Mən əvvəlcə torpaq idim. Bir ovuc torpaq. Sonra içimə RUH gəldi və mən İNSAN oldum. Bir gün bu ruh çıxıb gedəcək və mən yenə əvvəlki kimi torpaq olacağam. Bir ovuc torpaq… Bir qəbirlik torpaq...
Xubeyb İbn Adiyy (r.a) daha sonra edam taxtına çıxarıldı. Edam taxtında dua edirdi: Ya Rabbi! Mən burada düşmənin üzündən, sifətindən başqa heç bir üz görə bilmirəm. Ya Rabbi! Rəsuluna elçi olaraq göndəriləcək birini tapa bilmirəm. Ya Rabbi, Rəsulullaha salamımı sən çatdır, Allahım. Əssələmu aleykə Ya Rasuləllah! deyirdi. Ya Rabbi, biz sənin Peyğəmbərinin elçiliyini təbliğ etdik. Sən də bizə edilənləri sabah Rəsuluna çatdır” deyə son dualarını edirdi.

Qəndil gecələri adı ilə tanınan gecələr Rəbiuləvvəl ayının 12-ci gecəsi Mövlud, Rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib və yenə bu ayın 27-ci gecəsi olan Mirac, Şaban ayının 15-ci gecəsi Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir. Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb elan edildiyinə görə qəndil adlandırılmağa başlanmışdır.
Əllərini özlədim. Heç bir zaman heç bir kəsi özləmədiyim qədər. Özləməyin nə olduğunu anlayandan bəri Sənin əllərini özlədim və sadəcə onları özləyə biləcəyimi anladım. Sənin o şəfqətli, mərhəmətli, mənə sevgi ilə toxunan əllərini... Bu Dünyada bir Səni, bir də Sənin əllərini özlədim. Cismimə toxunan, ona surət verən, məni var edən, mənə bir şəxsiyyət qazandıran, məni formalaşdıran əllərini...
Gündüz gecədən doğar, diriliş də ölümdən. Gecə olmazsa gündüzün qədri bilinməz, ölüm olmazsa həyata dəyər verilməz. Sən, hələ yatmısan. Oyan! Yuxu ölümün əkiz qardaşıdır. Oyan! Bu gün qurtuluş günüdür. Oyan! Bu gün diriliş günüdür. Oyan! Adını tarixin silinməz yaddaşına yaza bilmək üçün oyan və Allaha dön!
Şəhid “Bütün arzularım, ibadətlərim, həyatım və ölümüm Allahın sonsuz varlığına hədiyyə olsun” deyə and içən, bu andını yerinə yetirmək üçün dualarını, ibadətlərini, həyatını və ən sonunda canını imanına şahid göstərəndir. Bax belə bir şəhidlik, öldükdən sonra yaşamaqdır. Şəhadətin sirri budur. Bu sirrə çatanların hələ də yaşadıqlarını görmürsünüzmü? Bədənləri ilə aramızda olmuş olsalar, şəhadətləri ilə etdiklərinin mində birini edə bilməzdilər. Başqa sözə ehtiyac varmı?
Bir zamanlar hər birimiz uşaq məsumluğu ilə çobanyastığı çiçəyinin ləçəklərindən mədəd ummuşuq. Sevilib sevilmədiyimizi öyrənmək üçün o çiçəyin yarpaqlarını qoparmışıq. Cavab bizi qane etməyəndə üzülmüş, bəlkə də göz yaşı axıtmışıq. Çobanyastığının bu sualın cavabını bilməyəcəyini çox gec də olsa öyrəndik. Biz böyüdükcə suallarımız da çoxaldı, o uşaq məsumluğu ilə sevdiklərimiz də dəyişdi
Abdurrahman İbn Auf kimi varlı səhabələr Allah yolunda halal ticarətin, qazancın və infaqın, Əbu Ubeydə İbn əl-Cərrah kimi səhabələr isə İslamda etibar, əmniyyət və etimadın mükəmməl nümunələri oldular. Cəfəri-Tayyar ən kritik anlarda tövhidin təbliğ və təmsil edilmə diplomatiyasının əsaslarını, Muaz İbn Cəbəl isə İslamda müctəhid səhabə olma şərəfinə nail olaraq ictihadın təməl prinsiplərini ortaya qoydu.
Qur'an onunla əməl olunmaq üçün endirildi. Fəqət insanlar onu əzbərləməyi əmələ çevirdilər. Fudeyl bin İyad
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.