İmam Şafiyə görə Qur`an kəlməsi sonradan meydana gəlməyib (törəməyib) və hər hansı bir kəlməyə də bənzəmir. Qur`an, bilavasitə Allahın son kəlməsi üçün seçib bəyəndiyi “ismi xas”dır. Lakin “ismi xas” özəl adlardan fərqlənir. Belə ki, özəl adlar mahiyyəti ilə birlikdə bir hüviyyətə (şəxsiyyətə) sahib olan varlıqlara, yəni insanlara aiddir. Ancaq bir özəl ada eyni anda bir neçə şəxs sahib ola bildiyi halda “ismi xas” sadəcə tək olur. Yəni eyni anda birdən çox Əhməd, Məhəmməd adı ilə adlandırılan şəxslərin olması mümkündür. “İsmi xas” isə sadəcə Allah üçün istifadə edilir.
Həyatında müvəffəqiyyət və uğur qazanmış elə bir insan tanımıram ki, onun sözləri daima mənfi və pessimistik olsun. Eynilə də həyatda özünə bir yer tapa bilməyən, müvəffəqiyyət qazana bilməyən elə bir insan tanımıram ki, onun da dilindən həmişə optimistik və müsbət ifadələr tökülsün. İnanıram və əminəm ki, pessimist bir insan sözlərini dəyişsə, ifadələrini daha müsbət yönümlü seçsə, bunu etmək onun üçün çətin və ağır olsa da belə, mütləq və mütləq hisslərində, duyğularında və həyatında müsbət dəyişiklikləri hiss edəcəkdir.

Hər mesaj oxunması üçün yazılır. Oxunacağı ümidi ilə yazılır. Yazan heç nə itirmir, amma oxumayan itirir... Sadəcə oxumadığı mesajı deyil, gedə bilməyəcəyi cənnəti də itirir. Bir ömrü Allahsız yaşayır. Bu dünyada o Allahla danışmır, onun mesajını oxumur, axirətdə də Allah onunla danışmır, üzünə də baxmır, onu təmizləmir. Bu dünyada özünü təmizləməyəni, axirətdə Allah da təmizləməyəcək. Çünki O, yalnız "Böyük günahlardan və əxlaqsız davranışlardan çəkinənlərin kiçik günahlarını bağışlayacaq"
Bilən insan təvazö sahibidir. Bar verən ağac kimi başını yerə əyər. Boş insanların başı yüksəklərdədir. Elə bil ki, yüksək dağları onlar yaradıb. Ədasından yanlarına yaxınlaşmaq da mümkün olmur. Belə insanların nə özünə, nə də cəmiyyətə heç bir faydası olmaz. Susmaq, yorulmadan edilən ibadət, xərc ödəmədən əldə edilən bir zinət, hökmdarlığa möhtac olmadan ələ keçən bir dövlətdir.
Bəzən insanlara "qoyun sürüsü kimi” deyiləndə qəzəblənirik. Amma bu bənzətmə təsdiqləndi. Alimlər bunu araşdırmağa ərinmədilər. Nəticə ağlasığmaz oldu. Çünki qələbəlik qruplar halında olan insanlar qoyun sürüsü kimi davrandılar. Tədqiqatçılara görə qələbəlik kütlə ilə qoyun sürüsü arasındakı fərq çox cüzidir. Belə ki, hər iki halda da 0,03% təşkil edənlər 0,96% olanları idarə edir.
Davudun Peyğəmbər olaraq seçilməsi onun təslimiyyətinə bağlı idi. Calutu öldürməklə, onunla savaşa qatılmaqla Peyğəmbərlik və iqtidar məqamına yüksəldi. Lakin bunun Allahın ona bir lütfü olduğunu da heç bir zaman unutmadı. Biz ayələrdən onun bütün bunlar üçün necə şükür etdiyini öyrənirik.
Sekulyar məntiqi müdafiə edən alimlərdən birinin hesabına görə orta çəkili bir insanın bədənindən istifadə edə bilsək, maddələrə ayırsaq təxminən bunları əldə etmək olar; 7 ədəd sabun düzəltmək üçün piy, 7 ədəd karandaş üçün karbon, fosfor, bir ədəd dərman üçün maqnezium duzu, balaca bir mismar düzəltmək üçün dəmir, kibrit, su və digər maddələr.
Həzrəti Yusuf deyilərkən ilk ağla gələn gözəllik, iffət və mərhəmət simvolları olur. Yusuf gözəlliyin timsalıdır. Yusuf iffətin timsalıdır. Yusuf "Ayı, Günəşi və on bir ulduzu" qarşısında səcdə etdirən bir peyğəmbər misalıdır. Yusuf qissəsi bir "peyğəmbər necə olmalıdır?" sualının cavabıdır. Eyni zamanda Rəsulullahın ən böyük təsəlli örnəyidir.