İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!
[Bəqərə, 82]
Heç kim özü üçün istədiyini [mömin] qardaşı üçün istəmədikcə [həqiqi] iman etmiş olmaz.
[Buxari, İman, 7; Müslim, İman, 71]
Vəhdət, qardaşlığın ən təsirli ifadəsidir. Vəhdətin ən böyüyü isə məxluqatın qardaşlığıdır.
[Özlü sözlər]
ATALAR, İZİNİZDƏYİK!
[ Ana səhifə / 494 dəfə baxılıb ]
|
Bütün müəllimlər şagirdlərin diqqətini çəkmək üçün bəzi praktiki yollara baş vururlar. Yazdıqları ilə diqqət çəkmək istəyənlər də hərdən bir bu üsuldan istifadə edirlər. Diqqət çəkiləcək mövzuya dolayı yolla deyil, birbaşa diqqət çəkmək mümkün olduğu kimi, müəyyən bir üsulla, məsələn, sıra ilə də diqqət çəkmək mümkündür. Mən sizlərin diqqətini çəkmək üçün indi məhz ikinci üsuldan istifadə edəcəyəm. Əvvəl diqqətimizi dünyaya yönəldək, sonra Vətənimizə, sonra da şəhərimizə. Daha sonra bir əsgər kazarmasına, bu kazarmadakı yaşıl bir taxta skamyaya. Bəli, kazarmanın bağçasında olan bu yaşıl skamyaya diqqət yetirin! Deyəcəksiniz ki, "niyə?" Niyə bu qədər dolayı yolla bizi bu skamyanın yanına gətirdin? Əvvəlcədən xatırladım ki, nəbadə bu skamyanı adi bir skamya zənn edəsiniz... Çünki rəvayətlərə görə bu skamyanın başında, əsgərlər illərcə növbətçilik etmişdilər. Soyuqda, istidə, yağışda, palçıqda minlərlə əsgər, minlərcə saat bu skamyanı qorumuşdu! Əsgərlik çəkməyən naşılar yenə “niyə?” deyəcəklər! Bu taxta skamyanın niyə mühafizə edildiyini, əsgərlərin bu skamyanı niyə qoruduqlarını öyrənmək istəyəcəklər. Halbuki əsgərlikdə olanlar, orada bu cür sualların verilə bilməyəcəyini çox yaxşı bilərlər! Necə ki, illər boyu bu skamyanın keşiyini çəkən əsgərlər də, bunun səbəbini bilmədən, həm də ki, səbəbini soruşmağı ağıllarına belə gətirmədən öz vəzifələrini icra etmişdilər... Lakin bir gün zabitlərdən biri bununla maraqlanır. Çünkü əsgərlikdə buna bənzər növbələr olsa da, bu keşiklərin bir mənası və ya bir hadisə ilə əlaqəsi vardır. Bununla maraqlanan zabit komandirlərə sual verir. Lakin onlar da səbəbini bilmirlər! Bu sual komandiri də maraqlandırdığı üçün bəlkə bilər deyə ondan əvvəl bu vəzifədə işləmiş əvvəlki komandirdən öyrənmək istəyir. O da səbəbini bilməz! "Mən ora işləməyə göndərildiyimdə bu növbə var idi və təbii ki, davam etdirdim" deyir. Sonra bir əvvəlki, daha sonra ondan əvvəlki, lap daha əvvəlki komandirlərə bu sual verilər. Ən son sualı yönəltdikləri komandir cavabı ilə məsələyə aydınlıq gətirər: “Mənim zamanımda o skamyanı rəngləmişdik. Rəng qurumadan orda kimsə oturmasın deyə növbətçi qoymuşdum. "O skamyanı hələ də qoruyurlarmı?” Nə zaman yolum o kazarmanın olduğu bölgəyə düşsə və ya hardasa böyük hərflərlə yazılmış "Atalar izinizdəyik!" mesajını oxusam, nədənsə həmişə o skamya ilə bağlı olan bu rəvayət ağlıma gəlir! O zaman ataları kor-təbii təqlid edən qövmləri və bu qövmlərin aqibətlərini xatırlayaram! Və üzümə acı bir təbəssüm yayılar !