Vahiy, “v-h-y = و- ح- ي” kökündən məsdər olaraq Quranda Allaha nisbət edildiyində Onun varlıqlarla danışması, onları fitrətlərinə görə nizamlayıb onlara vəzifələrini bildirməsi mənasına gəlir. Allahdan başqa varlıqlara nisbət edildiyində də işarə etmək, fısıldamaq, vəsvəsə vermək mənalarına gəlir. Bundan başqa vəhy edilən şeyə, yəni mesajın özünə də vəhy deyilir.
"Allah ilə qul arasına giliməz" ifadəsi fitri baxımdan doğru olsa da onların istifadə etdiyi baxımdan yanlış və şeytani bir yanaşmadır. Çünki hər fürsətdə vəsvəsələri ilə Allahla qul arasına girərək insanları yoldan çıxartmaq istəyən şeytan onlara "Allah ilə qul arasına girilməz" deyə vəsvəsə verərək Allah ilə qul arasına özündən başqa heç kimin girməsini istəmir.

Bir müsəlman tarixdən dərs almasa hər gün o müsibəti yaşayar, amma yaşadığının fərqində əsla olmaz. Tarix dərs almaq üçündür. Dövrünün yezidi peyğəmbər nəvəsi Hüseyni qətl edəndə kim hansı safda dayanmışdı? Niyə o safda, niyə o əqidədiə idi? Bu sualın cavabını bilməyən yaşadığı dövrünün yezidinin safında dayanar, dövrünün «Hüseyni» qətl edər, sonra da gedib ildə bir dəfə Peyğəmbər nəvəsinin ölümünə ağlayar. Hələ də Kərbəlada Hüseynlər şəhid edilir.
Göydən enən kitabı başımızın üstünə qaldırıb, əlimiz çatmayan yerə qoyduq. «Müqəddəsdir» deyib toxunmadıq. Toxunanda da oxumaq üçün deyil, tozunu almaq üçün toxunduq. Bizə enməmişdi ki… sənə endi və səninlə də həyatımızdan çıxdı. Onu örnək ala bilmədik. Bir problemimiz olanda cavabını onda axtarmadıq. Allahın kitabında ilə çarə axtarmayanlar başqalarının kitablarına yönəldi. Müəllflər çoxaldıqca fikirlər də haçalandı. Biz döndük durduq, amma hədəfə vara bilmədik.
Biz kimik? Sualın cavabını anlamaq üçün verdiyimiz sədəqələrə, etdiyimiz əməllər bir nəzər salaq. Allah adına düzənlənən toplantılara, konfranslara sevgilimizlə görüşə getdiyimiz kimimi gedirik, yoxsa qaynanamızla görüşə getdiyimiz kimimi? İbadətlər bizim üçün nədir? Çiynimizdə daşıdığmız bir meyidmi, yoxsa qəlbimizdə daşıdığımız bir sevgimi? Qabilmiyik, Habilmiyik?
Şirk qoşulan din Allahın dini deyildir. Birini Allahdan çox istəmək, birinə Allahdan çox inanmaq, birinin sözünü Allahın sözündən üstün tutmaq Allaha şirk qoşmaqdır və Allah onu müşrik adlandırır. O adam özünü müsəlman saysa da, müşrikdir.
Əlbəttə onu qədir-qiymət gecəsində Biz endirməyə [başlamışıq]. O qədir-qiymət gecəsinin nə olduğunu bilirsənmi? O qədir-qiymət gecəsi, min aydan daha xeyirlidir. Mələklər, vəhiylə bərabər o gecə enməyə davam edərlər, Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid tərifsiz bir səadətin [formullarını gətirərlər], bu hal, şəfəq doğana qədər davam edər.
Ramazanın son on günündə gecə və gündüz bir məsciddə qalaraq ibadət etməyə itiqaf deyilir. Bu kəlməyə lüğətlərdə həbs etmək, bir yerə yerləşmək, oraya bağlanıb qalmaq mənaları verilir. Bir fiqh termini kimi isə ibadət məqsədi ilə bir məsciddə müəyyən qaydalara riayət edib qalmağı ifadə edir. Yəni Ramazan ayında itiqafa çəkilmək sünnətdir.
"Nə qədər sürətli qaçırsan qaç vicdanından qaça bilməzsən"
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.