İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
Bu gün Dünya gündəminin ən aktual xəbərlərindən biri “Qiyamət” hadisəsidir. İnsanlar 21 dekabrda baş verməsi təxmin edilən "qiyamət"in olub olmayacağını düşünür və mayaların verdiyi bu “dəqiq xəbərdən” narahatdırlar.
Bəzən Qurandan bildiyimiz, dinimizin bizə öyrətdiyi kəlmələrin mənasına varmadan, onların əsl məqsədindən uzaq bir şəkildə istifadə edirik. Məsələn cahil birinə kafir, kafir birinə fasiq deyirik. Allah isə Kitabında hər kəsi öz adı ilə adlandırmış və hər birinin xarakterini açıqlamışdır. Deməli bizdən tələb olunan da kəlmələrin əsl mənasına varmaq, daşıdıqları mesajı doğru anlamaqdır. Fasiq birinə kafir deməklə əslində onun imanını inkar etmiş oluruq. Allah onu fasiq adlandırırsa deməli onun imanını inkar etmir, əməlində problem olduğunu söyləyir.

Müsəlmanın ürəyi kimi isti bir yuvası olmalıdır. Sevgi, hörmət, güvən, fədakarlıq, şəfqət və mərhəmətlə qızınan isti bir yuva. Orada gələcək nəsillər üçün İslami şəxsiyyət yetişdirilməlidir. Eyni zamanda İslam ailəsi ən gözəl bir həyat məktəbidir. Valideyinlər bu məktəbin şəfqətli və mehriban müəllimləri, uşaqlar isə öyrənməyə hazır tələbələridir.
Allah Rəsulu o gün üçün yük olacaq deyil yük alacaq insanları seçirdi. Dəvətin ilk illərində onsuz da çox olan ağır məsuliyyətlərə bir də problemli insanların yüklərini daşıyaraq insan taqətini tükədən bir vəziyyətin yaranmasına şərait yaratmırdı. Belələrini o günlər üçün dəvətin ikinci mərhələsinə buraxır, çiyninə yük götürə bilən insanlara üstünlük verirdi.
Varlığına və böyüklüyünə inanılan güc Allah olduğu kimi, insanların inanclarına görə bü güc günəş, ay, ulduz, canlı və ya cansız bütlər, tarixdə ad-san qoyub getmiş bəzi insanlar və s. olur. Qısacası hər kəsin inancına görə üstün hesab etdiyi varlıq onun dinidir. Əgər Allahı ən uca varlıq qəbul edib Onun əmrlətinə tabe olursunuzsa sizin dininiz Allahın dinidir. Əgər uca Allahı deyil başqalarını ən uca varlıq qəbul edir, onların əmrlərinə tabe olursunuzsa deməli o zaman siz onların dinindəsiniz.
İyirmi üç illik tətbiq müddəti içində tədricən endirilən Quran vəhyi, bir tərəfdən müxatib qəbul etdiyi toplumun ehtiyaclarına cavab verərkən digər tərəfdən də, o toplumdan sonsuzluq aləminə uzanan həyat yolunda fərdin və ictimaiyyətin möhtac olduğu universal prinsipləri qoymuşdur. Başqa sözlə o, öncəki vəhy muhtəvalarının bir davamı olaraq həm hal və istiqbalı ehtiva etməkdə, həm də insanı bir bütün olaraq ələ alıb ona istiqamət verməkdədir.
İnsan həyatı daimi bir yürüyüşdədir. Beşikdən məzara səfər halında, səfərdəyik. Önümüzdə uzanan yeddi ayrı mərhələ, yeddi pillə var. Elmdə üstün olanlar yoldakı hər mənzilə bir ad verib. Nəfsimiz bu mərhələlərdən bir-bir keçmədən, özünü ayrı bir varlıq sanmaqdan imtina etmədən səfərini tamamlayıb Haqq ilə bütünləşməz. İnsan yalandadır, ziyandadır, zənndədir. Yeddi pilləni çıxmadıqca həqiqətə çata bilməz.
Onlar həm namaz qılır, dindar görünür, həm də bir kapitalistdən daha betər mal, mülk və pul düşkünüdürlər. Ən kiçik yardımı etməyə belə simiclik edərlər. Kiməsə yardım etmək onlar üçün kəlbətinlə ətlərini qoparmaqdır. Üzdən namazlı, niyazlı daxildən zavallı bir dindarlıq… Çölü Müsəlman daxili kapitalist bir əhli-namazlıq…
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.