#
#
#
#
#
#
#
#
#
#
#

AZERIENGLISHARABICRUSSIAN
AzerIslam.com
Home PageAbout ProjektLinksContacts



























  Hadis:Peyğəmbər namazı

Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم

Peyğəmbərimiz (s.ə.s.) sağ əlini sol əli üzərinə qoyub namaz qılardı

Bir çox oxucularımız bizə məktubla müraciət edərək bildirirlər ki, namaza başlasalar da bir meselede şübhəli qalıblar. Bu da uzun zamanlardan buyana bir çoxlarının müzakirə obyekti olan –Namazda əlləri necə tutmaq- məsələsidir. Mövzumuza İnşaalah ğələcəkdə geniş prizmadan yanaşmağı düşündüyümüz üçün indilik məsələni daha konkret şəkildə oxucularımızın nəzərinə çatdırmaq istərdik.

SAĞ ƏLİ SOL ƏLİN ÜZƏRİNƏ QOYMAQ
Cümhura görə (alimlər çoxluğunun rəyi) namaz qılan insanın təkbirdən sonra sağ əlini sol əli və biləyi üzərinə qoyması sünnətdir. Vail bin Hücr rəvayət edərək bildirir ki, o, Peyğəmbərimiz (s.ə.s.) –in namaza başladıqdan sonra əllərini qaldıraraq təkbir gətirdiyini, sonra paltarına bürünərək sağ əlini sol əli, biləyi və bazusu üzərinə qoyduğunu ğörmüşdür.
(Bu hədisi Əhməd, Müslim, Əbu Davud və Nəsai rəvayət etmişlər)

Kabisə bin Hülb atasından rəvayət edərək demişdir: “Rəsulullah (s.ə.s.) bizə imamlıq edirdi və namazda sol əlini sağ əli ilə tuturdu”.
(Bu hədisi Tirmizi rəvayət etmişdir və həsəndir demişdir)

Səhl bin Səəd (Allah ondan razı olsun-r.a.) belə rəvayət etmişdir: “İnsanlar namaz qılarkən sağ əllərini sol əlləri üzərinə qoymaqla əmr olunmuşlar”.
(Bu hədisi Buxari rəvayət etmişdir)

İbni Mə’suddan da belə rəvayət edilmişdir: “Allah Rəsulu (s.ə.s.) birinin yanına gəldi. O da sol əlini sağ əlinin üzərinə qoyaraq namaz qılırdı. Peyğəmbər (s.ə.s.) adamın sağ əlini götürüb sol əli üzərinə qoydu”.
(Bu hədisi Əbu Davud rəvayət etmişdir)

Məncə yeni namaza başlamış qardaş və bacılarımız üçün yuxarıda sadaladığım dəlillər hələlik kifayət edər. Namazda olmayan insanlara isə bunu deyərdim.
Əzizlərim neçə ki, ölüm sizi haqlamayıb namaza tələsin. Necə deyərlər ölüm gözlə qaş arasındadır. Bir neçə saniyədən sonra belə yaşayıb-yaşamayacağımıza heç kim qarant verə bilməz. Bizim ölüm mələyindən ala biləcəyimiz elə bir qəbzimiz yoxdur ki, nə zaman öləcəyimizi bilək və nə zaman da namaza başlayacağımıza qərar verək. Qədərimizi Allah yazıb. Başımıza nələr gələcəyini də yalnız Allah bilər. Elə isə bu saat gecikmədən NAMAZI NECƏ QILAQ bölümünə keç və namaz qılmaq haqqında yaxşıca düşün. Bəlkə bu sənə olunan dəvətlərin soncusudur? Allah bilər belə bir şans nə zamansa əlinə düşəcək yoxsa yox.
Diqqətli oxucularımızın nəzərinə çatdıraq ki, sizlər üçün sadaladığımız yuxarıdakı dəlillər “İslam fikhi ensiklopediyası” kitabının 2-ci cildinin 15-ci səhifəsində yer alır”.

Allahın salamı və xeyir-duası üzərinizə olsun.

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111