Tarixi qaynaqlardakı rəvayətlərə görə Xabbabın müşrik sahibəsi Ummu Ənmar öz dəmirçixanasında Xabbab (r.anhı) İslamdan döndərmək üçün ocaqda qızdırdığı dəmirlə onun başını və digər bədən üzvlərini dağlayarmış. Müşriklər kölə olan himayədarsız Xabbab İbn Əratin çılpak vücudunu tikanlar içində sürüyərmişlər. Bəzən də müşrik düşmənləri Məkkənin günorta istisində ona dəmirdən zireh geyindirər, onu qızmar günəşin altında saxlayardılar.
Rəbbinin fil ordusuna nələr etdiyini gördünmü? Onların hiyləsini boşa çıxartmadımı? Onların üzərinə qatar-qatar uçuşan varlıqlar göndərdi. Onların üzərinə palçığa bənzər daşlar atırdılar. Beləliklə Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.
Hz. Əbu Bəkir İslamın zülm mexanizmasını parçaladığını söyləyir və davam edir: “Bizə Quran, yəni Allahın qanunları gəldikdən sonra, heç kim fağır, zəif elan edilərək əzilməyəcək! Bəşəri nizamlara görə qurulmuş olan üstün sinif, üstün irq, üstün ailə, üstün məqam ifadələri yoxdur. Güclü zəifi əzməyəcək; zəngin fağırı istismar etməyəcək, kapitalizmin faizlə dönən çarxları insanları özündən asılı etməyəcək. İnsanın insanı istismar edən qanuna son qoyulub! Və mən, İslam Dövlətinin Rəhbəri, yəni Xəlifəsi olaraq daima zəifin, əzilmişin, fağırın yanında olacağam; onların başqalarının üzərində olan haqlarını alıncaya qədər güclünün və zənginin yaxasını buraxmayacağam.
İçində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən endirilmişdir. Özlərinə elm verilənlər Rəbbindən sənə endirilənin haqqın özü olduğunu və üstün, güclü, tərif edilməyə layiq olanın (Allah) yoluna yönəltdiyini görürlər. Kitabın endirilməsi, üstün və güclü olan hökm və hikmət sahibi olan Allahdandır. Quran diri olanları xəbərdar edib qorxutmaq və küfrə düşənlərin üzərində sözün haqq olması üçün endirilmişdir.
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.
Həzrəti Nuh, Qurani Kərimdə və Həzrəti Məhəmmədin hədislərində digər peyğəmbərlərlə müqayisədə daha çox məlumat verilən və "ülül-azm" olaraq adlandırılan 5 böyük peyğəmbərdən biridir. Qurani Kərimdə, 28 surədə haqqında məlumat verilmiş və 43 yerdə adı zikr edilmişdir.
Həzrəti Əlinin ilk Xəlifə seçilən Əbu Bəkirə biəti barədə üç rəvayət mövcuddur. Hər üç rəvayətdə də Həzrəti Əlinin biət etdiyini görürük. Doğruya ən yaxın olan rəvayət görə Həzrəti Əli bir qədər gec Həzrəti Fatimənin ölümündən sonra biət etmişdir.
De ki: Siz ey kafirlər! Mən sizin qul olduğunuz şeylərə əsla qul olmayacağam. Siz də mənim qul olduğuma qulluq edəcək deyilsiniz. Mən əsla keçmişdə qulluq etmədim sizin qul olduqlarınıza. Siz də mənim qul olduğuma qulluq etməzsiniz. Sizin dininiz sizə, mənim dinim mənə.
"8 mart beynəlxalq qadınlar bayramı" qadına verilmiş bir rüşvətdir. Vəhşi kapitalizm qadını öncə istismar etmiş, sonra da susması üçün ona "pay" vermişdir. Sübut istəyən 1857-ci ilin 8 martnda Nyu-Yorkda baş verənlərə baxsın.
Sən hələ dirilməmisən. Sən hələ ölüsən və ya ölümə bənzər yuxu halındasan. Dirilməyin üçün ölməlisən. Ölüm, nə yaxşı ki, sən varsan. Sən olmasaydın dirilməyin qədrini bilə bilməzdim. Sən olmasaydın, fərqi anlamazdım. Sən olmasaydın yaşamağın mənası olmazdı.
Zaman çox gözəl müəllimdir, amma sonunda tələbələrini öldürür...