İllərdir məni aldatdın. Həmişə sabaha saxlaya, saxlaya uzun bir ömür kecib getdi. Gecələrim; təəccüdsüz, həyəcansız, gündüzlərim; səmərəsiz, faydasız keçdi. Görəsən sabah, sabah deyə saxladığın sabahlarımı, məchul bir sabahda necə doldura biləcəksən? Nə vaxt mən azad dünyaya açılmaq istəsəm, böyük dağlar kimi qarşımda durdun. Boş şeylərlə məni aldatdın... Kim bilir, içlərində nə hədiyyələr olan günləri, ayları və illərin zərfini açmağıma belə icazə vermədin.
Bəzən insanlara "qoyun sürüsü kimi” deyiləndə qəzəblənirik. Amma bu bənzətmə təsdiqləndi. Alimlər bunu araşdırmağa ərinmədilər. Nəticə ağlasığmaz oldu. Çünki qələbəlik qruplar halında olan insanlar qoyun sürüsü kimi davrandılar. Tədqiqatçılara görə qələbəlik kütlə ilə qoyun sürüsü arasındakı fərq çox cüzidir. Belə ki, hər iki halda da 0,03% təşkil edənlər 0,96% olanları idarə edir.

Yaqub təvəkkül imtahanını verməyə Yusufla başladı. Bizə də bir mesaj verdi: “Yusufunu” itirməzdən əvvəl təvəkkül edəcəksən. Əks halda Yusufdan sonra "Bünyaminlə" imtahana çəkilərək təvəkkül etməyi öyrənəcəksən. Bünyamin Yaqubun bitdim nöqtəsi idi. Bünyamin Yaqubun təvəkkül öncəsi imtahanı idi. Yaqub Yusufunu itirməklə təvəkkül dərsini yaxşı öyrənmiş, tədbirinin yanında təvəkkülünü də dilə gətirmiş, Allahın böyüklüyünü və hikmət sahibi olduğunu vurğulamışdır.
Gözünü bu sətirlərdən bir an qaldır və quş lələyinin yüksəkdən aşağıya doğru endiyini xəyal et. Həm havadan asılı qalır, həm də sanki enər. Çox uzaqdan düşürmüş təəsüratı yaradar, amma eyni zamanda çox yaxın kimi görünər. Quş lələyi göydən yerə düşdüyü halda belə düşdüyünü sənə hiss etdirməz… Bəlkə də heç düşməz quş lələyi… Yox, yox, düşməz, süzər, sanki yerə qonar…
Təqib etdiyinizin təqlidçisi olmaq əvəzinə təhqiqçisi olun. Kölgəsi olmaq yerinə “Şəxsiyyət” olun. Əlbəttə, bu geniş kütlələr üçün mümkün deyil. Əgər mütləq təqlid edəcəksinizsə ən yaxşını təqlid edin. Allahın sizə nümunə göstərdiyini təqlid edin. İpini səhv bələdçinin əlinə verənin sonu qorxulu olar. Unutmayın qeyd-şərtsiz təqlidi caiz olan yeganə bəşər “Allahın əxlaqı ilə əxlaqlanan” məsum Nəbilər, dolayısı ilə onların son və kamil təmsilçisi Məhəmməd əleyhissalamdır.
Həzrəti İshaq Həzrəti İbrahimin Saradan olan oğludur. Onun doğulacağı barədə müjdə “Hud” surəsinin 71-ci ayəsində verilir. Qurani Kərimdə Həzrəti İbrahimə oğulları barədə iki yerdə müjdə verilir ki, bunlardan biri “Hud” surəsi 71-ci ayə, digəri isə “Səffat” surəsi 101-ci ayədir. Birinci möcüzəvi bir müjdədir, ikincisi isə İbrahimin duasına cavab olaraq.
Beynini yeniləməyən və bu insanı üfüqü hədəf almayan oxucu, yazar və düçüncə sahibi yalnız bir şərtlənən və şərtləndirici olmaq məcburiyyətində qalar ki, bu iki hal da arzuolunmazdır. İmmanuel Kant mövzu ilə bağlı tələbələrinə xitabən “Məndən hazır düşüncələri deyil, düşünməyi öyrənəcəksiniz” deyərkən, M. A. Ferricre “Yalnız elm verən universitetlər qapadılmalıdır!” fikri ilə oxucunu da, tələbəni də içi doldurulması lazım olan bir qab deyil, alovlanması lazım olan atəş kimi görməkdədir.
Özünə silah çəkilən bir kimsə, rəqibini öldürməyi düşünmədən, sadəcə nəfsini müdafiə etmək üçün silahından istifadə edərsə və onu öldürmək məcburiyyətində qalarsa, qatil sayılmaz. Çünki o, nəfsini müdafiə etmək məcburiyyətində qalmışdır. Nəfsini müdafiə etmək isə dinin əmridir.