O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə bir daha onu təkrar etməzlər.
[Ali imran, 135]
Müsəlman, insanların əlindən və dilindən əmin olduğu insandır.
[Tirmizi, İman 12]
Sadəcə iman edib Saleh əməl işləmək insanı "yaxşı" edər. Haqqı və səbri tövsiyə etmək isə insanı "aktiv yaxşı" edər.
[Hikmətli sözlər]
.
CƏNNƏTƏ GİRMƏK ÜÇÜN OTUZ SƏBƏB
«Cənnətə girmək üçün otuz səbəb» adlı bu risalədə – Allahın fəziləti ilə insanlarin cənnətə girməsinə səbəb olan əməllərin zikr edildiyi bir çox ayə və səhih hədisləri topladım. Ancaq burada etiqadı nə qədər olursa olsun bir insan sayılacaq əməlləri yerində yetirdiyində bu əməllər onun cənnətə girməsinə kəfildir mənası qəsd edilmişdir.
GÜNÜMÜZÜN BƏLASI - FALÇILIQ
Günümüzün ən aktual problemlərindən olan sehr, fal, cadu və s. bu kimi insanları günaha sürükləyən haram əməllər haqqında Azerislam teoloqlarına onlarca suallar gəlmişdir. Həqiqətən də bu mövzunun üstündən ürəkağrısı duymadan keçmək olmur. Çünki cəmiyyətimizdə dinimizə zidd olan bu əməllərin qarşısını almaq bir yana, təəssüflər olsun ki, onların reklamına da geniş yer ayrılır. Televiziya kanallarımızdan qəzet səhifələrimizədək bütün mətbuatımızda bunun şahidi oluruq. Müsəlman xalqımız isə dini tədris və təbliğin kasadlığı üzündən özləri də bilmədən bu günahlara şərik olur. Biz Azerislam ailəsi olaraq bu dəfə sizə millətimizin bir nümayəndəsi olan müsəlman qardaşımızın falçılıq haqqında sualını və teoloqumuz tərəfindən ona verilən ətraflı cavabı təqdim edirik.
OXUCULARIN NƏZƏRİNƏ
Bütün Azerislam oxucularının nəzərinə! Son vaxtlar bir çox oxucularımız bizə müraciət edərək şəhərdə bəzi dini yazılar çap olunmuş vərəqlərin sonunda azerislam.com yazısına rast gəldiklərini bildiriblər. Azerislam.com bütün oxucularının nəzərinə çatdırır ki, internet saytmızda yazılmamış və hansısa vərəqələr şəkilində buraxılmış kağızlara görə məsuliyyət daşımır. Əgər bir yazı görsəniz və onu Azerislam.com -da tapmasanız bilin ki, bu Azerislamın işi deyil. Diqqətinizə görə təşəkkür edirik.
ZIKRLƏR
1. Yuxudan oyanarkən deyilən zikrlər «Əlhəmdu lilləhi-l-ləzi əhyənə bə’də mə əmətənə və ileyhi-n-nuşur» (Həmd-bizi öldürdükdən sonra dirildən Allaha məxsusdur, və biz ona qayıdacağıq» (Buxari. Bax «Fəthul Bəri» (11/113); Müslüm (4/2083).
GÜNDƏLİK DUALAR
İxtiyarınıza verilmiş bu risalədə gündəlik həyatında hər bir müsəlmana lazım olacaq zikrlər toplusu cəm edilmişdir. Bu zikrləri hər gün etmiş insan sanki özünə bir müdafiə qalası tikmiş olur ki, bu da günümüzdə hər birimizə şeytani vəsvəsələrdən qorunmaq üçün əvəzsiz vasitədir.
ALLAHIN NAZİL ETDİYİ MÜSTƏCƏB DUALAR
Allahın adlarının və sifətlərinin doğruluğuna inanmaq Allah-təalaya iman gətirməyin ərkanlarından biridir. Allahın adını vasitə edib dua etmək ibadətdir: "Ən gözəl adlar ( əsmai- hüsna ) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl - Əraf,180)
XRİSTİAN MISSİONERLƏRİNİN 2005-ci İL PLANLARINDAN..
Təkcə 2005-ci ildə xristianlığı vəsf edən 600-dək məqalə çap olunmalıdır. Orta məktəb şagirdlərinin 40 faizi dərslərə cəlb edilməlidir. Şəhər xəstəxanalarında, xüsusilə özəl klinikalarda çalışan tibb işçilərinin təxminən 5 faizi xristianlığı qəbul edib. Yayılan ədəbiyyatlar pulsuz paylanır. Təbliğatda küçə ticarətində çalışanlardan da istifadə olunur. Nazirliklərə dönər daşıyan məntəqələrin əksəriyyətində belə ədəbiyyatlara rast gəlmək mümkündür.
QURBAN VƏ ONUN HÖKMLƏRİ
Müsəlmanların ən gözəl ikinci bayramı olan "Qurban bayramı" münasibəti ilə təqdim etdiyimiz risalə, bu ibadət növünü olduğu kimi yerinə yetirməyə zəmin yaradacaq. Risaləni oxumaqla siz, qurbanın necə kəsilməsini, hansı heyvan növlərindən kəsilməsini, bu ibadəti edərkən hansı halların bəyənilməməsini, ibadət zamanı edilən duaları, qurbanlıq heyvanların hansı şərtlərlə seçilməsini və s. məlumatları əldə edəcəksiniz. Bütün müsəlmanları qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edirik, Allah qatında etdikləri ibadətlərin və kəsdikləri qurbanların qəbul olunmasını arzulayırıq. Gəlin, bu müsəlman bayramımızı digər yalançı bayramlardan fərqli olaraq dinimizə layiq keçirək. Qurbanlar kəsib imkansız bacı və qardaşlarımıza paylayaq ki, onlar da bayramı layiqincə keçirə bilsinlər. Dinimiz birlik dinidir. Bir olaq!
BAYRAMINIZ MÜBARƏK
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!) Əs-sələmu aleykum müsəlman bacı və qardaşlarımız! Bu gün bütün dünya müsəlmanlarının iki möhtəşəm və gözəl bayramından biri olan Qurban bayramıdır. Bu bayram münasibəti ilə bütün dünya müsəlmanlarını, azerislam oxucularını və ümumilikdə bütün müsəlman bacı və qardaşlarımızı ürəkdən təbrik edirik! Allah bu gün həcc mərasimini başa vuran müsəlmanların həccini və onların kəsdikləri qurbanı qəbul etsin! Amin! O cümlədən həcc etmək imkanı olmayan, lakin evində qurban kəsən müsəlmanların qurbanlarını qəbul etsin və onlara da həcc edib öz qurbanlarını o müqəddəs yerlərdə kəsməyi nəsib etsin! AMIN! Allah millərimizə hidayət versin!
MÖMİNİN SİLAHI DUA
Sübhəsiz bütün insanlar dua və Allaha sığınmağı xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır. Dua, möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı rədd etdiyi sağlam qalasıdır. Dua, yolunu itirmişlərin, hüznlü və zülmə düçar olanların sığınağıdır. Onlar bu qalaya sığınıb onda qərar tutarlar. Dua, ən böyük ibadətlərdən biridir. Sadiqlik ilə dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan üz çevirir. Qəlbi ilə onlara yönəlmir. Çünki qullar onu üçün nə zərər, nə fayda, nə ölüm, nə həyat, nə də başqa bir şeyə qadir ola bilməzlər
Başqa ibadətgahlardan fərqli olaraq məscid - qadağan olunmuş yerlər istisna olmaqla - hər yerə şamil edilir. Peyğəmbər (s.ə.s) demişdir: "Mənə beş (xislət) verilmişdir ki, bunlar məndən əvvəlki peyğəmbərlərə verilməmişdir. "..... yer üzü mənim üçün pak və məsciddir. Belə ki, ümmətimdən hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır....." (əl-Buxari və Muslim) Doğrudan da məscidlər İslam şüarlarını yaymaq üçün Allahın çox sevdiyi, imanın qorunduğu, tövhidin yayıldığı bir yerdir. Din bütövlükdə məscidlə bğlı olduğuna görə onun özünə məxsus ədəbləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:
CƏMİYYƏTİ UÇURUMA SÜRÜKLƏYƏN BƏLA - ZİNA
Əziz oxucular, dində vacib olan bəzi məsələləri sizə xatırlatmaq, özünün də xəbəri olmadan yavaş-yavaş şeytanın dalınca addım-addım gedən soydaşlarımızı gözləyən təhlükələrdən hamınızı xəbərdar etmək məqsədi ilə bu risaləni yazmaq qərarına gəldik. Bu dəfəki mövzumuz indiki dövrümüzdə əvvəlki vaxtlara nisbətən daha da aktuallaşan, tarixdə sayı bizə məlum olmayan qədər cəmiyyətləri daxildən sarsıdıb məhv edən bir məsələ barədə olacaq. Sizə olan bu dəfəki müraciətimizlə millətimiz, dövlətimiz, cəmiyyətimiz ən nəhayət və ən əsası müsəlman ümmətimiz üçün ən dəhşətli silahlardan da qorxulu olan əxlaqsızlıqdan və zinakarlıqdan söhbət açacaq, bu əməlin törədə biləcəyi fəsadları haqqında sizi bir daha məlumatlandıracağıq. Həmişə olduğu kimi bu dəfə də toxunduğumuz problemin meydana gəlmə səbəblərini ortaya qoyacaq və onun aradan qaldırılması yollarını sizlərə çatdıracağıq.
AZERİSLAM İLİN ƏN YAXŞI SAYTI OLDU
Allahın salamı ilə sizləri salamlayırıq əziz oxucularımız. Bir ay bundan əvvəl Azərbaycan internetinin inkişafına həsr olunmuş "Birinci Milli İnternet Mükafat NETTY"yə "Azərbaycan Gənc Reportyorlar Birliyi"nin ilk layihələrindən biri olan Azerislam da qatıldı. Biz oxucularımıza bu barədə məlumat verdik və yüzlərlə dünyavi internet saytları arasında qaliblərdən olmaq üçün onların səslərinə ehtiyacımızın olduğunu bildirdik. Dəyərli oxucularımız bizi tək qoymadı, davamlı olaraq Azerislama səs verdilər, "Elm və Təhsil" kateqoriyasında ilk üçlüyə düşdük. Bundan sonra isə NETTY akademiya üzvləri 10 kateqoriya üzrə ilin ən yaxşı internet saytlarını təyin etdilər. Aprelin 2-də keçirilən mükafatlandırma mərasimində "Elm və Təhsil" nominasiyasında Azerislam.com ilin ən yaxşı Elmi resursu elan olundu.
İNGİLTƏRƏDƏ "MUHƏMMƏD" ADI
Bu xəВbəВri oxuВyanВda bəlВkə siz də məВnim ilk dəВfə oxuВyub təВəcВcübВlənВdiВyim kiВmi heyВrətВlə qarВşıВlaВyaВcaqВsıВnız. ÇünВki mən bu inВforВmaВsiВyaВnı oxuВyanВda əvВvəl səhv oxuВduВğuВmu zənn edib bir də oxuВdum. AnВcaq yaВnılВmaВdıВğıВmı üçünВcü dəВfə oxuВyanВda baВşa düşВdüm. BeВlə bir xəВbər özüВnü müВsəlВman saВyan hər kəВsi ən azı seВvinВdirВməВli və düВşünВdürВməВliВdir. ÇünВki bir Qərb ölВkəВsinВdə, həm də əhaВliВsiВnin əkВsəВriyВyəВtiВnin başВqa diВnin mənВsubВlapВrınВdan ibaВrət olВduВğu bir soВyuq dövВlətВdə beВlə həВqiВqəВti onВlaВrın öz qəВləm əhВliВnin bilВdirВməВsi çox əhəВmiyВyətВli məВsəВləВdir.
MƏŞHUR İSLAM ALİMLƏRİNİ TANIYAQ - əl-BUXARİ
O, uşaq ikən kor olur. Anası gecə-gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə aparır və hədis elminə olan həvəsinə görə onu Məkkə şəhərində qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman əl-Buxari artıq yetmiş min hədis əzbər bilirdi. Artıq 18 yaşında o «Tarix» kitabını yazır. Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə, Bağdad və bir çox başqa yerlərə səyahət edir.
FIQH HAQQINDA ANLAYIŞ VƏ ŞƏRIƏT HÖKMLƏRININ NÖVLƏRI
Fiqh kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir. İstilahi (şəriət baxımından) mənası: Quran və Peyğəmbərin (s.ə.s) sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm.
TƏHARƏT
Ömər ibnu-l-Xəttab (Allah ondan razı olsun! - radıyallahu anhu - r.a) dedi: В«Rəsulullahın: "Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür (Günah və ya savab qazanır). Kimin hicrət etməsi Allah və Onun rəsulu(nun buyuruğunu yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu(nun razılığını qazanmaq) üçündür (Onun savabını Allah verir). Kimin ki, hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır (İstədiyinə yalnız bu dünyada nail olur) " - dediyini eşitdimВ» (əl-Buxari, 1; Müslim, 4904).
"NAMAZI ATMIŞAM. ƏSLINDƏ NAMAZ MƏNI ATIB"
Oxucularımızdan biri bizə belə bir sualla müraciət etdi. - Salam. Mən də vaxtı ilə namaz qılır ULU TANRI-mıza sitayiş edirdim. Təəssüf ki, hamının dilində desək namazı atmişam ,amma əslində namaz məni atıb desək daha düzgün olar. Bunun da səbəbi ondan ibarətdir ki, kimisi mənə sünni, kimisi isə şiə namazı qılırsan deyirdi. Eləcə də sən möhürlə və ya möhürsüz qılmalısan sözlərini də eşitmişdim. Bundan əlavə sən namazı səhv qılırsan, əslində sən 5 və ya 3 dəfə qılmalısan da deyirdilər . Bu nə qədər düzgündür.Və əslində mən dəqiq bilmək istərdim, yəni namaz belə qılınır və bunu deyişmək olmaz... Sual. Axı necə düzgündür? Əvvəlcədən təşəkkürmü bildirirəm. Allah sizdən razı olsun.
MƏŞHUR İSLAM ALİMLƏRİNİ TANIYAQ - MÜSLİM
Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Peyğəmbərin (s.ə.s) hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir.
BAKIDA AĞIR YOL-QƏZA HADİSƏSİ - ÖLÜM HƏR AN BİZİ İZLƏYİR
Bu gün saat 12:16 radələrində Bakıda, İstiqlaliyyət küçəsində, Bakı Soveti metrostansiyasının qarşısında ağır yol qəza hadisəsi baş verdi. Hadisədə 3 avtomobil zərər çəkdi, 2 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya aparıldı. Bütün bu hadisələri Gənc Reportyorlar Birliyinin reportyoru operativ olaraq fotolente aldı. Bizi maraqlandıran və heyrətləndirən isə bir neçə məsələ oldu ki, indi sizlərə bu barədə danışmaq istəyirik.
ƏHMƏD HÜSEYN DİDAT - BÖYÜK İMAN VƏ İSLAMA XİDMƏT DOLU HƏYAT
Əhməd Didat, 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfər getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfərə etdi.
Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda Islam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür.
İÇİNDƏ ALKOQOL OLAN QATIĞI İÇMƏK OLARMI?
Azərbaycanda fəaliyyət göstərən "MPRO" şirkətinin istehsal etdiyi "Kefir Osetinskiy" süd məhsulunun tərkibində alkoqol olduğu göstərilir. "Kefir Osetinskiy" qatıq paketinin üzərində, hər 100qr məhsulun tərkibində yağ və kalori olduğu kimi, 0.6 faiz alkoqol da olduğu yazılıb. Süd məhsullarında da alkoqol olmağı bizi çox maraqlandırdı. Bir müsəlman kimi, yeyinti məhsullarının tərkibində alkoqol olması adamı təəccübləndirməyə bilməz. Bəs onda müsəlman kəs normal qəbul etdiyi və həmişə istifadə etdiyi məhsullarda, təsadüfən alkoqol olduğunu aşkar etsə necə hərəkət etməlidir?
PEYĞƏMBƏR (S.A.S) MƏSCİDİ GENİŞLƏNİR
"Khaleej-Times" qəzetinin Ciddə şəhərindən verdiyi məlumata görə, Muhəmməd Peyğəmbər (S.A.S)-in Müqəddəs Mədinə şəhərində yerləşən məscidinin sahəsini genişləndirmə və abadlarşdırma işlərinin xərci 4.7 milyard Səudiyyə Riyalına (təxminən 1.28 milyard dollar)...
MÜSƏLMAN ÜMMƏTİ ÖZ İZZƏTİNİ NECƏ QAYTARSIN?!
Babalarımız və müsəlman əcdadımız düşmən qarşısında yenilərkən, məğlubiyyətin səbəblərini araşdırar, hansı əməllərin bu məğlubiyyətə gətirib çıxardığını aydınlaşdırardılar. Əgər Peyğəmbərimiz (S.A.S)-in sünnətindən hansısa birinə əməl etməyiblərsə və yaxud hansısa sünnəti səhlənkarlıqdan buraxıblarsa və yaxud da hansısa sünnəti pozublarsa, tez bu səhvi düzəldərdilər. Sünnəti həyata keçirməyə, etdikləri səhvi düzəldib yenidən Rəsulullahın yolunu doğru olaraq davam etməyə tələsərdilər. Onlar bu ümmətin tərbiyəsini...
HİCAB GEYİNMƏYİN SİRRİ
Müsəlman bacılar, Allahu Təala qadına örtünməyi və hicab geyinməyi əbəs yerə əmr etməmişdir. İslami geyim tərzinin hikməti və sirləri böyükdür. Fəzilətləri isə tərifə layiqdir. Hicab geyinməyin faydası və məqsədi ucadır. Bunların hamısını bir neçə sətirlə sizlərə çatdırmağı özümüzə borc bilirik:
HƏSƏD...ONUN MƏNASI, HÖKMÜ, TƏSİRİ, SƏBƏBLƏRİ VƏ ƏLACI
Həmd və səna olsun aləmlərin rəbbi olan Allaha, Salat və Salam olsun peyğəmbərlərin ən şərəflisi Muhəmmədə: Allahu Təala müsəlmanlar arasında bir-birlərinə məhəbbət hissi yaratdı və bunun ixlaslı olması üçün, yalnız Allah rizasına sevənlərdən bu məhəbbəti qəbul edəcək. Məhz Allah üçün bir-birlərini sevənləri qiyamət günü Öz ərşinin kölgəsi altında toplayacaq. Allah üçün olan bu məhəbbət müsəlmanlar arasında bəzi hüquqları muhafizə etməyə sövq etdi. Beləki, müsəlmanlar bir-birlərinin malını, canını, namus və qeyrətini...
RAMAZAN AYINI NECƏ QARŞILAYAQ
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, həmd olsun Onaki bizə bu xeyrli və müqəddəs ayları bəxş etdi. Həmd olsun Onaki, Ramazan ayını bərəkətli, fəzilətli bir ay etdi və bizləri bu ayda ibadətlərə və xeyir əməllərə çağırdı. Həmd olsun Onaki, bizlərə hədsiz-hüdudsuz nemətlər bəxş etdi və bizi bu bərəkətli aylarda Ona daha çox yaxınlaşmağa çağırdı. Həmd və səna yalnız O Uca Allahadır. Allahın salatı və səlamı olsun Onun qulu və rəsulu Muhəmmədə, xəlq olanların ən xeyirlisi və şərəflisinə, namaz qılanların və oruc tutanların ən fəzilətlisinə. Səlat və salam olsun onun əhlinə və səhabələrinə, eləcə də tabeyinlərə.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.