İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.
[Bəqərə, 185]
Ramazan ayı bütün ayların, Qədir gecəsi isə bütün gecələrin sultanıdır.
[Ə. Hanbəl]
Oruc ac qalmaq deyil, ruhu bəsləməkdir.
[Hikmətli sözlər]
ŞÜBHƏSİZ Kİ, MƏSCİDLƏR ALLAHINDIR...
[ Aktual / 7946 dəfə baxılıb ]
|
Belə bir deyim var: "Məscidlərin minarələri memarlığın Allaha doğru uzanan şəhadət barmağıdır..."
Dünyada elə şəhərlər var ki, orada olanda hər dəfə yaxın məsafədə yerləşən məscidlərin azan səsləri biri-birinə qarışarkən bənzəri olmayan bir hissin sehrinə düşürsən sanki... Belə şəhərlərdə bərəkət var...
Bu gözəl ayda dua edək ki, bir gün bizlərdə də məscidlər və bu məscidlərin içərisini bilinclə dolduracaq şüurlu vətəndaşlarımız olsun. Amin!
Ramazanın və məscidlərin sahibi Uca Allah yardımçımız olsun. Amin! Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. [Qurani-Kərim, əl-Bəqərə surəsi, 114-cü ayə]
Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar. [ət-Tövbə 18]
Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin! [əl-Cinn 18]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.