|
||||||||||||
2.FəsilXuşunu pozan səbəblərdən uzaq olmaq19.İnsanın fikrini yayındıran əşyaların qarşısında namaz qılmaqƏnəs ibn Malik radıyallahu anh belə nəql edir: «Aişə radıyallahu anha evinin bir küncunə naxışlı və bəzəkli bir örtük asmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm bunu gördüyü zaman belə buyurdu: «Bu örtüyü buradan götür. Çünki onun naxışı və bəzəkləri namaz qılarkən mənim fikrimi yayındırır.». Qasim radıyallahu anh belə nəql edir: «Aişə radıyallahu anha evinə şəkilli bir örtük asmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm isə buna tərəf yönələrək namaz qılırdı. Aişə radıyallahu anhaya belə buyurdu: «Bunu buradan götür. Çünki burada olan rəsmlər namaz qılarkən mənim fikrimi yayındırır». Rəsulullah salləllahu əleyhi və səlləm namaz qılmaq üçün Kəbəyə daxil olduğu zaman bir qoç buynuzu görür. Namazı bitirib çıxdıqdan sonra Osman əl-Hacbiyə belə buyurdu: «Sənə deməyi unutmuşdum. Bu buynuzları buradan götür. Allahın evində namaz qılanın fikrini yayındıran heç bir şey münasib deyildir». Bütün müsəlmanlar buna diqqət etməlidir; insanların çox olduğu, səs, gurultu, çığır- bağır olan yerlərdə, insanların oturub söhbət etdiyi və buna bənzər bütün yerlərdə, bundan başqa, insanın fikrini yayındıran naxış və bəzəklərin olduğu yerlərdə namaz qılmaqdan çəkinmək lazımdır. Bununla yanaşı imkan daxilində çox soyuq və çox isti olan yerlərdə namaz qılınmamalıdır. İmam İbnul-Qeyyim rəhmətullahi aleyh belə deyir: «Şiddətli istidə namazdakı xuşu və qəlbən namaz qılmağa hazırlıq aradan qalxır. Müsəlman bu şəraitdə namazını çətinliklə qılır. Bu səbəbdən də Peyğəmbər salləllahu əleyhi və səlləm şiddətli isti olan yay aylarında namazı sərin vaxta keçirməyi əmr etmişdir. Təki qulun qıldığı namaz ona fayda versin və namazını qəlbən, tam olaraq yerinə yetirsin». 20.Naxışlı və bəzəkli geyimlərdə namaz qılmaqAişə radıyallahu anha belə nəql edir: «Rəsulullah salləllahu əleyhi və səlləm qara-ağ zolaqlı köynək geyinərək namaz qılırdı. Rəsulullah salləllahu əleyhi və səlləmin diqqəti onun zolaqlarında qaldı. Namazı bitirdikdən sonra belə buyurdu: «Bu köynəyi Əbu Cəhm ibn Hüzeyfəyə verin və mənə öz sadə köynəyimi gətirin. Bu köynək namazda fikrimi yayındırır». Üstündə şəkil olan geyimlərdə namaz qılmaq yasaq edilmişdir. Xüsusilə də üstündə canlı şəkil olan geyimlərdə - hətta belə geyimlər vəba kimi yayılsa və dəbdə olsa da - namaz qılmaq dinimizə görə, doğru deyil. 21.Yemək hazır olduğu zaman namaz qılmaqRəsulullah salləllahu əleyhi və səlləm belə buyurdu: «Yemək hazır olduğu zaman namaz qılınmamalıdır». Bir insanın qarşısına yemək qoyulduğu zaman o, əvvəlcə bunu yeməlidir. Çünki yeməyi tərk edib namaz qılmağa başlasa, fikri yeməkdə olacaq və namazındakı xuşusu pozulacaq. Buna görə də hər şeydən əvvəl yeməyini rahat yeməlidir. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurub: «Axşam yeməyi hazır olduğu vaxt namaz qılmaq vaxtı da gələrsə, əvvəlcə yeməyinizi yeyin. Heç tələsməyin». İkinci rəvayət isə belədir: «Namaz üçün dayandığınız zaman yemək hazır olsa, əvvəlcə yeməyi yeyin, hətta yeməyi bitirənə qədər tələsməyin». 22.Ayaqyolu ehtiyacını ödədikdən sonra namaz qılmaqŞübhəsiz ki, insanın böyük və ya kiçik ehtiyaclarını ödəməyərək namaz qılması xuşunu aradan qaldırır. Bunun üçün də Peyğəmbər salləllahu əleyhi və səlləm bunu yasaq etmiş heç kimə böyük və kiçik ehtiyacı onu sıxışdırdığı halda namaz qılmağa icazə verməmişdir. Bu vəziyyətdə olan insan hətta camaat namazında da olsa, ən əvvəl ayaqyoluna gedib ehtiyacını ödəməlidir. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Sizlərdən biri ayaqyolu ehtiyacı olduğu halda namaz üçün hazır vəziyyətdə də olsa, əvvəlcə ehtiyacını ödəsin». Ayaqyolu ehtiyacı namaz əsnasında ortaya çıxarsa, namazı tərk edib ayaqyoluna getməlidir. Daha sonra isə yenidən dəstəmaz alaraq namazını qılmalıdır. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Yemək hazır olduğu zaman namaz qılınımaz və ayaqyolu ehtiyacı olduğu zaman da namaz qılınmaz». Şübhəsiz ki, saydığımız belə hallarda xuşu pozulur. İnsanı yelçıxma vəziyyəti sıxışdırdığı zaman da qaydalar eynidir. 23.İnsanın mürgülədiyi zaman namaz qılmasıƏnəs ibn Malik radıyallahu anh belə nəql edir: «Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Sizlərdən birini namaz qıldığı zaman yuxu tutarsa, gedib yatsın. Təki namazda ayıq olub nə dediyini bilsin». Bu əmrin səbəbi də Aişə (r.a) hədisində bəyan edilmişdir. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Namaz qılarkən yuxusunun qarşısını ala bilməyən varsa, gedib yatsın. Belə ki, tam dincəlsin. Çünki yuxulu bir insan nə istiğfar (Allahdan bağışlanmasını istəməsi) etdiyini bilər, nə də özünə bəddua etdiyini». Belə bir hal insanın başına gecə vaxtı gələ bilər. Ola bilər ki, duaların qəbul edildiyi bir vaxtda bilməyərək özünə bəddua etsin. Bu hökmlər (yuxututma vaxtı namazı tərk etməsi) nafilə namazlarla yanaşı fərz namazlara da aiddir. Lakin həmin insan namazları hansı vaxta qədər qıla biləcəyini yaxşı bilməlidir. 24.Danışanların və ya yatmış bir insanın yanında namaz qılmaqRəsulullah salləllahu əleyhi və səlləm belə bir vəziyyətdə namaz qılınmasını aşağıda kı kimi bildirmişdir: «Yatanın və danışanın qarşısında namaz qılma». Çünki danışanların səsləri və danışıqları namaz qılan insana mane olur. Yatan insanın da namaz qılanın namazını pozaraq bir hərəkət etməsindən ehtiyat edilir. İmam Həttabi rahmətullahi aleyh belə deyir: «İmam Şafiyə və İmam Əhməd ibn Hənbələ görə, danışılan yerdə namaz qılmaq məkruhdur. Çünki danışıqlar həmin insanın fikrini namazdan yayındırır». Alimlərin böyük bir hissəsi yatan insanın qarşısında namaz qılmağı yasaq edən hədislərə «zəif hədis» deyib. İmam Buxarı özünün «Səhih» kitabında «Yatanın qarşısında namaz qılmaq» adı altında ayrı bir fəsil açmışdır. Və orada belə bir hədisi rəvayət edir. Aişə radıyallahu anha belə buyurmuşdur: «Mən onun yatağında və qarşısında uzandığım halda Rəsulullah salləllahu əleyhi və səlləm namaz qılırdı». Mücahid, İmam Malik həzrətlərinə görə, yatan insana qarşı namaz qılmaq məkruhdur. Çünki onun hər hansı bir hərəkəti namaz qılanın namazını poza bilər. Əgər belə bir haldan ehtiyat edilmirsə, bu vaxt namaz qılına bilər. 25.Namaz qılarkən yerdəki xırda daşları düzəltməklə məşğul olmaqMuayqib radıyallahu anh belə nəql edir: «Bir insan səcdəyə gedərkən orada olan xırda daşları düzəldirdi. Bunu görən Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: «Əgər bunu edəcəksənsə, namaza başlamazdan əvvəl et». Sonra yenə belə buyurmuşdur: «Namaz əsnasında yeri düzəltməklə məşğul olmayın. Əgər bunu edəcəksinizsə, namaza başlamazdan əvvəl edin». Belə bir hal xuşuya mane olduğu üçün yasaq edilmişdir. Ən münasib olan isə düzəldilməli olan yerin namazdan əvvəl düzəldilməsidir. Namaz qılarkən, səcdə vaxtı burun və alına bulaşan toz və torpağı təmizləmək də məkruhdur. Peyğəmbər salləllahu əleyhi və səlləm bir dəfə palçıqlı su üzərində səcdə etmiş və bunun izi də alnında qalmışdı. Buna baxmayaraq o, namazda olduğu zaman üzünü təmizləməmişdi. Mərhəmət və xuşu ilə qılınan namaz müsəlmana namazdan başqa hər bir şeyi unutdurur. Bu səbəbdən Peyğəmbər salləllahu əl eyhi və səlləm belə buyurub: «Şübhəsiz ki, namaz özü bir məşğuliyyətdir». Əbud-Dərda radıyallahu anh belə nəql edir: «Səcdə yerindəki daşları düzəltməyin əvəzində mənə qırmızı dəvələr də versələr, qəbul etmərəm.» Fudayl ibn İyad rahmətullahi aleyh belə deyir: «Sələf namazı bitirənə qədər alnı təmizləməyi məkruh hesab edirlər».
|