Ey Ramazan! Ey içərisində “min aydan daha xeyirli bir gecəni” daşıyan ay! Ey Quranın doğum ayı, ayların ən çox gül ətri verəni! Ey vəhyin dirildən nəfəsini həyata, Məhəmmədi əbədi bir məhəbbətə, varlığın mənasını Allahsızlaşdıqca anlamsızlaşan çağa, insanın itirdiyi insanlığı, rəhməti, bərəkəti, ehsanı, hidayəti və şəfqəti insana çatdıran ay! Xoş gəldin!
Söz insandan öncə yaradıldı: Əvvəlcə kəlam, sonra isə İnsan. Elə məhz ona görə də kəlam insandan böyükdür. Allah “OL!” dedi, bütün varlıq aləmi də əmrə təslim olaraq “olmağa” başladı. “Olunca” da zikr və təqdis edərək Rəbbinə ibadət etdi. Günəş şüası, ay nuru, yer təvafı, gül ətri... İNSAN QULLUĞU ilə ibadətdədir.

İmkansız”mı dedin? Bu mümkünmü dostum? Heç bu sənə yaraşarmı? Niyə Allah yoxmuş kimi danışırsan? Allah yoxmuş kimi danışmağın günah olduğunu bilmirsənmi? Yoxsa sən başladığın işlərə Bismillahsız başlayırsan?
İnanc yoxsullaşması, maddi yoxsulluqdan daha qorxulu nəticələrə varır. Beynəlxalq təşkilatlardan maddi yardım ala bilərsiniz. Lakin din və iman səfalətinə düçar olmusunuzsa hansı beynəlxalq təşkilatın qapısına gedəcəksiniz? İnanc yoxsulluğunu yalnız iman, əxlaq və ləyaqət zənginliyi ilə dəf edə bilərsiniz. Bax, Ramazan o zənginliyin qaynaqlarından biridir.
Quran dərs kitabıdır. Bizə həyat dərsini keçir. Övlad olmağı da oradan öyrənirik, valideyn olmağı da. Ərlik də Qurandan öyrənilməlidir, qadınıq da. Yerişimizə, geyimimizə, işimizə-gücümüzə, evliliyimizə - boşanmağımıza, yeməyimizə - içməyimizə, qazancımıza – xərcliyimizə qarışan Allah, bizi cənnətə istiqamətləndirir. Quran, cənnətinin yoluna işıq salan mayakdır. Qaranlıq yolların sonu cəhənnəmə çıxır. Yol bəlli, bələdçi bəlli. Yolu seçmək yolçunun ixtiyarındadır. Ya Loğmana uyub onun oğlu olacağıq, ya Nuhun kafir oğlu Kənan kimi qayalara çırpılacağıq.
Yenidən dirilişin doğuluş halıdır ölmək. Ana bətnindəki kimi doğuluşunu gözləyərsən qəbrində. Tək fərqi istədiyin kimi təkmə-tokat ata bilməməyin. Amma ümidlə gözləyərsən doğulmağını, cənnəti xəyal edərsən. Səslər duyarsan ətrafdan cavab verə bilməzsən. Ya da darıxasan kimlər üçünsə, gəlsin səsini duyasan deyə həsrətlə gözləyərsən.
Torpaq kimindir? O insana və insanlığa nə üçün verilib? Kimə və nə zaman verilib? Tarix müharibələrlə, müharibə xəritələri ilə doludur. Bu gün birinin olan torpaqlar sabah başqasının olur. Bu gün hökmranlıq edən biri sabah mühakimə olunur. Ölən də öldürən də, hökm verən də, məhkum olan da özünü haqlı sanır. Mənim olan bir şeyi qorudum, deyir. MƏNİM OLAN… Mülkiyyət haqqını nə zaman və kimdən alırıq?
Bizim toplumun qəribə bir adəti var: Firoun kimi yaşayb, müsəlman kimi ölmək. Nədənsə insan öləndən sonra onun «müsəlman» olduğu xatırlanır, həmən çadırlar qurulur, qazanlar asılır, molla adlandırılan adamlar dəvət olunur və məclis başlayır. Ölən üçün ömründə qılmadığı cənazə namazı qılınır, bəlkə həyatında heç bir dəfə də dinləmədiyi Yasin oxunur, rəhmətdən payı olmasa da gələn - gedən «Allah rəhmət eləsin!» deyib, inanmadıqları cənnətə gedəcəyini murad edir, ruhuna bir Fatihə verib evlərinə dağılışırlar.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.