Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə bir daha onu təkrar etməzlər.

[Ali imran, 135]


Müsəlman, insanların əlindən və dilindən əmin olduğu insandır.

[Tirmizi, İman 12]


Sadəcə iman edib Saleh əməl işləmək insanı "yaxşı" edər.
Haqqı və səbri tövsiyə etmək isə insanı "aktiv yaxşı" edər.

[Hikmətli sözlər]

.
ÖLÜMÜN ƏKİZ QARDAŞI
Gündüz gecədən doğar, diriliş də ölümdən. Gecə olmazsa gündüzün qədri bilinməz, ölüm olmazsa həyata dəyər verilməz. Sən, hələ yatmısan. Oyan! Yuxu ölümün əkiz qardaşıdır. Oyan! Bu gün qurtuluş günüdür. Oyan! Bu gün diriliş günüdür. Oyan! Adını tarixin silinməz yaddaşına yaza bilmək üçün oyan və Allaha dön!
 
Dilin doğruluğu qəlbin doğruluğudur
"Qulun dili doğru olmadıqca qəlbi doğru olmaz. Qəlbi doğru olmadıqca isə imanı doğru olmaz"

[Muslum, İman 115]

 
Ən böyük Sünnət
Həzrəti peyğəmbərin ən böyük sünnəti əxlaqıdır; o da Qurandır.

[Hikmətli sözlər]

 
gözəl örnək
Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.

[Əhzab, 21]

 
20 YANVAR

"Haqq qalib gəlsin" - deyə ölməyi gözə alanlar haqq əhli olanlardır...
 
Tərcüməçinin ön sözü
Əziz oxucu! Təqdim olunan bu kitab XX əsrin böyük alimi, görkəmli mütəfəkkir, islama mötədil baxış – mötədillik cərəyanının banisi Şeyx Yusif əl-Qərdavinin son illərdə qələmə aldığı qiymətli əsərlərindəndir. Əsərin dəyəri və əhəmiyyəti onun aktuallığı prizmasında daha da artır. Çünki fərqli məzhəblərin nümayəndələrini qardaşlıq dəyərləri ətrafnda birləşdirib onlara vəhdət ruhunu aşılamaq – islama qarşı qaragüruhçu qüvvələrin get-gedə artan məkrli planları fonunda olduqca mühüm əhəmiyyətə malikdir. Müəllifin özü də qeyd edir ki: “Biz hal-hazırkı dövrdə çətin imtahanlara, ağır bəlalara tuş gəlmişik.
 
İLAHİ XƏZİNƏDƏN İNCİLƏR
Hamılıqla Allahrn ipinə [dininə, Qurana] möhkəm sarılın və [firqələrə bölünüb bir-birinizdən] ayrılmayın!” [Ali-İmran, 103]; [Allahdan tərəfindən] açıq-aydn dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayn! Onlar böyük bir əzaba düçar olacaqlar” [Ali-İmran, 105];
 
PEYĞƏMBƏRLİK ÇEŞMƏSİNDƏN İNCİLƏR
İxtilafa düşməyin! Sizdən əvvəlkilər ixtilafa vardılar və məhv oldular”.“Məndən sonra, bir-birinin boynunu vuran kafirlər kimi olmayın!”
 
ÖN SÖZ
Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Xeyir-dua və salam aləmlərə lütf, insanlara isə ilahi dəlil olaraq göndərilmiş böyüyümüz, imamımız, nümunəmiz, sevimlimiz və bələdçimiz Məhəmmədə, ailəsinə və səhabələrinə yetişsin! O səhabələr ki, Peyğəmbərə iman gətirmiş, ona arxa olmuş və gətirdiyi nurun [Quranın] arxasnca getmişlər. Qurtulanlar da məhz onlardır! Qiyamətədək onların yolu ilə gedənlərdən də Allah razı qalsın!
 
MƏZHƏBLƏRARASI YAXINLAŞMA NƏ DEMƏKDİR?
Məzhəblərarası yaxınlaşma – bir sünninin öz məzhəbini güzəştə gedib şiəlik içərisində əriməsi və ya əksinə, bir şiənin öz məzhəbini qurban verməklə sünni donuna bürünməsi deyildir. Bu, tərəflərdən birinin istəyinə uyğun olaraq digər tərəfi hədəfə alan proses kimi də başa düşülməməlidir. Çünki həyatın "“təkər”"i istəyə, arzuya görə diyirlənmir!
 
İBADƏT VƏ QULLUQ
Varlıq səbəbimiz olan qulluq nədir və qulluq vəzifəmiz içərisində namazın yeri haradır? İndi bunu araşdıraq. Lüğət mənasıyla ibadət; “a-bə” də felindən törəyən bir kəlmədir. Ərəbcədə itaət etmək, boyun əymək, bir kimsəyə bağlılıq göstərmək, bir şeyə yapışmaq, birinin, ya da güc və qüvvət sahiblərinin əmr və nəhylərini [qadağalarını] yerinə yetirmək deməkdir.
 
VIRTUAL CAZIBƏ, YOXSA ECAZKAR TƏLƏ...?
Nə qədər də çətin olsa, qeyd etmək lazımdır ki, virtual aləmə daxil olarkən özümüzə bir vaxt məhdudiyyəti qoymalı və o çərçivənin sərhədlərini pozmamağa çalışmalıyıq. Həqiqətən bunu bacara bilmək bəzən imkanımız xaricində olur. Amma düşünməliyik ki, biz virtual həyatı real həyatımızın saatlarını satmaqla alırıq. Xəyal aləmi isə hamımızın zehnində yer alır və kənar şəxslər ona toxuna bilmədiyindən, o bizim üçün çox özəl, maraqlı və şirin olur. Bu cazibənin nəfsimizə təsiri bizi reallıqdan uzaqlaşdırır.
 
HƏZRƏTİ HUD VƏ HƏZRƏTİ SALEH
Ad qövmünün hekayəsi cənnəti dünyada axtaran zavallıların acınacaqlı hekayəsidir. Nüzul sırası ilə ilk dəfə Fəcr surəsi 6-da bu qövmün hekayəsi bizə danışılır. 22 yerdə Səmud qövmünün qissəsi ilə birlikdə və ya ardı-ardına zikr olunur. Kitabı Müqəddəsdə bu iki qissə haqqında heç bir məlumat yoxdur.
 
SEVGİ VƏ MƏRHƏMƏT
İslam cəmiyyətinin təməlləri ilk öncə insanın qəlb və vicdanını inşa etməyə başlayar. Ruhuna sevgi və mərhəmət toxumları əkər, mərhəmət küləklərini əsdirər. İnsanlara sahib olduqları ilkin həqiqətlərini, birliklərini xatırladır. Allahın nəzərində və yolunda ilk yaradılış halları ilə qardaş olduqlarını xatırladar. Ruhları bu bağlarla yumuşaldığı zaman daha gözəl fikirli olduqları üçün barışığa daha yaxın olurlar. İxtilaf və savaş səbəbləri yumuşalar, barışı əmr edən qanunlar azadlıq tapar. Bu şüur bir növ qanunların qoruyucusu olur. Həyat şəfqət və xoşluqla rahat olaraq yoluna davam edər.
 
SƏFİL DÜNYA

Bəzən belə qərib duyğulara dalıram:
"Bu səfil dünyada mən görən nə axtarıram?"
 
AZƏRBAYCANIN İLK ŞEYXULİSLAMI-Məhəmmədəli Hüseynzadə
Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir.
Təhsilini başa vurduqdan sonra Məhəmmədəli Hüseynzadə 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan , Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində Məhəmmədəli Hüseynzadə 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
 
ŞÜKÜRDƏN LƏZZƏT ALANLARIN MÜNACATI - 1
Allahım!
Ard-ardına gələn lütflərinə necə şükr edəcəyim barədə düşünəndə ağlımı tamami ilə itirib çaşqınlığa düşdüm. Sənə sonsuz dəfələrcə həmd və sənalar olsun!
Fəzlin sel kimi coşub gəlincə Səni həmd-səna etməkdə tamamilə aciz və biçarə vəziyyətə düşdüm.
Layiq olduğumdan o qədər artıq çox nemətlər verdin ki, başım havalandı - necə həmd edəcəyimi bilmədim.
İnayətinlə ard-arda elə təcəllilərdə göründün ki, onlara hamısına şükrlə cavablandırdıqda taqətsiz vəziyyətə saldı.
 
HƏZRƏTI LUT
Sodom qövmü o qədər əxlaqsızlaşmışdı ki, Allah bu azğın və inkarçı qövmə bəla göndərib: “...göydən daşlaşmış palçıq yağdırdıq” [Saffat 31], “bir-birinin ardınca püskürtü halında daşlar yağdırdıq” [Hud, 82] deyir.
... Bu qövmü həlak edən bəlalar o qədər şiddətli bir əzabdan bəhs edir ki, insanın nitqi kəsilir. Bu fəlakətə bir daha məruz qalmamaq üçün Allaha asi olmaqdan, onun haram buyurduqlarını etməkdən qorxur.
 
KEÇMİŞDƏN BU GÜNƏ UŞAQ QƏTLLƏRİ
Övladını qətlə yetirmiş qadınlardan biri həyatını anladarkən demişdir ki, uzun illər həyatımı qaraldan suallardan sonra bir dəfə qədim şairlərdən birinin şeirində oxudum “Mənim valideyinlərim mənə zülm edərək bu məşəqqətli dünyanın içinə atıblar, mənsə sənə bu zülmü etmərəm, ey doğulmamış övladım”. Ondan sonra hər dəfə qızlarımı yatırdandan sonra onların başları üstündə durub düşünürdüm ki bunların hələ heç nədən xəbəri yoxdur. Böyüyəndə bütün insanlar kimi əzablı günlər görəcəklər. Axı niyə...?
 
Cənnət hər kəsin deyil
Allah bu aləmi hər kəs üçün, amma cənnəti haqq edənlər üçün yaratdı.

[Əminə Şənlikoğlu]

 
MƏZHƏBLƏRARASI YAXINLAŞMA VƏ DİALOQA DAİR ON PRİNSİP [1]
Mən bu prinsipləri müsəlman tədqiqatçılar, insaflı oxucular... üçün nəzərdə tutmuşam. Ümmətinin xeyrini güdüb qara günlərini arzulamayan və onun bütövlüyü uğrunda çalışan hər bir tədqiqatçıyadır, oxucuyadır sözüm. Bəli, belə tədqiqatçı və oxucu çalışar ki, ümməti məhv etmək istəyən düşmənlərə mane olsun. Mən eyni ümmətin övladları arasnda yaxınlaşmağa dair bu 10 prinsipi məhz belə insanlara təqdim edirəm. Özü də burada məni ancaq və ancaq Allahın razılğını qazanmaq və Onun dininə yardım etmək maraqlandırır.
 
VƏHYİN AYNASI
Adam uşağının gələcəyini qurtarmaqdan danışır. Lakin o, "gələcək" deyərkən dünyanı nəzərdə tutduğu üçün uşağının həqiqi gələcəyini məhv etdiyini düşünmür. Əgər düşüncəsini vəhyə görə tənzimləsə uşağının dünyəvi gələcəyini qurtarmaq üçün əbədi gələcəyini fəda etdiyini görərdi.
Adam hiylə işlədərək haqsızlıqla əldə etdiklərini "müvəffəqiyyət" kimi görür və əslində isə Allahın istədiyi kimi deyil, məhz şeytanın təlqin etdiyi kimi düşündüyü üçün bunun heç də müvəffəqiyyət olmadığını görməkdə acizdir.
 
QÜSURSUZ İKİ İNSAN

Dünyada qüsursuz iki insan vardır: Biri ölmüşdür, digəri isə hələ doğulmamışdır.
 
BİR KİTAB VAR...
Bir kitab var: Oxunmaq üçün. Oxunub anlamaq üçün. Anlayıb yaşanmaq üçün. Yaşayıb şahid/şəhid olmaq üçün.
Bir kitab var: Kitabların anası. Dünyanı axirətə bağlayan göbək bağı. Allahın insanlığa mesajı. Sən ey dost! Sən bu kitabı oxudunmu? Oxudunsa kim oldun? Və ya, nə oldun?
 
ŞEYXÜLİSLAM AXUND ƏHMƏD HÜSEYNZADƏ
Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur.
 
TƏFSİRLƏ MƏNA YAXINLIĞI OLAN MƏFHUMLAR
“Tə'vil”, kəlmə etibarı ilə əslinə dönmək mənasına gələn “əvl”kökündən, “təfil”formasında məsdər olub, “döndərmək” və “hər hansısa bir şeyi çatacağı yerə çatdırmaq” deməkdir. Bundan başqa bu, bir də kəlmənin mənasını təyin edib “təqdir və təfsir etmək” mənalarını da ifadə etməkdədir. Bu halda tə'vil, fe'l olsun, söz olsun, fərq etməz bir şeyin məna və məqsədini açığa çıxarmaq üçün, o şeyi əslinə döndərməkdən ibarətdir.
 
TÖVHİD
Əqidənizi sağlamlaşdırın. Tövhid və şirki çox yaxşı öyrənin. Çünki əqaid əsasdır. Dininizi buz üzərində inşa etməyin. Atanızdan qaldığı, eşitdiyiniz kimi deyil, Allahın istədiyi kimi inanın. Əqidə fərqində Allaha iman, tağutu inkar ölçüsünü əsas götürün. Bu Qurani bir ölçüdür.
 
HƏZRƏTİ İBRAHİM
Artıq [elan edirəm ki] mənim üçün onlar bir düşməndir. Yalnız Aləmlərin Rəbbi var. Odur məni yaradan, mənə doğru yolu göstərəcək olan da Odur. Ac ikən mən doyduran, susuz ikən mənə su verən Odur; Və xəstələndiyim zaman şəfa verən də Odur. Məni öldürəcək, sonra dirildəcək olan da Odur. Hesab günündə məni və xətalarımı bağışlayacağını ümid etdiyim də Odur.”
 
NƏFS-İ ƏMMARƏNİN ƏMƏLİNDƏN BEZƏNLƏRİN MÜNACATI
Ey Gözəl Rəbbim... Müxtəlif vəsvəsələrə əsir olmuş, daşlaşmış, paslanmış və tamamilə qaralmış ürəyimi...
Səni itirmək qorxusu (xaşyət) nədir, gözyaşının necəliyini unutmuş və tamamilə tərk etmiş...
Səndən uzaq düşdüyünə görə narahat olmayan, özünə dünya əyləncəsi arayıb axtaran gözlərimdən də Sənə şikayət edirəm.
Sən yeganə güc və qüvvət Sahibisən..!
 
GERÇƏK YAR...

"Kimə "yar" dediksə, o yar açdı yaranı,
Bəlli ki, gerçək sevən yoxdur Allahdan qeyrı insanı..."
 
MƏZHƏBLƏRARASI YAXINLAŞMA VƏ DİALOQA DAİR ON PRİNSİP [2]
Sünni-şiə dialoqunun və məzhəblərarası yaxınlaşmanın ikinci prinsipi bir tərəfin digər tərəf barəsində xoş gümanda olmasıdır. Bu prinsipin məzmunu ondan ibarətdir ki, İslam öz övladları arasında hüsni-zənn əsasında münasibətlər yaradır. Yəni, qarşı tərəfin vəziyyətinə dair hansısa ehtimalların, təsəvvürlərin mövcudluğuna baxmayaraq, onun barəsində ən xoş ehtimalla düşünmək lazımdır.
 
ALLAH YOLUNDA...
"Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar."

[İsra,19]

 
ZƏNNƏ UYMAYIN!
“Nəbadə zənnə uyasınız! Zənn ən yalan söz kimidir. Bir-birinizi altdan-altdan süzməyin, bir-birinizi güdməyin, bir-birinizin paxıllığını çəkməyin, bir-birinizə nifrət etməyin, bir-birinizlə ədavət də aparmayın və Allahın bir-birinə qardaş qullarından olun!"

[Əbu Davud, Ədəb-ərkan, 4917]

 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:39
GÜNƏŞ07:10
ZÖHR [ 4 rükət ]12:53
ƏSR [ 4 rükət ]16:04
MƏĞRİB [ 3 rükət ]18:35
İŞA [ 4 rükət ]20:01
GECƏYARI00:07
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka