O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə bir daha onu təkrar etməzlər.
[Ali imran, 135]
Müsəlman, insanların əlindən və dilindən əmin olduğu insandır.
[Tirmizi, İman 12]
Sadəcə iman edib Saleh əməl işləmək insanı "yaxşı" edər. Haqqı və səbri tövsiyə etmək isə insanı "aktiv yaxşı" edər.
[Hikmətli sözlər]
.
Açıq cəmiyyətin Azərbaycanda qurulması və şüurun transformasiyası problemi
Hal-hazırki şəraitdə bütün inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanın da qarşısında sabit inkişafa çatmaq üçün kifayət qədər mürəkkəb bir məsələ durur. Vəziyyətin mürəkkəbliyi sosial-iqtisadi, xarici və dövlətdaxili siyasət və digər problemlərin məcmusundan ibarətdir.
VİDA XÜTBƏSİ
“Siz mütləq Rəbbinizlə qarşılaşacaqsınız və O sizdən dünyada ikən etdiklərinizin hesabını soruşacaq. Məndən sonra əski adətinizə (dinsizlik) dönüb bir – birinizi öldürməyin! Faizin hər növünü qadağan edirəm. Nə zülm edin, nə də zülm edilməsinə razı olun! Sizin qadınlar üzərində haqqınız, onların da sizin üzərinizdə haqları vardır. Ey möminlər Ərəbin Ərəb olmayana, Ərəb olmayanın da Ərəbə heç bir üstünlüyü yoxdur! Üstünlük yalnız Allahın davasına bağlılıqdadır.
ELM - TƏRƏQQİ, MƏDƏNİYYƏT VƏ ƏRDƏMLİKDİR
Lüğətdə “Bir şeyin həqiqət və mahiyyətini qavrayıb idrak etmək” mənasına gələn elm sözü eyni zamanda “bilmək”mənası da ifadə edir ve ümumiyyətlə dildə “bilik” qarşılığında istifadə edilir. Klassik lüğətlərdə elm sözü “Bir şeyi həqiqi mənası il’ qavramaq, gerçəklə üst üstə düşən qəti inam (etiqad), əşyanı olduğu kimi bilmək və ondakı gizliliyin ortadan qalxması” kimi müxtəlif şəkillərdə tərif edilmişdir.
MƏNTİQ ELMİ VƏ İSLAM DÜNYASI
Bəşəriyyət tarixi boyunca qurulan bütün mədəniyyətlər özlərindən öncəki mədəniyyətlərin təcrübələrindən istifadə etmiş və onlardan öyrəndikləri bu təcrübələri daha da inkişaf etdirərək özlərinə xas bir mədəniyyət qurmuşlardır. İslam fəthləri vasitəsi ilə İran, Misir, Bizans, Mesapatomiya kimi qədim və zəngin mədəniyyətlərlə qarşılaşan müsəlmanlar da onların bu zəngin mədəniyyətlərindən faydalanaraq tamamən özlərinə məxsus bir mədəniyyət qurmağa nail olmuşlar.
KÖLƏLİK
Köləlik birdən birə ortaya çıxmış bir şey deyildir. Köləliyin tarixi insanliğin bilinən tarixi qədər qədimdir desək yanılmarıq. Bəziləri köləlik sisteminə qarşı çıxarkən bəziləri də bu sistemi müdafiə etmiş və köləliyin vacibliyi və zəruriliyini müdafiə etmişlərdir. Aristotel köləni; bir əşya kimi canlı bir alətə bənzətmiş və onun ağasına qeydsiz şərtsiz təslim olmasını istəmişdir.
BAHİRA HADİSƏSİ
Əbu Talib Peyğəmbəri Əbu Bəkir və Bilal ilə necə geri göndərə bilərdi? Əbu Bəkir Rəsulullahdan 2 yaş kiçikdir. Bilal isə doğulmamışdır. Daha sonra buludların kölgələdiyi bu şəxsə ağacların kölgələri necə uzana bilərdi? Buludlar kölgələdiyi zaman ağacın kölgəsinin olması mümkün deyil. Bahira həyatında nə qədər peyğəmbər görmüşdür və hansı peyğəmbərlər o ağacın altında oturmuşdu? Rəsulullahla İsa Məsihin arasında 6 əsr vardı və bu ağac neçə yaşındaydı? Necə bir ağac idi ki, başqa kimsə onun altında oturmazmış?
SÖZSÜZ
Elm Sizsiniz !!!
Toplumların maddi - mənəvi hər bir sahədə inkişaf edib yüksəlmələri o cəmiyyəti meydana gətirən fərdlərin savadlı və ya elmli olmaları ilə mümkündür. Elm öyrənməyin yolu da təlim, tərbiyə və tədrisdən keçir. Bundan dolayıdır ki, uca dinimiz İslam da elm öyrənməyə və başqalarına öyrətməyə böyük önəm vermişdir. Hamımızın bildiyi kimi Qurani-Kərimin nazil olan ilk ayəsi “Səni yaradan rəbbinin adı ilə oxu!”
Orta əsrlər İslam təbabəti xəzinəsindən: “Qara çörəkotu”
İslamda insan sağlamlığının mühafizəsi əsas prioritet olmaqla xəstəlikdən öncəki vəziyyətə diqqət artırılır. Orqanizmdə patoloji hal yaranmamışdan əvvəl zərərli amillərdən uzaqlaşmada tətbiq edilən metod, hazırda səhiyyənin profilaktik prinsipini özündə əks etdirir. Şərq və Qərb düşüncə tərzinin fərqindən və ziddiyətindən hasil olan nəticə təbabət elminə də təsirsiz qalmır.
HƏYƏCAN TƏBİLİ
Amma məncə artıq həyəcan təbilini çalmaq vaxtıdır. Ey insanlar! İnsanlıq ölür. Onu təbii fəlakətlər deyil, ideologiyalar öldürür. Və insanlıq öldükdən sonra yer üzündə gəzən “bəşərin” ölməsi fəlakət olmayacaq. Ən yaxşı halda yaxşı ki, tufan oldu, tüğyanı bitirdi deyəcəyik... Ölən insanlıq olduqdan sonra insanın yaşamasının və ya yaşayırmış kimi olmasının heç bir mənası yoxdur.
Baxış eynəyi nə qədər dar olarsa, görə bildiklərimiz də o qədər daralar
Bizə böyük miras qoyub getmiş İslam alimlərimizin Muhamməd ümmətinin vəbası adlandırdığı təkfir məsələsi və onun ortaya çıxması haqqında bir çox tarixi səbəblərin var olduğunu görürük. Üçüncü Raşidi Xəlifə Əli İbn Əbu Talibin (radiyallahu anhu) dövründə ortaya çıxan bu hərəkat mənsubları ibadətləri ilə “bir çox səhabədən də çox zühd həyatı yaşayan” bədəvilər idi.
OYANMAQ İSTƏYİRSİNİZMİ?
"Bütün yatanları oyandırmağa bir tək oyaq yetər"
Alimlərimiz: Əllamə Cəmaləddin (İzzədin) Yusif ibn İbrahim Ərdəbili
Azərbaycanın məşhur alimlərindən, Ərdəbildən olan Yusif b. İbrahim, Şafii fəqihlərindən idi. Dövrünün tanınmış alimlərindən biri olmasına baxmayaraq həyatı haqqında geniş məlumat yoxdur.
TALUTUN YOL YOLDAŞLARI
Yatmadan, dincəlmədən, min əziyyətə qatlaşmadan Davud olmaq mümkün deyil. Bütün bəhanələr son qoymadan Talutla yola çıxmaqdır Davud olmaq. Talutu ittiham etmədən, qınamadan yoldaşlıq etməkdir Davud olmaq. Çaya varsa da suya tamah salmadan çayı keçməkdir Davud olmaq. Bütün bəhanələrə son qoymaq, Caluta sinə gərməkdir Davud olmaq.
Tövhidin üç əsası
Tövhid ərəb dilindəki v-h-d kökündən meydana gəlmiş bir məfhumdur. Mənası “tək və bir olmaq”, yəni daha geniş mənada-bir şeyin tək və bir olduğunu qəbul etmək deməkdir. Termin mənasında isə tövhid qulun ibadətləri əsnasında, ibadətlərini yalnızca Allaha etməsi və ona ortaq qoşmamasıdır. Qurani-Kərimdə bir çox peyğəmbər qövmünə xitabında belə demişdir: “Ey qövmüm! Allaha ibadət edin, sizin üçün Ondan başqa ilah yoxdur. (əl-Əraf 7/59)
İbadət, İtaət və Əməllərdə Tövhid
Allahın adı ilə başlayan yarı yolda qalmaz, haqq yoldan azmaz və bir günü digər günü ilə eyni olub yerində saymaz. Tövhid təklik mənasında, Ərəb dilində olan vahid kəlməsinin İslam qaynaqlarında bir təcəssümüdür. İnsan həyatının yaradılış qayəsi olaraq şükür, zikir və ibadət həyatını sadəcə Rəbbinə məxsus qılaraq ona ibadət etməsi, hər şeydə onu təkləməsidir.
Müsəlman ölkələrindəki dövlətdaxili münaqişələrin qarşısının alınmasında dini maarifləndirmənin rolu
Müasir dünyada cərəyan edən siyasi prosseslərin yerli, hətta regional səviyyədə müzakirə edilməsi düzgün deyil. Onlar dünyanın tamamilə haqlı olaraq nəticəsi çətin təsəvvür edilən neokolonializm adlandırılan yeni qlobal bölüşdürülməsinin bir hissəsidir. Tarixin hazırki mərhələsində silahlı qarşıdurma ilə müşayiət olunan dövlətdaxili münaqişələr dünyanın aparıcı dövlətlərinin qloballaşma obyekti kimi baxdıqları ölkələrin səciyyəvi xüsusiyyətidir.
SOSİOLOGİYADA BİR PARADİQMA OLARAQ POZİTİVİZM
Sosiologiyada iki əsas paradiqma ənənəsi vardır. Paradiqma müəyyən bir sahədə fəaliyyət göstərən elm adamlarının, alimlərin sahib olduqları ortaq dəyər, paylaşdıqları düşüncə şəkli. Bir məsələni ələ almada istifadə etdikləri ortaq modeldir. Bu iki əsas paradiqma ənənlərindən birincisi Fransa və İngiltərdə qurulduqdan sonra Fransada inkişaf edən və sistemləşdirilən “Pozitivist Paradiqma”dır.
İBLİSLƏ DİALOQ
O şərabla dolu son qədəhini də başına çəkib qalxmaq istədi.Amma ayaqlarında taqət qalmamışdı. O hiss edirdi ki, Allahın ona bəxş etdiyi müqəddəs ruh, artiq onu əzablar içində boğan qəfəsdə-kəşməkəşli həyat çirkabının içində sürünmək istəmirdi. Tezliklə yaradanına qovuşmaq arzusunda idi. O, başını masanın üzərinə qoyub yatmaq istəyirdi ki, meyxananın sahibi onu itələyərək ayıltdı. Meyxana sahibinin bu hərəkətinə dözməyən səfil adam ona müqavimət göstərdi.
SON NƏFƏS
Son nəfəs... Heç bir zaman çətinlik çəkmədən aldığımız nəfəs bir gün ağırlaşır. İnsan ağır-ağır nəfəs almağa başlayır. Nəhayət ki, nəfəsin “qədrini” bilib, onu yersiz yerə tükətmək istəmir. Son nəfəs çox şirin olur. Ciyərlərinə qədər çəkmək istəyirsən. Amma nə isə sənə o nəfəsin dadını anlamağa mane olur. Nəfəsini xırıltı müşayət edir. Xırıltın yaşamağının isbatı olur...
AYNA
"Gələcəyinizə yatırım yatırın"
HƏDƏF
Yolumuzun qarşısındakı maneələr bizi ümidsizliyə sövq etməməlidir. Necə ki, Peyğəmbərimiz heç vaxt ümidsizliyə düşməmişdir. Həzrəti Yunis sadəcə bir dəfə ümidsizliyə düşdü, onda da Allah onu xəbərdar etdi. Allah ümidsizliyə düşəndə bizləri də xəbərdar edir, lakin çox vaxt biz bunu başa düşə bilmirik. Həmçinin unutmamalıyıq ki, ümüdsüzlük maddi və mənəvi bütün tərəqqilərin qarşısındakı ən böyük əngəl, ən böyük maneədir.
Zərərli vərdişlərin və hipodinamiyanın qarşısının alınmasında namaz profilaktik vasitə kimi
Son zamanlar cəmiyyət üçün tibbi sosial problem olan zərərli vərdişlər (siqaret çəkmək, spirtli içki, uyuşdurucuların qəbulu və s.) sosial dezadaptasiya nəticəsində gənc nəslin sağlamlığında pisləşməyə doğru meyl qeyd olunur ki, bu da onlarda funksional imkanların, dəyərli yaradıcılıq fəaliyyətinin azalması, hərbi xidmətə yararsızların və əlillərin sayının artmasına səbəb olur. Sosial dezadaptasiya gənclər arasında bir sıra xəstəliklərin – narkomaniya, toksikomaniya, QİÇS, dəri – zöhrəvi və s. xəstəliklərin yayılmasına şərait yaradır.
İSLAM, CƏMİYYƏT, UŞAQ və TƏRBİYƏ
Bu gün hər bir uşaq ən pis şeyləri belə asanlıqla öyrənə bilər. Bunun qarşısını almaq mümkün deyil; ancaq burada əsas olan “yaxşılıq adına nə öyrədə bilərik?”sualına cavab tapa bilməkdir. Uşaq televiziyadan, internetdən, qəzetlərdən, jurnallardan, küçələrdən və ən əsası da məktəb yoldaşlarından (yanlış olanlardan) pislik adına nə varsa öyrənir. Pislik insanın nəfsinə daha xoş gəldiyindən və bədən üzvləriylə bütünlük təşkil etdiyindən öyrənmək daha asan və zövqlü olur.
DİNLƏRARASI DİALOQA QURAN MÖVQEYİNDƏN YANAŞMA
Son illərdə beynəlxalq terrorizm və dini ekstremizm gurultusu, etnik təmizlənmənin artması, həmçinin milli dövlətlərin zəifləməsi fonunda təcavüzkar separatçı hərəkatların fəallaşması “tarixin sonu” barədə ideyaya inamı azaltmışdır. Mədəniyyətlərin vahid şəklə salınmasına, bazar münasibətlərinin və Qərb modelli açıq cəmiyyət dəyərlərinin hər yerdə yayılmasına çoxsaylı cəhdlər ənənəvi dəyərlərin simasında ciddi maneəyə rast gəldilər.
QURANİ-KƏRİMİN ECAKARLIĞI VƏ ÜSLUBU
Peyğəmbərlər tarixinə nəzər saldıqda hər peyğəmbərə öz ümmətini imana gətirməsi üçün müəyyən möcüzələrin və digər insanlarda müşahidə olunmayan bəzi üstünlüklərin verildiyini görürük. Məsələn, İsa peyğəmbərə (əleyhissəlam) müxtəlif zöhrəvi xəstəlikləri müalicə etmək, korların gözünə nur gətirə bilmək möcüzəsi verildiyi halda, Musa peyğəmbərə sehrbazlığın yayıldığı bir cəmiyyətdə əsanı əjdahaya çevirmə bacarığı, eləcə də bəlağətli danışıq qabiliyyəti, əsası ilə qeyri-adi şəkildə öz qövmü üçün su təmin etməsi qabiliyyəti , Allahın sonuncu elçisinə isə yaşadığı bəlağətli nitqin geniş yayıldığı cəmiyyətdə ərəbləri söz deməkdə aciz qoyan Qurani-Kərim verilmişdi.
ƏXLAQ
Əxlaqın müxtəlif tərifləri mövcud olmaqla bərabər bu fərqli təriflərin ortaq xüsusiyyətləri də vardır: Əxlaq, insanın özü ilə, insanlarla və ümumilikdə bütün canlı aləmlə münasibət və davranışlarını ehtiva edən dəyərlər bütünü, hər hansı bir cəmiyyətdə gözlənilməli qaydalar, həyata keçirilməli iş və vəzifələr, bir sözlə, cəmiyyət üçün yararlı bütün davranışlardır.
PROBLEMLƏRƏ QURANİ ÇÖZÜM
Lazım gələndə qardaşının saçını – saqqalı yolub qövmünün azma səbəbini araşdıracaqsan. Musa olub azan qövmünü 40 il səhralarda süründürəcəksən. Korlarla, ölülərlə bir məmləkətdə yaşadığında İsa olacaqsan. Kor gözlərə məlhəm, ölü qəlblərə çarə tapacaqsan.
ÇIXIŞ YOLU
"Bir çətinliklə qarşılaşdığınız zaman..."
KÖYNƏYİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM
Allah hər Rəsulunu sınadı. “Sınanmadan cənnətə girəcəyinizimi sandınız?“ deyərək bizə də xəbərdarlıq etdi. Ey iman edənlər! Sınanacaqsınız… Rəsullarımı sınadığım kimi sizi də sınayacam; xəstəliklə, sərvət və iqtidarla, övladla, Züleyxalarla…
Əxlaqa və etiqada söykənən davranışlar
Bəşər övladına təbiəti etibarilə yaxşı və pis əməl sahibi olmaq, günaha yol vermək, həmçinin, yaxşılıqdan sonra minnət qoymaq, başqasının yaxşı əməllərini onun bircə pis hərəkətindən dolayı unutmaq kimi xüsusiyyətlər də xasdır. Mələklərdən fərqli şəkildə nəfs, dərketmə və düşünmə qabiliyyəti ilə təchiz edilən insan bütün bu xüsusiyyətlərini yaradıldığı torpaqdakı münbitlik, şoranlıq, sərtlik kimi özündə əks etdirir:
Muta məsələsi və İslamda evlilik
Evlənmək, ailə sahibi olmaq hər bir gəncin arzusudur. Bu, ailə quran cütlük qədər bütövlükdə cəmiyyət və bəşəriyyət üçün də əhəmiyyətlidir. Elə İslam dininin də ailə həyatının qurulması və nizamına dair bir çox əmr, tövsiyə və qadağaları ehtiva edən öz doktrinası vardır. Əksər hallarda evlənə biləcək yaşa çatmış gənclər ailə qurmaq istədikdə bir sıra çətinlik və maneələrlə üzləşirlər.
Boşanma - sosial problem kimi
İslamda talaq (boşanma) hüququ ilk növbədə kişiyə verilmişdir. Ancaq bununla belə, qadına da ərinə müəyyən miqdar vəsait ödəyərək, onu boşamasını tələb etməsi, bu məqsədlə məhkəməyə müraciət etməsi kimi haqqlar da tanınmışdır. Ümumiyyətlə dörd cür talaq vardır:
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.