|
|
 |



 |
 |
Kitabların ZİP variantı |
 |
Kitablarda istifadə edilmiş fontlar |
 |
  |
 |
-
RAMAZAN FƏTVALARI - Kitabda Ramazanla əlaqədar bir çox suallara cavab tapa biləcəksiniz.
Kitabın rus dilində tərcümə olunmuş mətnini də buradan köçürə bilərsiniz - >>>
- Əhli-Beytin fəziləti
Oxuculara təqdim olunan bu kitabçada sünnə əhlinin əqidəsində özünəməxsus yer tutmuş «Əhli-beytin fəziləti» mövzusuna toxunulmuşdur.
Kitabça hazırlanarkən «Əhli-beyt» məfhumunun ərəb dili baxımından hansı mə’nalarda işlədildiyi ilə bağlı dilçi alimlərin tədqiqatlarından, bu məfhuma kimlərin daxil olması haqqında rə’ylərindən istifadə edilmişdir.
-
ÜÇ SUAL - Kitabda bərzax həyatında (qəbr evində) veriləcək üç sualdan söhbət gedir.
- ELMİN FƏZİLƏTİ - Kitabda söhbət İslam dinində elmə olan münasibətindən gedir.
- HİKMƏTLİ DƏVƏT - Bu kitabı oxuduqdan sonra siz, insanları İslam dininə hikmətlə dəvət etməyin yollarını öyrənəcəksiniz.
- ŞƏRİƏT RİSALƏSİ - Bu kitabda təharət və namaz barəsində olan suallarınızın əksəriyyətinə dəlillərlə cavab tapa biləcəksiniz.
- QADINLARA MÜNASİBƏT - Qadınlara qarşı necə davaranacağınızı bilirsinizmi? Elə isə bu kitabı oxuyun.
- MƏXLUQATIN ƏN XEYİRLİSİNİN (s.ə.s) KƏLAMLARINDAN GÖTÜRÜLMÜŞ HÖKMLƏRİN ƏSASI - Bu kitabda fiqhi məsələlərlə bağlı bəzi hədislər və bu hədislərdən çıxan şəriət hökmləri qeyd edilmişdir.
- QURBAN VƏ ONUN HÖKMLƏRİ - Bu kiçik risalədə siz qurban kəsməyin fəziləti və onun qaydaları ilə tanış olacaqsınız.
- Ayələrin nazil olma səbəblərindən - SƏHİH MÜSNƏD - Adından bəlli olduğu kimi bu kitabda nazil olma səbəbləri olan bəzi ayələrdən söhbət gedir.
|
|
 |
Yeni kitablar |
 |
Elmin Fəziləti (yeni) |
 |
ətrafli |
 |
"Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!" ("əl-Bəqərə" surəsi, 269.) Elmsiz insan sükanı nasaz maşina bənzəyir. Sükansız maşını idarə etmək qeyri-mümkün olduğu kimi, elmsiz də bu dünyada yaşamaq çox çətindir. Elmsiz söylənilən fikir çox zəif və təsirsizdir. Uca Allah hətta peyğəmbərlərinə belə elmsiz fikir söyləməməyi tövsiyə etmiş və belə buyurmuşdur:
"Həqiqi hökmdar olan Allah (hər şeydən) Ucadır! Həm də sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!"- de". ("Ta Ha" surəsi, 114) Bu kitabı yazmaqda digər bir məqsədim də Islamın elmə verdiyi qiyməti, alimə olan xüsusi münasibəti nəzərinizə çatdırmaqla yanaşı, həm də təmiz və saf dinimizin cahillikdən, xurafatdan, terrordan və s. bu kimi əsassız ittihamlardan uzaq olmasını ortaya qoymaqdır. Islam bütün gözəl keyfiyyətləri insanlara hələ bəşəriyyət onlar barəsində xəbərsizkən çatdıran bir dindir. Elmə yiyələnməyin vacibliyi Islamın əsas prinsiplərini təşkil edir. Dinimiz elmi bilgiləri iki böyük qrupa ayırır: Bunlardan birincisi fardul-ayn olan elmdir ki, bu elmi bütün insanlar bilməlidirlər. Bu məsələdən kiminsə qafil olması heç cürə qəbul edilməzdir və dinimiz belə insanları axirət əzabı ilə qorxudur. Bu elm də Allahın tanınması və qəbul edilməsidir. Bu barədə Uca Allah belə buyurur:
"Bil ki, Allahdan başqa ilahi yoxdur" ("Məhəmməd" surəsi, 19.)...
|
|
 |
Yeni kitablar |
 |
Hikmətli dəvət (yeni) |
 |
ətrafli |
 |
"Ya Məhəmməd! Doğrudurmu ki, sən bizim bütləri təhqir edirsən?" Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onun sualını çox gözəl şəkildə elə sualla cavablandıraraq soruşur: "Ya Hüseyn nə qədər ilahiyə ibadət edirsən?" O, isə cavabında : "Birinə göydə, yeddisinə yerdə" söyləyir. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onun bu cavabından sonra soruşur: "Yaxşı sənə qəflətən bəla gəldikdə kimə müraciət edirsən?" O deyir: "Yalnız göydəkinə". Onda Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - növbəti sualı verir: "Bəs nə üçün gələn bəladan səni qoruyana, sənə istədiklərini verənə yerdəkiləri şərik qoşursan?". Hüseyn fikirləşir ki, doğrudan da Məhəmməd - səllallahu aleyhi və səlləm - düz deyir. Doğrudan da göydə olan Allah kifayət etdiyi halda yerdəki bütləri, daşları vasitəçi etmək, şərik qoşmaq ağıla batan iş deyil. Lakin burada onun diqqətini çəkən və xoşuna gələn bir hal da Məhəmmədin - səllallahu aleyhi və səlləm - fikirlərində dünya mənfəətindən uzaq, sırf Allah qorxusu, ixlas, hikmət, mülayimlilik və insanpərvərliyin olması idi. O, dərhal şəhadət gətirərək müsəlman oldu. Yanında oturan Qureyşlilər isə Məhəmmədin - səllallahu aleyhi və səlləm - onu iki cümlə ilə yoluna gətirdiyindən heyrətlərini gizlədə bilmirdilər. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - səhabələrinə tapşırır ki, onu evinə qədər ötürsünlər. İmran ibn Hüseyn (r.a) qalxıb atasının başından və əllərindən öpür. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - isə onun ardınca baxıb deyir: "Baxın, kafir kimi gəldi, müsəlman olaraq getdi". (İbn Həcərin "İsabə" əsəri, 2/87)... |
|
 |
Yeni kitablar |
 |
Raşidi xəlifələr |
 |
ətrafli |
 |
"(Islamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqílaóan mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər göríməkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalaícaqíları, (ağacları) altından çaylar axan cənnətlər hazırlaímışídır. Bu, ən böyük qurtuluş və uğurdur!"
"ət-Tövbə" surəsi, 100-cü ayə"
Məhəmməd peyğəmbər demişdir:
"Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"
"Səhihu-l-Buxari", 7/25, 3673-cü hədis.
Imam Əli demişdir:
"Peyğəmbərimizin səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirməímişlər. Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir".
"Biharu-l-Ənvar", 22/305-306
Müsəlman qardaş və bacılar!
Bu risaləni yazmaqda məqsədim budur ki, Islam xəlifələri barədə sizə qısa, ancaq imkan daxilində hərtərəfli məlumat verim və onların başqalarına nisbətdə olan üstünlüklərini aşkara çıxarım. Bunu etməklə də Allah üçün edilən ibadətdən sayılan islam əqidəsinin bir hissəsi olan onlara qarşı məhəbbəti bir az da artırım.
Ümumiyyətlə, xilafət 30 il olub.
Səfinənin (Allah ondan razı olsun! - radıyallahu anhu - r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun! - səlləllahu əleyhi və alə alihi və səlləm - s.a.s.) demişdir: "Peyğəmbərlik (yəni sonrakı) xilafəti otuz il olacaq" (Əbu Davud, "Sünnə" kitabı, "Xəlifələr" fəsli, 12-ci cild, səh.259, 4633-cü hədis). |
|
 |
Yeni kitablar |
 |
10 HAQQ |
 |
ətrafli |
 |
Şükr və təTrif Allaha məxsusdur. Biz ona şükr edir, Onu təTrif edirik, Onu köməyə çağırırıq, Ondan bağışílanma diləyirik, nəfslərimizdəki şərdən, əməlləriímizdəki pisíliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırídığı şəxsi isə yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan Başqa ibadətə haqqı olan tanrı yoxdur, Onun şəriki yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
ëEó iman gətirən kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!"
(ëAli Imran" surəsi, 102-ci ayə).
ëEó insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər istədiyiniz) Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!"
(ëən-Nisa" surəsi, 1).
ëEó iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar" (ëəl-Əhzab" surəsi, 70-71).
|
|
|
|