Fitrə zəkatını vermək hər bir imkanı olan müsəlmana vacibdir. Fitrə zəkatı bayram namazının başlamasına qədər verilməlidir. Ancaq bu qısa müddət ərzində ehtiyacı olan kimsəni tapa bilməmə ehtimalını nəzərə alaraq daha öncədən verilməsi daha məqsədə uyğundur. Fəqət fitrə zəkatını bayramdan sonraya saxlamaq olmaz.
Əlbəttə onu qədir-qiymət gecəsində Biz endirməyə [başlamışıq]. O qədir-qiymət gecəsinin nə olduğunu bilirsinizmi? O qədir-qiymət gecəsi, min aydan daha xeyirlidir. Mələklər, vəhiylə bərabər o gecə enməyə davam edərlər, Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid tərifsiz bir səadətin [formullarını gətirərlər], bu hal, şəfəq doğana qədər davam edər.

Əllər var ki, qarışdıran əllərdir. Hər şeyi qarışdırar. Nalayiq əllərdir bu əllər. Lazim gəldi‐gəlmədi hər yerə soxular. Toxunmamasi lazim olan yerlərə toxunar. O üzdən qarışdıran əllər pislikdən qurtulmaz. Çünki qarışdırma həvəsi hər şeyi əhatə etdiyi üçün zibillikləri də qarışdırar. Bu cür əllər bulaşdıqları zir‐zibilin günahını özlərində görməz. “Sənin nə işin vardı oralarda, nə axtarırdın?” deyənə, “Hər yeri, hər şeyi qarışdıranda belə boğazına qədər nəcisə batarsan!” deyənə verəcək bir cavabı yoxdur.
Gözümüz gördüklərini beynin müəyyənləşmiş şöbəsinə ötürür və o cism haqqında təsəvvür formalaşır. Yalnızca cisim yox, insanlar da belədir. Əslində, kobudcasına beynimizin iş mexanizmini belə izah etmək olar: beyində tanıdığımız hər bir insan və obyekt üçün xüsusi “qovluq”lar mövcuddur. Cismin forması, rəngi, insanın isə siması beyin tərəfindən qavranılır və həmin “qovluq”lara əlavə edilir.
Allah Rəzzaqdır. Hər kəsin haqqı olan ruzini göndərir. Birinə çox verərək paylaşması və savab qazanması üçün qapı açır, birinə az verərək səbrini yoxlayır. Verilən hər nemətin hesabı soruşulacaqsa, o hesabı bu dünyada bağlamaq daha xeyirli deyilmi? Həm də ki, biz zatən bizim olmayanları veririk. Allahın bizə imtahan üçün verdiklərini paylaşırıq.
Oruc tutmaq, məhz buna görə özünü tutmaqdır. İnsan nə ziyan əməl işləyirsə özünü tuta bilmədiyi üçün işləyir. Tuta bilmədiyi dilinin cəzasını, tuta bilmədiyi əlinin cəzasını, tuta bilmədiyi nəfsinin cəzasını, tuta bilmədiyi instinktlərinin cəzasını, tuta bilmədiyi hirsinin cəzasını çəkməkdədir. Özünü tutmaq, özünün tərəfində olmaqdır. Məlumdur ki, özünü tutanı Allah da tutar. Özünü tutmayanı, Allah niyə tutsun ki?
“Təqva”-lı olmaq, mübah və halal olanları tərk etmək deyil, sadəcə çox diqqətli və ehtiyatlı davranmaqdır. İndi təsəvvür edək ki, Rəbbimiz bizə Ramazan ayı günlərində halal olan şeylərdən də imtina etməyi buyurub. Hansı ki, ən adi yemək-içmək, şəhvət və qeyri ehtiyaclarımızı normal olaraq edə bilirdiksə, məhz bu ayda “Təqva” xüsusiyyətinə doğru-dürüst yiyələnmək üçün, Rəbbimiz bizə bu cür tərbiyə metodunu seçmişdir. Bu ayı müqəddəs edərək, Uca Tanrımız bizi “təqva” üçün məşq etdirir.
Ramazan ab-havasının bu torpaqlarda əsdirdiyi havanı heç doyunca ciyərlərinizə çəkirsinizmi?! Kim bilir, nə qədər qərib var ki, qapıları Ramazandan Ramazana çalınır. Nə qədər fağır-füqəra var ki, qursaqlarından Ramazandan Ramazana doyumlu bir şey keçir. Nə qədər kimsəsizlər var ki, Ramazan onların kimi, kimsəsi olur.
Görəsən, bir gecəlik qalacağı otelin neçə ulduzlu olduğuyla maraqlanan insan, əbədi qalacağı axirətilə maraqlanırmı?