“Təqva”-lı olmaq, mübah və halal olanları tərk etmək deyil, sadəcə çox diqqətli və ehtiyatlı davranmaqdır. İndi təsəvvür edək ki, Rəbbimiz bizə Ramazan ayı günlərində halal olan şeylərdən də imtina etməyi buyurub. Hansı ki, ən adi yemək-içmək, şəhvət və qeyri ehtiyaclarımızı normal olaraq edə bilirdiksə, məhz bu ayda “Təqva” xüsusiyyətinə doğru-dürüst yiyələnmək üçün, Rəbbimiz bizə bu cür tərbiyə metodunu seçmişdir. Bu ayı müqəddəs edərək, Uca Tanrımız bizi “təqva” üçün məşq etdirir.
İnsanlığın taleyini dəyişən, ona oxumağı, dinləməyi, təslim olmağı öyrədən zaman kəsiyinə, ayların sultanı Ramazan ayına, min aya dəyər olan bir gecə olan Qədr gecəsinə dəyər vermək üçün oruc tutmaq, bu ibadət sayəsində əsl dəyərin nə olduğunu, əsl nemətin mənəviyyat olduğunu anlamaq üçün o gecəni yaşamaq - sözün həqiqi mənasında - YAŞAMAQ lazımdır...

“Ramazanınız mübarək olsun” deyəcəyəm amma Ramazan zatən mübarəkdir. “Xoş gəldin ey Ramazan ayı” deyəcəyəm amma Ramazan həmişə xoş gəlir. İnsanın borcu da Ramazanın bərəkətindən maksimum istifadə etməkdir. Onu xoş qarşılamaq, onu xoş etmək və xoş yola salmaqdır.
Ramazan ab-havasının bu torpaqlarda əsdirdiyi havanı heç doyunca ciyərlərinizə çəkirsinizmi?! Kim bilir, nə qədər qərib var ki, qapıları Ramazandan Ramazana döyülür. Nə qədər fağır-füqəra var ki, qursaqlarından Ramazandan Ramazana doyumlu bir şey keçir. Nə qədər kimsəsizlər var ki, Ramazan onların kimi, kimsəsi olur.
Son vəhy, Məkkədə, Hira dağında bir Ramazan gecəsi nazil olmağa başlamışdı. Biz möminlər vəhyin doğum ayı olduğu üçün Ramazanı “ayların sultanı” hesab etmişik. Çünki o, “sözlərin sultanı” olan vəhyin insanoğlunun qaralan üfüqünü aydınladan aydır. O halda Ramazan əslində Quran ayıdır və bu ay bütün müqəddəsliyini vəhydən alır. Ona görə də Ramazan, Quranla bütünləşmə ayı olmalıdır. Quran sadəcə əlimizdə və dilimizdə deyil, ürəyimizdə, ağlımızda, hər şeydən də əvvəl həyatımızda olmalıdır.
Ey Ramazan! Ey içərisində “min aydan daha xeyirli bir gecəni” daşıyan ay! Ey Quranın doğum ayı, ayların ən çox gül ətri verəni! Ey vəhyin dirildən nəfəsini həyata, Məhəmmədi əbədi bir məhəbbətə, varlığın mənasını Allahsızlaşdıqca anlamsızlaşan çağa, insanın itirdiyi insanlığı, rəhməti, bərəkəti, ehsanı, hidayəti və şəfqəti insana çatdıran ay! Xoş gəldin!
Söz insandan öncə yaradıldı: Əvvəlcə kəlam, sonra isə İnsan. Elə məhz ona görə də kəlam insandan böyükdür. Allah “OL!” dedi, bütün varlıq aləmi də əmrə təslim olaraq “olmağa” başladı. “Olunca” da zikr və təqdis edərək Rəbbinə ibadət etdi. Günəş şüası, ay nuru, yer təvafı, gül ətri... İNSAN QULLUĞU ilə ibadətdədir.
İmkansız”mı dedin? Bu mümkünmü dostum? Heç bu sənə yaraşarmı? Niyə Allah yoxmuş kimi danışırsan? Allah yoxmuş kimi danışmağın günah olduğunu bilmirsənmi? Yoxsa sən başladığın işlərə Bismillahsız başlayırsan?
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.