Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?
[Əl - İnşiraq, 20-21]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
Yenidən dirilişin doğuluş halıdır ölmək. Ana bətnindəki kimi doğuluşunu gözləyərsən qəbrində. Tək fərqi istədiyin kimi təkmə-tokat ata bilməməyin. Amma ümidlə gözləyərsən doğulmağını, cənnəti xəyal edərsən. Səslər duyarsan ətrafdan cavab verə bilməzsən. Ya da darıxasan kimlər üçünsə, gəlsin səsini duyasan deyə həsrətlə gözləyərsən.
Ağıl, hər insanda fərqli, hər insanda müxtəlif səviyyədədir. Eyni hadisədən fərqli nəticə çıxartmaq ağılın «səviyyəsinin» göstəricisidir. Allahı tanımaq, Onun kitablarını oxuyub anlamaq, söylədiklərinə iman etmək bilikli insanın deyil, ağıllı insanın işidir
Yenidən dirilişin doğuluş halıdır ölmək. Ana bətnindəki kimi doğuluşunu gözləyərsən qəbrində. Tək fərqi istədiyin kimi təkmə-tokat ata bilməməyin. Amma ümidlə gözləyərsən doğulmağını, cənnəti xəyal edərsən. Səslər duyarsan ətrafdan cavab verə bilməzsən. Ya da darıxasan kimlər üçünsə, gəlsin səsini duyasan deyə həsrətlə gözləyərsən.
Ağıl, hər insanda fərqli, hər insanda müxtəlif səviyyədədir. Eyni hadisədən fərqli nəticə çıxartmaq ağılın «səviyyəsinin» göstəricisidir. Allahı tanımaq, Onun kitablarını oxuyub anlamaq, söylədiklərinə iman etmək bilikli insanın deyil, ağıllı insanın işidir
Biz insanıq. Sevməyə, sevilməyə möhtacıq. Ac qalarıq, susuz yaşayarıq, sevgisizsə anındaca «ölərik». Bəlkə bədənimiz yaşayar, yaşayırmış kimi görünər, amma ruhumuz ölər. Bütün pisliklər sevgisizlikdən doğar. Sevilmədiyimizi düşündüyümüz an qatil olarıq. Birinin ümidini «öldürər», birinin arzularına «qıyarıq». Birinin ən son «sevgisini» əlindən alıb onun dünyasının ən zalım qatilinə çevrilərik.
Məryəmin oğlu İsa… 16 ayədə anasına istinadən anılar İsa. O zikr edildikcə, Məryəm də zikr edilər. İnsanlığa bir mesaj verər, Allah. Qadınlığın dəyərini qaldırar, qadını xor görən topluluqda. Qadını alçaldan kişilərin İsalara «ata» ola bilməyəcəklərini bəyan edər. Sizə rəğmən İsalar doğular deyər, hər dəfə «Məryəm oğlu İsa» deyişi ilə.
Allah bir şey söylədiyi zaman dəlillərlə söyləyər. Bizim də dəlillərlə danışmağımızı tələb edər: «Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!» (Bəqərə, 111).
Dünyanın hər hansı bir bölgəsində görülən hilal digər yerlərdə də görülmüş qəbul edilməlidir. Hilalın dünyanın fərqli yerlərində, fərqli saatlarda görülməsi olan “ixtilaf-mərail”a etibar edilməməlidir. Üləmaya görə hilal dünyanın hər hansı bir yerində üsuluna uyğun bir şəkildə görüldüyü zaman istər uzaq, istərsə yaxın yerdə olan bütün müsəlmanlar buna uymalı, oruca başlamalıdırlar. Bayramlarda da bu görüntü əsas alınmalıdır. Biri görüb xəbər verdisə ona uyulacaq. İxtilafı mətalia etibar edilərsə fərqli ölkə və bölgələrdə eyni gündə .oruca başlanması və ya bayram edilməsi mümkün deyil.
Namazı biz qıldıq, amma o bizi müsəlman qılmadı. Niyə? Çünki bizi dəyişmədi, təmizləmədi. Namazımız ritualdan irəli getmədi ki, bizi meraca yüksəltsin. Biz onu yüksəldə bilmədik ki, o da bizi qanadlarına alıb Allaha aparsın. Göyün yeddi qatına qaldırıb, yerin dərdini unutdursun.
Sən də "I'm MALALA" deyə bilirsənsə qadının, insanın diri-diri basdırılmasına əngəl olmalısan. Oxu deyə başlayan KİTABI oxumalısan. Qələmə and içən KİTABA inanmalısan. Çünki sənin Allahın «məktəbi» sənə fərz qılıb. Oxuyub yazmazsan əgər öldürərlər, diri-diri basdırarlar. Yaşamaq istəyirsənsə oxuyacaqsan. Yaşatmaq istəyirsənsə oxudacaqsan.
"Nə qədər sürətli qaçırsan qaç vicdanından qaça bilməzsən"
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.