"Və inkarda israr edənlərə gəldikdə... Onların etdikləri səhrada görülən ilğım kimidir: Susuzluqdan yanmış olan onu su sanar, fəqət ona yaxınlaşdıqda orada (sudan) heç bir iz tapa bilməz. Lakin Allahı öz vicdanında tapar və bilər ki, Allah haqq-hesabı layiqincə çəkəndir."
[Nur, 39]
İnsanınn haqsız yerə qan tökməsinə səbəb bir işə nəfsini qarışdırmasıdır.
[Buxari, 4888]
"Allahın hər mükafatı rəhmət, hər cəzası isə ədalətdir."
Təqib etdiyinizin təqlidçisi olmaq əvəzinə təhqiqçisi olun. Kölgəsi olmaq yerinə “Şəxsiyyət” olun. Əlbəttə, bu geniş kütlələr üçün mümkün deyil. Əgər mütləq təqlid edəcəksinizsə ən yaxşını təqlid edin. Allahın sizə nümunə göstərdiyini təqlid edin. İpini səhv bələdçinin əlinə verənin sonu qorxulu olar. Unutmayın qeyd-şərtsiz təqlidi caiz olan yeganə bəşər “Allahın əxlaqı ilə əxlaqlanan” məsum Nəbilər, dolayısı ilə onların son və kamil təmsilçisi Məhəmməd əleyhissalamdır.
Həzrəti İshaq Həzrəti İbrahimin Saradan olan oğludur. Onun doğulacağı barədə müjdə “Hud” surəsinin 71-ci ayəsində verilir. Qurani Kərimdə Həzrəti İbrahimə oğulları barədə iki yerdə müjdə verilir ki, bunlardan biri “Hud” surəsi 71-ci ayə, digəri isə “Səffat” surəsi 101-ci ayədir. Birinci möcüzəvi bir müjdədir, ikincisi isə İbrahimin duasına cavab olaraq.

Beynini yeniləməyən və bu insanı üfüqü hədəf almayan oxucu, yazar və düçüncə sahibi yalnız bir şərtlənən və şərtləndirici olmaq məcburiyyətində qalar ki, bu iki hal da arzuolunmazdır. İmmanuel Kant mövzu ilə bağlı tələbələrinə xitabən “Məndən hazır düşüncələri deyil, düşünməyi öyrənəcəksiniz” deyərkən, M. A. Ferricre “Yalnız elm verən universitetlər qapadılmalıdır!” fikri ilə oxucunu da, tələbəni də içi doldurulması lazım olan bir qab deyil, alovlanması lazım olan atəş kimi görməkdədir.
Özünə silah çəkilən bir kimsə, rəqibini öldürməyi düşünmədən, sadəcə nəfsini müdafiə etmək üçün silahından istifadə edərsə və onu öldürmək məcburiyyətində qalarsa, qatil sayılmaz. Çünki o, nəfsini müdafiə etmək məcburiyyətində qalmışdır. Nəfsini müdafiə etmək isə dinin əmridir.
Kəlməyi tövhid, iman ediləcəklər siyahısının altına atılan imzadır. Kəlməyi tövhid, həqiqətin bir cümlə ilə etirafıdır. Kəlməyi tövhid, sözün məğzidir. Kəlməyi tövhid, bütün kəlmələrin düşünən qəlbidir. Söz ruhunu ondan alır. Hər kəlmə, hər cümlə, hər mətn, ona yaxınlığı nisbəti ilə qiymətli bir kəlam, ondan uzaqlığı nisbəti ilə də dəyərsiz bir sözdür.
Öz övladlarını iqtisadi bəhanələrlə öldürənlər kifayət qədər çoxdur. İnsanlıq tarixi boyunca istər öldürən, istərsə də bunda maraqları olan başqa tərəflərin irəli sürdükləri ən önəmli bəhanə iqtisadi çətinlikdir. İllər öncə insanlar bu artımla davam etsələr onları isitmək üçün yer kürəsindəki ağaclar kifayət etməyəcək deyənlər, sonradan qarşılarında təbii qaz və elektrik kimi isitmə sistemlərini gördülər, içməli suyun kifayət etməyəcəyini deyənlər duzlu suyun təmizlənməsini gördülər, insanların sayına görə ağac yetişdirmək əvəzinə, ağacların sayına görə insan yetişdirdilər.
Quranda peyğəmbərlərlə qövümlərinin mücadilələrinə baxdığımız zaman ən çox “öldükdən sonra diriliş və hər şeyin əvəzinin veriləcəyinə inam” fikrinin inkar edildiyini görürük. Bu insanların heç cür qəbul etmədikləri, daha doğrusu qəbul etmək istəmədikləri bir vəziyyətdir. Çünki qəbul etdikləri təqdirdə istədikləri kimi hərəkət edə bilməyəcəklər. Həyatları məhdud və məsuliyyətli olacaq.
Kök etibarı ilə dörd hərfli/rübai “tərcəmə” və ya üç hərfli/sülasi “rəcəmə” felindən törədildiyi iddia edilən “tərcümə” kəlməsi, lüğətdə “bir kəlamı bir dildən başqa dilə çevirmək, bir sözü digər bir dildə təfsir və bəyan etmək, bir kəlməni onun yerini tutacaq başqa sözlə dəyişdirmək” mənalarına gəlir.
Qur'an onunla əməl olunmaq üçün endirildi. Fəqət insanlar onu əzbərləməyi əmələ çevirdilər. Fudeyl bin İyad