Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

"Bəs onlar heç Yer üzündə gəzib dolaşmırlarmı ki, bunun sayəsində düşünəcək bir qəlbə, ya da eşidəcək bir qulağa sahib olalar? Amma bu da var ki, gözlər kor olmaz, fəqət əsl kor olan kökslərdəki qəlblərdir!"

[Həcc, 46]


Abdullah (ibn Məsud) rəvayət edir ki, Peyğəmbər demişdir: "Doğruluq (adamı) yaxşı işlər görməyə yönəldər. Yaxşı işlər isə (adamı) Cənnətə aparar. Həqiqətən adam o qədər doğru danışar ki, nəhayət Allah aynında doğruçu sayılar. Yalan isə günah işlərə yönəldər. Günahlar da adamı cəhənnəmə aparar. Həqiqətən adam o qədər yalan danışar ki, nəhayət Allah yanında yalançı sayılar."

[ əl-Buxari, 6094 ]


Qürbət vətəndən məhrum olmaq deyil, səni anlayan dostlardan məhrum olmaqdır.
 
Abunə olmaq
İmtina etmək

BILƏNLƏRDƏN SORUŞUN!

[ Elm / 3180 dəfə baxılıb ]   
|
 
Şeyx Muhəmməd Nəsr ud Din Əl Əlbani.
Sual: Elm ardınca gedənlərin bəziləri halal və haram məsələləri ilə əlaqədar hökmlərdə tələsik hökm verirlər. Bu ümumi nəzərəçarpan xətadır. Sizin belə kəslərə nəsihətiniz nədir?

Albaninin cavabı: Biz bu məsələ haqqında artıq danışmışıq. Dedik ki Allah Hakim Müsəlman cəmiyyətini iki yerə ayırmşdır: Əhli Zikr və Əhli Zikrdən asılı olanlar. Allahın sadə adamlara buyurduğu kimi: " (Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!" (əl-Ənbiya surəsi, 7)
Bizim hamımızın bildiyi kimi Əhli zikr Quran Əhli Və Hədis əhlidir, o kəslər ki , səhihi səhih olmayandan, ümimini xüsusidən, nəsh mənsuhdan ayırır, Fiqhin və Hədisin digər prinsiplərini bilir.
Bununla belə müsəlmana bir neçə hədisə əsaslanaraq, buna sadəcə bir neçə kitabda rast gəldiyinə görə fətva vermək olmaz. Çünki, hədis alimlərinin səhihi səhih olmayanda ayırma kriteriyasını bilmir. Digər tərəfdən o bilir ki, Kitab və Sünnədə olmayan fikirlər və ideyaları açıqlamaq üçün o Ərəb dilində kifayət qədər elm və qabiliyyətə sahib deyil. Ona görə də, əgər o kəs ki hələ elm əldə etməyə və onu bir çox il saxlamağa qərar verməyibsə, elm adamlarının onu insanları hidayətə aparmaq və yaxşılığı doğru aparmağına dair şahidlik etməyincə, sadəcə bir neçə ayə əzbərləyib hədis əzbərləməsinə görə alim olduğunu düşünmək düzgün deyil. Bəzən biz onların bəzilərinin hətta Quranı və Peyğəmbər (s.ə.v)-in hədislərini düzgün oxumadığını eşidirik. Ona görə də, elm tələbələrinə iki əsası öyrənməyi nəsihət edirəm.
A) Fiqhin əsasları
B) Hədisini əsasları
Mən bundan əvvəl qeyd etmişəm ki, bir nəfər üçün Şəriət qoyanın istənilən mətnindən nəzərdə tutulan mənanı çıxartmaq, bütün Quran və Sünnə mətnlərini oxuyunca və mümkün qədər istişarə edincəyə qədər asan deyil. Bir dənə açıq misal verəcəm: "Sizin üçün ölü ət və qan haramdır" (Maidə surəsi, 3) Əgər qurana təzə başlayan bunu oxusa və hədis haqqında elmi yoxdursa, ölü balıqdan soruşulsa, o dərhal haramlığını açıqlamaq üçün bu ayəni ölü ətinin haram olduğunu bildirərək dəlili gəirəcək. Lakin o hədisə nəzər salsa biləcək ki, Peyğəmbər (s.ə.v) iki növ heyvanı istisna etmişdir, balıq və çəyirtkə. Ona görə də bunu oxuyandan sonra o uyğun qərar verəcək.
Qısacası, Quran və Sünnəni mümkün qədər düzgün başa düşmək üçün elm tələbəsinin bu iki əsas öyrənməsi vacibdir.

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Çevirən: Abdullah
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ08:02
ZÖHR [ 4 rükət ]12:50
ƏSR [ 4 rükət ]15:19
MƏĞRİB [ 3 rükət ]17:38
İŞA [ 4 rükət ]19:09
GECƏYARI00:02
Aylıq təqvim
Islamic Finder

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]