Davudun Peyğəmbər olaraq seçilməsi onun təslimiyyətinə bağlı idi. Calutu öldürməklə, onunla savaşa qatılmaqla Peyğəmbərlik və iqtidar məqamına yüksəldi. Lakin bunun Allahın ona bir lütfü olduğunu da heç bir zaman unutmadı. Biz ayələrdən onun bütün bunlar üçün necə şükür etdiyini öyrənirik.
Sekulyar məntiqi müdafiə edən alimlərdən birinin hesabına görə orta çəkili bir insanın bədənindən istifadə edə bilsək, maddələrə ayırsaq təxminən bunları əldə etmək olar; 7 ədəd sabun düzəltmək üçün piy, 7 ədəd karandaş üçün karbon, fosfor, bir ədəd dərman üçün maqnezium duzu, balaca bir mismar düzəltmək üçün dəmir, kibrit, su və digər maddələr.

Həzrəti Yusuf deyilərkən ilk ağla gələn gözəllik, iffət və mərhəmət simvolları olur. Yusuf gözəlliyin timsalıdır. Yusuf iffətin timsalıdır. Yusuf "Ayı, Günəşi və on bir ulduzu" qarşısında səcdə etdirən bir peyğəmbər misalıdır. Yusuf qissəsi bir "peyğəmbər necə olmalıdır?" sualının cavabıdır. Eyni zamanda Rəsulullahın ən böyük təsəlli örnəyidir.
Ailə iki nəfərin başlatdığı və onların təməli üzərində yüksələn bir binadır. Bu iki nəfər bərabər olduqda sükunət tapa bilərlər, onları bir-birindən ayırsanız hidrogenlə oksigen ayrılınca nə baş verəcəksə onun şahidi olacaqsınız. Onlar ayrılınca ortada ailə deyə bir şey qalmır. Boşanmaq isə “Allahın ən çox sevmədiyi halaldır.” Hər müsəlman bunu düşünmək məcburiyyətindədir. Və evlənərkən Allahın qoyduğu tələblərə uymalıdır.
Bismillah - bir əməldir. Bizə bununla əməlli olmaq, bu əməli Allahla başlayıb Onunla davam etmək öyrədilir. Bismillah İslam əxlaqının tam bir əməl əxlaqı olduğunu bəyan edir. Və bu əməllər Allahın razılığı üçün həyata qoyulur. Allahın razi olmadığı şeyə - günaha Bismillah edilməz.
Yaqub təvəkkül imtahanını verməyə Yusufla başladı. Bizə də bir mesaj verdi: “Yusufunu” itirməzdən əvvəl təvəkkül edəcəksən. Əks halda Yusufdan sonra "Bünyaminlə" imtahana çəkilərək təvəkkül etməyi öyrənəcəksən. Bünyamin Yaqubun bitdim nöqtəsi idi. Bünyamin Yaqubun təvəkkül öncəsi imtahanı idi. Yaqub Yusufunu itirməklə təvəkkül dərsini yaxşı öyrənmiş, tədbirinin yanında təvəkkülünü də dilə gətirmiş, Allahın böyüklüyünü və hikmət sahibi olduğunu vurğulamışdır.
Allahın sözü bitmir, tükənmir. “De ki: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı.” Ağacın hər yarpağı, dənizin hər damlası, torpağın hər dənəsi sənə Onun möhtəşəmliyini xatırladır. Kainat bir kitab olur, sən bir oxuyucu. Bir ömür bu kitabı bitirməyə yetmir.
Hər birimiz qəlbimizdə kimlərəsə, nələrəsə qarşı sevgi bəsləyirik. Amma bu sevgi toxumunun əslində gələcəkdə çiçək açacağını bilmiriksə, yəni qəlbimizdəki sevginin əsl hədəfə yönəldə bilmiriksə, demək ki o zaman yaşadığımız sevgilərə, yalançı eşqlərə “ çox böyük bir sevgi” deyərək, özümüzü inandırmağa çalışırıq. Amma bu sevgiləri əsl sevgiyə qovuşmada bir körpü edə bilmişiksə, o zaman bu bizim əsl hədəfə doğru getməkdə olduğumuzu göstərir.