımı dəyişərəm. Endiyimiz təyyarəni göstərərək: - Bir az əvvəl bu təyyarədən qorxmurdun?- deyə soruşdum. - Qorxduğumu çox yaxşı bilirsən, dedi. - Yaxşı, amma indi ondan daha sürətli gedən başqa bir təyyarəyə, yəni dünyaya mindin, dedim. O da boşluqda uçmurmu? Addımlarına ara verib sanki olduğu yerdə dondu. Başını qaldırıb göyüzünə baxır və dünyanı sanki ilk dəfə görürdü. Bir müddət bu seyrinə davam edəndən sonra qulağıma tərəf əyilərək pıçıldadı: - Təyyarədə “ağlıma yerləşdirə bilmirəm” dediyim şey var idi ha, dedi - artıq elə bir problemim qalmadı.