Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər.
[Bəqərə, 212]
"Allah bir qulu sevərsə, onu dünyadan qoruyar. Eynilə bir həkimin xəstəsinə suyu qadağan etdiyi kimi..."
[Tirmizi, Tibb 1 (2037)]
Həyatı oyun və əyləncədən ibarət olanlar üçün dünya bir lunapakrdır.
Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra Məhəmmədəli Hüseynzadə 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan , Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində Məhəmmədəli Hüseynzadə 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
İslam cəmiyyətinin təməlləri ilk öncə insanın qəlb və vicdanını inşa etməyə başlayar. Ruhuna sevgi və mərhəmət toxumları əkər, mərhəmət küləklərini əsdirər. İnsanlara sahib olduqları ilkin həqiqətlərini, birliklərini xatırladır. Allahın nəzərində və yolunda ilk yaradılış halları ilə qardaş olduqlarını xatırladar. Ruhları bu bağlarla yumuşaldığı zaman daha gözəl fikirli olduqları üçün barışığa daha yaxın olurlar. İxtilaf və savaş səbəbləri yumuşalar, barışı əmr edən qanunlar azadlıq tapar. Bu şüur bir növ qanunların qoruyucusu olur. Həyat şəfqət və xoşluqla rahat olaraq yoluna davam edər.

Nə qədər də çətin olsa, qeyd etmək lazımdır ki, virtual aləmə daxil olarkən özümüzə bir vaxt məhdudiyyəti qoymalı və o çərçivənin sərhədlərini pozmamağa çalışmalıyıq. Həqiqətən bunu bacara bilmək bəzən imkanımız xaricində olur. Amma düşünməliyik ki, biz virtual həyatı real həyatımızın saatlarını satmaqla alırıq. Xəyal aləmi isə hamımızın zehnində yer alır və kənar şəxslər ona toxuna bilmədiyindən, o bizim üçün çox özəl, maraqlı və şirin olur. Bu cazibənin nəfsimizə təsiri bizi reallıqdan uzaqlaşdırır.
Varlıq səbəbimiz olan qulluq nədir və qulluq vəzifəmiz içərisində namazın yeri haradır? İndi bunu araşdıraq. Lüğət mənasıyla ibadət; “a-bə” də felindən törəyən bir kəlmədir. Ərəbcədə itaət etmək, boyun əymək, bir kimsəyə bağlılıq göstərmək, bir şeyə yapışmaq, birinin, ya da güc və qüvvət sahiblərinin əmr və nəhylərini [qadağalarını] yerinə yetirmək deməkdir.
Məzhəblərarası yaxınlaşma bir sünninin öz məzhəbini güzəştə gedib şiəlik içərisində əriməsi və ya əksinə, bir şiənin öz məzhəbini qurban verməklə sünni donuna bürünməsi deyildir. Bu, tərəflərdən birinin istəyinə uyğun olaraq digər tərəfi hədəfə alan proses kimi də başa düşülməməlidir. Çünki həyatın "təkər"i istəyə, arzuya görə diyirlənmir!
Gündüz gecədən doğar, diriliş də ölümdən. Gecə olmazsa gündüzün qədri bilinməz, ölüm olmazsa həyata dəyər verilməz. Sən, hələ yatmısan. Oyan! Yuxu ölümün əkiz qardaşıdır. Oyan! Bu gün qurtuluş günüdür. Oyan! Bu gün diriliş günüdür. Oyan! Adını tarixin silinməz yaddaşına yaza bilmək üçün oyan və Allaha dön!
“Yaxşı əməl, üzünüzü Şərqə və Qərbə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl insanın Allaha, axirət gününə, mələklərə, İlahi kəlama, peyğəmbərlərə inanması; malını, - onu sevməsinə rəğmən, - yaxınlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, istəyənlərə və azadlığı əllərindən alınanlara verməsi, namazı qılması, zəkatı verməsidir. Onlar söz verdikləri zaman sözlərində durarlar, çətinlik və sıxıntılara qarşı sinə gərərlər. Məhz sözlərinə sadiq olanlar və təkvaya çatanlar da onlardır.”
Vəhyi həyatınızın mərkəzinə yerləşdirin. Quransız bir həyat Allahsız bir həyat deməkdir. Allahla və özü ilə tanış olmaq istəyən Quran oxusun. Oxumaq, anlamağı və yaşamağı da ehtiva etməlidir. Allahın Rəsulu ilə tanış olmaq istəyən Quran oxusun. Xaliq - məxluq əlaqəsinin necə qurulmasını, eləcə də Allah və Nəbi [sas] arasındakı əlaqəni şəxsiyyətində görmək istəyən Quran oxusun.
Arı ilə milçəyi biri-birindən ayıra bilməyənin bal yemək haqqı yoxdur!