Atalarımızın mənası çoxları tərəfindən bilinməyən bir sözü var: Haydan gələn Huya gedər. Əlimizdə olanların, malımızın-mülkümüzün, varımızın-yoxumuzun bizim olmadığını bildiyimiz halda işlədirik bu ata sözünü. Əslində mənası çox manidardır: Hay da Allahın əsmasından bir isimdir, Hu da. Sözün anlamı Alahdan gələnin Allaha da gedəcəyini vurğulamaq üçündür. Biz Allahdan gəlmişik, son duraq, dönüb gedəcəyimiz yer də Allahdır.
Nağılların sonu həmişə yaxşı qurtarardı. Qardaşların quyuya saldıqları Məlikməmməd quyudan çıxar və onları bağışlayardı, Cırtdan divi öldürərdi, keçələ 40 gün, 40 gecə toy edərdilər... Qəhrəmanlara xoşbəxt sonluq, bizə də üç almadan biri düşərdi.
Yanlışı yaşayaraq öyrənməyə çalışmayın. Bu, ölümü təcrübədən keçirməyə bənzəyir. "Bir dəfə ölümü təcrübə edim, əgər xoşuma gəlməsə bir daha ölmərəm" deyə bilməzsiniz. Günah təcrübə edilməz. Hər kəs üçün yanlış olan sizin üçün də yanlışdır. Pisin və yaxşının təyin olunmasında Allaha tam etimad göstərin. İman da bu deyilmi?
Dünyadayıq. Problemlərin çox olduğu, heç bitmədiyi, birinin bitincə o birinin başladığı bir yerdə. Bəzən yoxluqla sınanırıq, bəzən varlıqla. Yoxluğun daha asan imtahan olduğu, varlığın daha çətin imtahan olduğu bir yerdəyik. Olmasını arzuladıqlarımız olmayanca, üzülər, ağlayar və ağladıqca sakitləşib yoxluğuna alışarıq. Yoxa çarə yoxdur deyib, həyatımıza qaldığımız yerdən davam edərik.
İnsanlara "Allah" dediyiniz zaman başlarını göyə qaldıraraq nəzərlərini çox uzaqlara yönəldirlər. Çünki inandıqları Allah uzaqlarda, çox uzaqlarda olan bir Allahdır. İnandıqları Allah, yerləri və göyləri yaratmış və sonra da çox uzaqlarda olan məqmına çəkilmişdir! Bəzilərinin nəzərdə tutduqları Allah anlayışı isə kainatı yaradan, yağışı yağdıran, bitkiləri yetişdirən, bütün canlıların ruzisini verən fəqət yaratdığı və yaşatdığı insanların yer üzündə nə etdiklərinə, necə idarə olunduqlarına heç qarışmayan bir Allah anlayışıdır!
Vahiy, “v-h-y = و- ح- ي” kökündən məsdər olaraq Quranda Allaha nisbət edildiyində Onun varlıqlarla danışması, onları fitrətlərinə görə nizamlayıb onlara vəzifələrini bildirməsi mənasına gəlir. Allahdan başqa varlıqlara nisbət edildiyində də işarə etmək, fısıldamaq, vəsvəsə vermək mənalarına gəlir. Bundan başqa vəhy edilən şeyə, yəni mesajın özünə də vəhy deyilir.
"Allah ilə qul arasına giliməz" ifadəsi fitri baxımdan doğru olsa da onların istifadə etdiyi baxımdan yanlış və şeytani bir yanaşmadır. Çünki hər fürsətdə vəsvəsələri ilə Allahla qul arasına girərək insanları yoldan çıxartmaq istəyən şeytan onlara "Allah ilə qul arasına girilməz" deyə vəsvəsə verərək Allah ilə qul arasına özündən başqa heç kimin girməsini istəmir.
Bir müsəlman tarixdən dərs almasa hər gün o müsibəti yaşayar, amma yaşadığının fərqində əsla olmaz. Tarix dərs almaq üçündür. Dövrünün yezidi peyğəmbər nəvəsi Hüseyni qətl edəndə kim hansı safda dayanmışdı? Niyə o safda, niyə o əqidədiə idi? Bu sualın cavabını bilməyən yaşadığı dövrünün yezidinin safında dayanar, dövrünün «Hüseyni» qətl edər, sonra da gedib ildə bir dəfə Peyğəmbər nəvəsinin ölümünə ağlayar. Hələ də Kərbəlada Hüseynlər şəhid edilir.
Göydən enən kitabı başımızın üstünə qaldırıb, əlimiz çatmayan yerə qoyduq. «Müqəddəsdir» deyib toxunmadıq. Toxunanda da oxumaq üçün deyil, tozunu almaq üçün toxunduq. Bizə enməmişdi ki… sənə endi və səninlə də həyatımızdan çıxdı. Onu örnək ala bilmədik. Bir problemimiz olanda cavabını onda axtarmadıq. Allahın kitabında ilə çarə axtarmayanlar başqalarının kitablarına yönəldi. Müəllflər çoxaldıqca fikirlər də haçalandı. Biz döndük durduq, amma hədəfə vara bilmədik.
Biz kimik? Sualın cavabını anlamaq üçün verdiyimiz sədəqələrə, etdiyimiz əməllər bir nəzər salaq. Allah adına düzənlənən toplantılara, konfranslara sevgilimizlə görüşə getdiyimiz kimimi gedirik, yoxsa qaynanamızla görüşə getdiyimiz kimimi? İbadətlər bizim üçün nədir? Çiynimizdə daşıdığmız bir meyidmi, yoxsa qəlbimizdə daşıdığımız bir sevgimi? Qabilmiyik, Habilmiyik?
"Böyük insanların idealları, sadə insanların isə..."
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.