Qul Allahı tərk etmədən Allah qulu tərk etməz. Əgər müsübətlərin nəticəsində qul Allahı tərk etmişdirsə, müsibət əslində məhz o zaman fəlakət olur. Həzrəti Eyyub qissəsində bizə bir də ədəb öyrədilir: Eyyub peyğəmbər “Yetər!”, "Yoruldum!", "Bezdim!" demir. Bu vəziyyətdən rahatsız olur və bunu etiraf edir, fəqət bu halını da Şeytana nisbət edir. Yəni qəlbində vəsvəsəyə bənzər bir hiss olduğunu bilir.
İnsan çətinliyə düşüncə, özünü bu çətinliklərdən qurtarması üçün Allah Təalaya dua və niyaz etməlidir. Bu əsnada səmimiyyətlə etdiyindən əmin olduğu bəzi gözəl hərəkətlərini xatırlayaraq, onların xatirinə özünə kömək etməsini söyləyib Allah Təalaya yalvara bilər. Bu heç bir zaman başa qaxma mənasını verməz. İnsanın sıxıldığı zamanlarda dua vəsiləsi edə biləcəyi ixlaslı işlərinin olması nə gözəldir.

Hicrətin 3-cü, miladinin 625-ci ilidir. Uhudun yaraları hələ təzədir. Mədinə ətrafındakı qəbilələrdən biri içlərindən yeni müsəlman olanlar üçün İslamı öyrədəcək bir qrup müəllim heyəti istəyir. Allah Rəsulu öz əlləriylə yetişdirdiyi seçilmiş müəllimlər arasından 6 nəfərlik bir heyət göndərir. Onların karvanı fasilə zamanı xain bir hücuma məruz qalır. Hücum edən Huzeyl qəbiləsinin qulduru idi.
Allahım! Axirət Yolu üçün tədarük etdiyim azuqəm azdır amma Sənə olan təvəkkülüm böyükdür. Günahlarımın böyüklüyünü düşünəndə əzabının qorxusundan tir-tir titrəyirəm, amma digər tərəfdən də ümüd duyğusu düşüncə üfüqümü bürüyüncə içimə əmin-amanlıq dolur.
Həyatınızda heç tək səyyahətə çıxmısınızmı? Həm də bayram günlərində. Hər kəs tətil üçün gedərkən siz də sadəcə uzaqlaşmaq, harasa baş götürüb getmək üçün gedirsiniz… Nə yola salanınız var, nə qarşılayanınız. Kim yola salacaqdır ki? Ailə üzvüləriniz, qohumlar, dostlar… Kim qarşılayacaqdır ki? Yenə də deyəcəksiniz qohumlar, dostlar… Yanılırsınız. Niyə?
Onlar həm namaz qılır, dindar görünür, həm də bir kapitalistdən daha betər mal, mülk və pul düşkünüdürlər. Ən kiçik yardımı etməyə belə simiclik edərlər. Kiməsə yardım etmək onlar üçün kəlbətinlə ətlərini qoparmaqdır. Üzdən namazlı, niyazlı daxildən zavallı bir dindarlıq… Çölü Müsəlman daxili kapitalist bir əhli-namazlıq…
Ağlımız kəsəndən bəri özümüzü “Müsəlman” sayırıq. “Sən müsəlman deyilsən” ifadəsini bir təhqir hesab edirik. Bir çoxlarımız İslamın beş şərtini əzbərdən bilirik. Bəzən “müsəlman olmayanları” qınayır, aşağılayır, düşüncələrimizdə küçümsəyir və sözlərimizlə alçaldırıq. Günahkarların günahlarını elə ağız dolusu müzakirə edir, mühakimələrdən doymuruq ki, sanki kimisə mühakimə etməyə fürsət axtarırıq.
Neçə gündür dünya Yaponiyadan danışır. Baharın gəlhagəlində təbiətin, qanın oyandığı bir ərəfədə heç kim bu fəlakətə hazır deyildi, heç kim bunu gözləmirdi. Amma o, gəldi - 11mart günü baş verən zəlzələ, ardınca da qorxunc Sunami. Neçə gündür gözlərimiz tv-lərdə, qəzet, jurnal, xəbər saytlarının səhifələrində yayımlanan Yaponiya Sunamisinin ürəkağrıdan şəkillərini seyr etməkdədir.
Allahın varlığına inanmaq üçün mütləq ölünün dirilməsi lazımdır? Yoxsa...