"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ÖNCƏ ALLAH
[ Müxtəlif / 1308 dəfə baxılıb ]
|
Biz insanıq. Ünsiyyətə möhtacıq. Var olmaq, varlığımızı davam etdirmək üçün birilərinə ehtiyacımız var. Bir anaya ehtiyacımız var. 9 ay bətnində, 2 il qucağında, bir ömür qəlbində daşısın deyə. Bir ataya ehtiyacımız var. Arxamız, dayağımız, güvənc yerimiz olsun deyə. Bir övlada ehtiyacımız var. Bizdən sonra «biz» olsun deyə…
Sevməyə ehtiyacımız var. Sevilməyə möhtacıq. Sevdiyimizin sevimlisi olmağı arzu edər, ən azı onu sevdiyimiz qədər sevilməyi istəyərik. Sevgi aclığı çəkərik hər zaman. Sevdiyimizi qısqanar, sevgimizi önəmsəyərik. Anamız bizi biz istədiyimiz kimi «sevməz» heç vaxt. Ana olunca anlayarıq sevməyin nə demək olduğunu. Atamızın qədrini ya özümüz ata olunca, ya da atamız ölüncə anlayarıq. Övladımız hər zaman bir az «nankor» olar bizə qarşı. Həyat yoldaşımız başqalarını bizdən daha çox «sevər»… Heç kim, amma heç kim qarşılamaz gözləntilərimizi. Biz də heç kimin gözləntisini «qarşılamarıq». Anamız şikayət edər «sevilməməsindən», atamız narazı qalar «övladlığımızdan», övladımız «aşırı doz sevgidən bunalar». Zövc dediyimiz «başqalarını» qısqanar hər zaman.
Bir ömür sevərik. Anamızı, atamızı, həyat yoldaşımızı, övladımızı. Bir ömür şikayət eşidərik hər birindən «sevilmədiklərinə» dair. Bir ömür sevərik həyatımızda olan hər kəsi. Bir ömür «layiqi ilə sevilmərik» heç biri tərəfindən…
Biz insanıq. Sevməyə, sevilməyə möhtacıq. Ac qalarıq, susuz yaşayarıq, sevgisizsə anındaca «ölərik». Bəlkə bədənimiz yaşayar, yaşayırmış kimi görünər, amma ruhumuz ölər. Bütün pisliklər sevgisizlikdən doğar. Sevilmədiyimizi düşündüyümüz an qatil olarıq. Birinin ümidini «öldürər», birinin arzularına «qıyarıq». Birinin «sevgisini» əlindən alıb onun dünyasının ən zalım qatilinə çevrilərik.
Biz insanıq. Sevgisiz yaşaya bilmərik… Bəzən son model maşınları sevərik. Bəzən yeni təmir olunmuş evimizə heyran olarıq. Bəzən pulun qarşısında səcdə edər, vəzifənin önündə əyilərik. Kreslonu sevərik bəzən. Bəzən məqamı, mövqeyi, bəzən şöhrəti, şanı sevərik.
Bəzən kiçik bir heyvanı, bəzən böyük bir dünyanı sevərik. Biz illa da sevərik. Sevməzsək yaşaya bilmərik. Mayamız sevgi ilə yoğrulub çünki. Sevginin «uşaqları»yıq biz… Ya bir-birinə aşiq iki sevgilinin övladı olarıq, ya bir-birinə möhtac iki məqam sahibinin nəvələri. Ya bir gecənin «sevgi xətasının» qurbanı olarıq, ya bir evlilik sözləşməsinin son maddəsinin ilk bəndinin… Biz sevməsək artmarıq. Biz sevməzək artırmarıq… Biz sevərik. Amma bir ömür sevgi aclığı içində yaşayarıq… Ta ki, Allahı tanıyana qədər. Bizi bizdən çox sevən, biz yox ikən sevdiyindən var edən, xətalarımızı bağışlayan, günahlarımızı silən, göz yaşımız dinləndirən Allahı tanıncaya qədər. Bizi anamızdan çox sevər, bizi atamızdan çox sevər. Bizə övladımızdan, eşimizdən, dostumuzdan daha çox dəyər verər. Biri bizi «atdığı» zaman O sahib çıxar. Bizi heç kim sevməsə də O, mütləq sevər. Allah sevməzsə yaratmaz; Allah sevməzsə yaşatmaz.
Allah, bizi Allah qədər sevər. Sevgisinin nə əvvəli olar, nə sonu. Biz yox ikən belə sevər. Sevər və bizi var edər. Biz öldükdən sonra yenə sevər. Sevər və hesaba çəkər. Kimsənin haqqını, kimsədə qoymaz. Bizi atamızdan öncə tanıyar, bizi anamızın bətninə düşmədən öncə sevər. Biz hələ heç bir şey deyilkən, bir ət parçası ikən sevər. Sevər və bizə şəkil (surət) verər. Sevgilmizdən öncə O tanıyar bizi, övladımızdan öncə O olar həyatımızda. Allah, bizi Allah qədər sevər. Biz Allahı «insanlığımız» qədər.
Allah bizi sevməsə bütün dünyalıqlar da birləşib bizi sevsə biz yenə sevgi «aclığı» çəkər, yenə sevgisizlikdən şikayət edərik. Bir Onun sevgisi «bütün» olar. Bir Onun sevgisindən şübhə etməz, bir Onun başqalarını sevməsini «qısqanmarıq». Kimsəyə paylaşmadığımız sevgini Allahla paylaşarıq. Valideyinlərimizi bizdən çox sevsin istəyərik. Övladımızı O qorusun deyə dua edərik. Hər kəsdən bir tək Ona şikayət edər, Ondansa 'şikayət' etməyə bir tək səbəbimiz belə olmaz. Allah biz yox ikən sevmiş bizi. Biz hələ heç bir şey deyilkən dəyər vermiş bizə. Bizi var etmək üçün iki insanı bir araya gətirmiş, aralarına sevgi toxumu səpmişdi. Birinin övladı olmadan öncə də Onun quluyuq, birinin valideyini olmadan öncə də. Biz öncə Allaha məxsusuq. Allahın mülkinin bir parçası, Allahın sevgisinin şah əsəriyik.
Allah bizi sevmiş və sevgisini isbatı üçn dünyanı var etmişdir. Bizi yaratmadan öncə dünyamızı yaratmış, bizim üçün ən ideal atmosferi var etmişdir. Günəşin yerini bizim üçün müəyyənləşdirmiş, ayı biz gecələri qorxmayaq, qaranlıqda qalmayaq deyə yaratmışdır. Göz zövqümüzü oxşamaq üçün ulduzları var etmiş, qulaq zövqümüzü oxşasın deyə təbiəti simfoniyaya çevirmişdi. Rənglərin vəhdətini bizim üçün var etmiş, ətirləri bizim üçün yaratmışdır. Valideyinlərimiz bizə nə vermişsə, biz övladımıza nə verəcəyiksə onun yüz qatını, min qatını Allah vermiş bizə və bizdən qarşılınında bir tək ən çox Onu sevməyimizi istəmişdi. Biz insanıq sevgiyə möhtacıq. O Allahdır sevilməyə layiqdir.
P.S. İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Ən Çox Allahı sevərlər. (Bəqərə, 165)
Rüzgar Kəskin Məqlədən istfadə edildiyi zaman istinad vacibdir
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.