|
||||||||||||
9. Sağ əli sol əlin üzərinə qoyaraq hər ikisini sinənin üzərində bağlamaqRəsulullah salləllahu əleyhi və səlləm namaz qıldığı zaman sağ əlini sol əlinin üzərinə qoyurdu. Və hər iki əlini də sinəsinin üzərində bağlayırdı. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: «Biz peyğəmbərlər topluluğuna namazda sağ əli sol əlin üzərinə qoymaq əmr edilmişdir.». İmam Əhməd ibn Hənbəl radıyallahu anha «Namaz qılarkən sağ əli solun üzərinə qoymağın mənası nədir» deyə sual verldiyi zaman belə cavab vermişdir: «Bu, qalib və hər şeyə qadir olan Uca Allahın qarşısında acizliyimizi bildirən bir hərəkətdir.».İmam ibn Hacər əl-Əsqalani radıyallhu anh belə yazır: «Alimlər namazdakı bu cür duruşun mənasını belə izah etmişlər: 1. Bəzilərinə görə, bu, yalvara-yalvara Allaha üz tutanın vəziyyətidir. 2. Belə bir duruş insanı mənasız və boş işlərdən çəkindirir. 3. Bu vəziyyətdə dayanmaq xuşuya daha yaxındır». 10. Səcdə edilən yerə baxmaqAişə radıyallahu anha belə nəql edir: « Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılmaq üçün durduğu zaman başını əyər və gözlərini yerə dikərdi». Peyğəmbər salləllahu əleyhi və səlləm Kəbənin içinə daxil olduğu zaman oradan çıxana qədər baxışlarını səcdə yerindən ayırmırdı. Təşəhhüd (oturan vəziyyətdə dua oxumaq) əsnasında isə barmağını hərəkət etdirərək işarə edir və gözü ilə bunu izləyirdi. Peyğəmbər salləllahu əleyhi və səlləmin bu əməli mötəbər mənbələrdən bizə çatdırılmışdır. «Təşəhhüd üçün oturduğu zaman şəhadət barmağı ilə qibləyə doğru işarə edir və buna baxırdı». İkinci rəvayət isə belədir: «Rəsulullah salləllahu əleyhi və səlləm təşəhhüd zamanı şəhadət barmağı ilə işarə edər və gözü ilə ona baxardı». Namaz qılarkən gözləri yummaq Namaz qılanların bəzilərinin ağlına belə bir sual gələ bilər: «Namazda gözləri bağlamağın dini hökmü nədir? Xüsusən də əgər bu, xuşunun artmasına səbəb olursa? Bu, Rəsulullah salləllahu əleyhi və səlləmin bir az əvvəl qeyd olunan mübarək sünnəsinə ziddir Namaz qılarkən gözü bağlamaq namazın qiyamında (düz dayanarkən) səcdə əvəzinə təşəhhüd zamanı şəhadət barmağına baxmaq sünnəsinin aradan qalxması deməkdir. Buna baxmayaraq məsələni müfəssəl şəkildə dərk etməliyik. İmam ibn Qeyyim radıyallahu anh bu məsələyə belə cavab vermişdir: «Namaz qılarkən gözləri bağlamaq Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnələrinə və göstərdiyi doğru yola daxil deyil. Bir az əvvəl də təşəhhüd əsnasında Peyğəmbər salləllahu əleyhi və səlləmin şəhadət barmağına baxdığını və bundan gözünü çəkmədiyini qeyd etmişdik. Bundan əlavə, yenə də namaz qılarkən gözlərin açıq saxlanılmasına dair müxtəlif dəlilləri var. Məsələn, Kusuf namazı əsnasında Peyğəmbər salləllahu əleyhi və səlləm cənnət üzümlərini gördü və onları dərmək üçün əlini uzatdı. Burada o, həmçinin cəhənnəm odunu da gördü. Pişiyi bağlayan qadını da namazda gördü. Dəyənəklə insanları soyan adamı da gördü. Qarşısından keçmək istəyən heyvana da mane olmuş, onun keçməsinə izn verməmişdi. Namazda ikən yenə də ona salam verən insana əli ilə işarə edərək cavab vermişdir. Buna bənzər bir çox hədislər də var. Bir hədis də də göstərildiyi kimi, Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılarkən şeytan gələrək onun qarşısında dayanmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm onu tutub boğazından sıxmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm onu adi gözlə görmüşdü. Qeyd olunan hədislərdən və başqa bir çox hədislərdən də aydın olduğu kimi, Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılarkən gözlərini bağlamamışdı. İslam ailmləri arasında namazda gözlərin bağlamasının məkruh (qadağan olunmuş, lakin müstəsna hallarda yol verilən) olması məsələsində ixtilaf yaranmışdır. İmam Əhməd və digər imamlar buna «məkruh» demişlər. Və bunun yəhudilərin adəti olduğu bildirilmişdir. Bəzi alimlər isə bunu «mübah» (qadağan olunmayan) kimi qəbul etmişdir. Doğru olan görüş isə budur: əgər gözü açıq vəziyyətdə namaz qılmaq xuşuya zərər vermirsə, o zaman gözü açıq namaz qılmaq faydalıdır. Əgər gözü açıq namaz qılmaq xuşuya əngəl törədirsə, o zaman gözü açıq olaraq namaz qılmaq daha fəzilətlidir. Məsələn, qarşısında bəzək, naxış və ya nəzərə çarpan əşyaya görə qəlbin xuşusu və rahatlığı pozulursa, bu zaman gözü bağlamaq olar. Dinin əsli və mahiyyəti nəzərə alınsa, onda belə hallarda gözün bağlanmasının daha məqsədəuyğun olduğu ortaya çıxır. Əlbəttə ki, ən doğrusunu Allah bilir. Nəticə olaraq ən əsası və sünnəyə uyğun olanı gözü açıq namaz qılmaqdır. Lakin müstəsna hallarda və xuşuya mane olan vəziyyətlərdə gözü yumaraq namaz qılmaq da olar. 11. Barmağı hərəkət etdirməkNamaz qılanların əksəriyyətində bu məsələ ilə bağlı tənbəllik nəzərə çarpır. Çünki onlar bu məsələnin böyük faydasından və bu hərəkətin xuşunu təmin edən yönündən xəbərsizdir. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Barmağı bu şəkildə hərəkət etdirmək şeytana dəmirdən daha şiddətlidir». Çünki bu şəkildə barmağı hərəkət etdirmək qula Uca Allahın vahid olduğunu öyrədir və işarə etməyin mənası budur ki, ibadətə ən layiq olan yalnız Allahdır, buna görə də şeytan bu hərəkətə nifrət edir. Belə mühüm bir məsələdə səhabələr insanları diqqətli olmağa çağırırlar. Özləri də bu işə əhəmiyyət verirlər. Bu gün bəzi insanların mənasız və qeyri-ciddi yanaşdığı bu məsələyə səhabələr xüsusi bir əhəmiyyət vermişlər. Hətta səhabənin bu məsələdə bir – birindən «bu işə etinasız yanaşmayacağıq» şəklində söz verdiyi də bildirilir. Şəhadət barmağını hərəkət etdirmək sünnəsi isə namazın salamlaşma hissəsinə qədər barmağın qibləyə doğru hərəkət etdirilməsi deməkdir.
|