İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
Bir ibadəti icra etməyə «zaman tapa bilmədim» bəhanəsini irəli sürənlər ilk əvvəl zamanı israf edib etmədiklərinə baxsınlar. İsraf edilən hər şey kimi zaman da israf edilirsə bərəkəti qaldırılar. Zamanınızın bərəkət qaldırılıbsa, bir saatlıq işi bir gündə edər, adınızı da çalışqan qoyarsınız. Əslində ziyandasınız amma fərqində deyilsiniz. Daha doğrusu zamanınızın bərəkəti alınıb. Bilirsiniz ki, hər nemət «şükür edildiyində artırılar». Allaha aid edilən adıdır: «Qabid: daraldan» və «Basit: genişlədən». Zamanınızı da daraldar və genişlədər.
Əbu Hənifə təmkinli və kamil bir insan idi. Çox təfəkkür edər, az danışardı. Allahın qanunlarını pozmamağa cəhd edər, dünya əhlindən uzaq, faydasız və boş sözlərdən xoşlanmayan, suallara az və dəqiq cavab verən ağıllı bir müctəhid idi. Fiqhi sistemli hala gətirib bütün dünyəvi məsələlərin lehinə və əleyhinə olan mövzuları meydana çıxararaq sağlam bir əqidənin tezisini düzəltmişdir.

Qaranlıq bir gecə idi; soyuq və dondurucu bir qış gecəsi. Ayaz insanın iliklərinə işləyirdi. Xəlifə Hz. Öməri görüb onunla bir az danışmaq üçün evdən çıxdım. Hər tərəf kimsəsiz və səssiz, bütün şəhər dərin yuxuda idi. Yolun yarısına çatmışdım ki, gözümə bir qaraltı göründü. Bir az daha yaxınlaşdıqca onun bir insan olduğunu gördüm. Qarşımdakı da verdiyim salamı almaq üzrə başını qaldırıb üzünü mənə tərəf çevirdi, heyrətdən çaşıb qaldım.
“Darıxıram, kimsəsizəm, özümü yalqız və tənha hiss edirəm…” Günümüzün əksər insanının dilindən düşməyən, tez‐tez eşitdiyimiz və ya etdiyimiz şikayətlərdəndir bunlar. Başqa sözlə depressiv duyğular. Təəccüblü deyil, çünki bu duyğuları yaşayan dünyanın, çox vaxt da insanların əli ilə icra edilən bu qədər maddi və manəvi sıxıntı qarşısında aciz, fəqir və fani insandır.
İmam Şafiyə görə Qur`an kəlməsi sonradan meydana gəlməyib (törəməyib) və hər hansı bir kəlməyə də bənzəmir. Qur`an, bilavasitə Allahın son kəlməsi üçün seçib bəyəndiyi “ismi xas”dır. Lakin “ismi xas” özəl adlardan fərqlənir. Belə ki, özəl adlar mahiyyəti ilə birlikdə bir hüviyyətə (şəxsiyyətə) sahib olan varlıqlara, yəni insanlara aiddir. Ancaq bir özəl ada eyni anda bir neçə şəxs sahib ola bildiyi halda “ismi xas” sadəcə tək olur. Yəni eyni anda birdən çox Əhməd, Məhəmməd adı ilə adlandırılan şəxslərin olması mümkündür. “İsmi xas” isə sadəcə Allah üçün istifadə edilir.
Həyatında müvəffəqiyyət və uğur qazanmış elə bir insan tanımıram ki, onun sözləri daima mənfi və pessimistik olsun. Eynilə də həyatda özünə bir yer tapa bilməyən, müvəffəqiyyət qazana bilməyən elə bir insan tanımıram ki, onun da dilindən həmişə optimistik və müsbət ifadələr tökülsün. İnanıram və əminəm ki, pessimist bir insan sözlərini dəyişsə, ifadələrini daha müsbət yönümlü seçsə, bunu etmək onun üçün çətin və ağır olsa da belə, mütləq və mütləq hisslərində, duyğularında və həyatında müsbət dəyişiklikləri hiss edəcəkdir.
Hər mesaj oxunması üçün yazılır. Oxunacağı ümidi ilə yazılır. Yazan heç nə itirmir, amma oxumayan itirir... Sadəcə oxumadığı mesajı deyil, gedə bilməyəcəyi cənnəti də itirir. Bir ömrü Allahsız yaşayır. Bu dünyada o Allahla danışmır, onun mesajını oxumur, axirətdə də Allah onunla danışmır, üzünə də baxmır, onu təmizləmir. Bu dünyada özünü təmizləməyəni, axirətdə Allah da təmizləməyəcək. Çünki O, yalnız "Böyük günahlardan və əxlaqsız davranışlardan çəkinənlərin kiçik günahlarını bağışlayacaq"
Bilən insan təvazö sahibidir. Bar verən ağac kimi başını yerə əyər. Boş insanların başı yüksəklərdədir. Elə bil ki, yüksək dağları onlar yaradıb. Ədasından yanlarına yaxınlaşmaq da mümkün olmur. Belə insanların nə özünə, nə də cəmiyyətə heç bir faydası olmaz. Susmaq, yorulmadan edilən ibadət, xərc ödəmədən əldə edilən bir zinət, hökmdarlığa möhtac olmadan ələ keçən bir dövlətdir.