Gələn heç nə yoxdur. Dünyaya gəlməyimiz belə ana bətnindən gedişimizlə başlayır. Hətta alimlər subut ediblər ki, hər gün neçə hüceyrəmiz gedir – bitir, tükənir, ölür. Və gedən heç bir şey izsiz deyil. Gedirsə, deməli haradasa yığılır, harasa çatır, haradasa dayanır, harasa gəlir və təkrar yola davam edir.
Üzüldüyümüz zaman Allahın ən böyük olduğunu xatırlayıb təsəlli tapırıq. Ondan ayrı bir səadət və fəlakət təsəvvür etmədiyimiz üçün səfa halında da, cəfa halında da “Allahu Əkbər!” deyirik. Təəccüb etdiyimiz zaman əslində bizi çaşdıran şeyin Allah üçün çox bəsit, adi bir şey olduğunu növbəti dəfə xatırlayırıq.
Gələn heç nə yoxdur. Dünyaya gəlməyimiz belə ana bətnindən gedişimizlə başlayır. Hətta alimlər subut ediblər ki, hər gün neçə hüceyrəmiz gedir – bitir, tükənir, ölür. Və gedən heç bir şey izsiz deyil. Gedirsə, deməli haradasa yığılır, harasa çatır, haradasa dayanır, harasa gəlir və təkrar yola davam edir.
Üzüldüyümüz zaman Allahın ən böyük olduğunu xatırlayıb təsəlli tapırıq. Ondan ayrı bir səadət və fəlakət təsəvvür etmədiyimiz üçün səfa halında da, cəfa halında da “Allahu Əkbər!” deyirik. Təəccüb etdiyimiz zaman əslində bizi çaşdıran şeyin Allah üçün çox bəsit, adi bir şey olduğunu növbəti dəfə xatırlayırıq.
Rəsulullahın vəfatından sonra İslamı doğru anlamayan bir qrup müsəlmanlar irtidad etdilər; yəni İslam əsaslarına inanmadıqlarını elan etdilər. İslamda mürtədin, yəni dindən çıxanın cəzası ölüm olduğundan Əbu Bəkir bu insanların üzərlərinə ordular göndərərək onları cəzalandırdı. Bu ordunu göndərmədən öncə onları xəbərdar etmək, yenidən İslama dəvət etmək üçün onlara məktublar göndərdi.
“Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o malı ilə mənə yardım etdi. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.”
Tövhidi anlamaq üçün İxlas surəsinin ehtiva etdiyi mesajı anlamaq lazımdır. Tövhid şirkdən təmizlənmədən anlaşılmaz. “La” deyilmədən "illallah" demək doğru deyil. Ona görə kəlməy-i tövhidin ilk kəlməsi “la”dir. Yəni başqa bir ilahi inkar etmək, Allahı tək və eşsiz görmək. Onu Əhəd, Saməd olaraq tanımaq və Ona heç bir şəkildə şərik qoşmamaq. İmanımızı ixlasla bütünləşdirək ki, ixlaslı iman edə bilək.
Sevgi ağıl işi deyil, qəlb işidir. Hər sevgi belədir; çünki sevginin əsas qaynağı ağıl deyil, qəlbdir. Modern dünyanın müsəlmanları olaraq bizlər təəsüflər olsun ki, bəzən bunu unuduruq. Hər şeyi qəlbimiz ilə sevərkən iş Allaha və Rəsuluna gəlincə ən böyük "ağıl sahibi" oluruq, bu məsələni ağlımıza həvalə etmək istəyirik. Unutmamalıyıq ki, insan ağlı ilə anlayar, tanıyar; lakin ürəyi ilə sevər.
Başlanğıcın həm də son nöqtə olduğunu heç düşündünüzmü? Dünya dönüb başladığı yerə gəlib çatanda təvafı bitir... Sən də Dünyaya gələrkən həyatı təvaf etməyə gəldin. Dönüb hara gəldiyinə baxmaq istəyirsən, gördüyün sadəcə uzun bir yol olar. Amma unutma hara gedirsən get, nə qədər gedirsən get, sonun başlanğıca dönməkdir... Sən dönmək üçün yola çıxdığını unutmayan bir... müsafir olduğunu ağlından çıxartma. Geri dönüşün irəliyə getməklə mümkündür. Bunu da unutma... Doğuluş ölümə startdır. Finala çatmaq qələbə deyil. Qələbə, Cənnətə varmaqdır. Yolunuz açıq olsun!
Surə insanın səadətini və fəlakətini öz əlləri ilə hazırladığını bəyan edir. Allah əsrə and içərək bizə ilahi bir həqiqəti bildirir: “Şübhəsiz ki, insanoğlu ziyandadır” və bu xəbərdarlıqdan sonra ziyandan xilas olanların kimlər olduğunu da xatırladır. Ziyandan xilas olmağın dörd şərti var: İman etmək, saleh əməl işləmək; haqqı və səbri tövsiyə etmək. Başqa sözlə desək: inanmaq, yaşamaq, paylaşmaq, dirənmək. İlki Allahın, ikincisi həyatın, üçüncüsü insaniyyətin, dördüncüsü həqiqətin haqqıdır. İlk ikisi fərdi, son ikisi ictimai məsuliyyətlə əlaqəlidir. Birincisi əqidəvi, qalanları əməlidir. İnsanoğlunun xilası bu dörd keyfiyyətə bağlıdır. Əks halda insan ziyandadır.
Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyər...
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.