O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə bir daha onu təkrar etməzlər.
[Ali imran, 135]
Müsəlman, insanların əlindən və dilindən əmin olduğu insandır.
[Tirmizi, İman 12]
Sadəcə iman edib Saleh əməl işləmək insanı "yaxşı" edər. Haqqı və səbri tövsiyə etmək isə insanı "aktiv yaxşı" edər.
[Hikmətli sözlər]
.
Fitrət üzərində doğulmaq
Hər doğulan uşaq yalnız fitrət üzrə doğular. Sonra atası, anası onu ya Yəhudi, ya Xristian, ya da Məcusi edər.
[Buxari, Təfsiru'l Quran, Rum surəsi, 1]
Fitrət üzərində doğulmaq
O halda sən üzünü bir müvahhid olaraq dinə, Allahın o fitrətinə çevir ki, O, insanları bunun üzərinə yaratmışdır. Allahın yaratdığında bir dəyişiklik görə bilməzsən. Bu gerçək bir dindir, lakin insanların çoxu bilməz.
[Rum, 30]
Fitrət üzərində doğulmaq
İnsan fitrətinə üsyan etmədən, küfürdə israr etməz.
[Özlü sözlər]
VİCDAN TƏLƏBƏSİ
"Nəfsinin müəllimi, vicdanının şagirdi ol"
ZAMAN OĞRUSU
"Vaxt öldürmək ən bahalı əyləncədir"
TƏQVA
Quranda törəmələri ilə birlikdə 258 ayədə yer alan «təqva» kəlməsi, İslamın təməl qavramlarından və əsas qanunlarından biridir. Quranın israrla üzərində dayandığı imanı bir davranış formasıdır. Təqva, həm imanın yaşanması, həm də imanın həyatdakı görüntüsüdür. İman etmək insanlığın vəzifəsidirsə təqva da imanı gücləndirən və onu praktik şəxsiyyət halına dönüşdürən şüurdur.
FƏRQ
"Yumurta içəridən qırılarsa həyat başlayar"
DİN NƏDİR?
İslam dinində zülmə riza göstərmək yoxdur. Axirət üçün Allaha, dünya üçün tağuta qulluq etmək yoxdur. Göylərin hakimiyyətini Yaradana, yerlərin hakimiyyətini yaradılmışa buraxmaq yoxdur. Bu dində «Mən həm müsəlmanam, həm kapitalistəm», «Mən həm müsəlmanam, həm sosiolistəm»… demək, İslam dini ilə yanaşı başqa bir dini, başqa bir ideologiyanı, başqa bir «izmi» qəbul etmək yoxdur.
QAZANANLAR ÇALIŞANLARDIR
"Saleh əməl kimi üstün ticarət, savab kimi əbədi qazanc yoxdur"
ÖZÜNƏ HAKİMSƏNMİ?
"Ən böyük hakimiyyət özünə hakim olmaqdır."
NAMAZ YOXSA SALAT?
Quranda tez-tez rast gəldiyimiz hər salat kəlməsini namaz qılın olaraq anlamadığımız kimi, namazı iqamə edin ayəsini də sadəcə dua edin olaraq anlamamalıyıq. Allaha dua etmək bir ibadət olduğu kimi, namaz qılmaq da başqa bir ibadətdir və bu ibadətlər bir - birindən fərqlənir. Doğrudur namazda oxuduğumuz Fatihə surəsi bizə necə dua etməyimizi öyrətdiyi kimi, özü də başqan sona bir duadır. Kimdən və nə istəməyi öyrədən bir dua. Namaz isə bu dualın felə çevrilmiş halıdır.
DƏSTƏMAZ
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı. Cünüb isəniz qüsl alın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
AYAQLARIN MƏSH EDİLMƏSİ
Məsh, dilimizə toxunmaq və ya silmək mənasında tərcümə edilə bilər. Heç bir məzhəbdə ayaqlara məsh edilməz deyə bir görüş yoxdur, məsh məsələsində ittifaq var. Bu mövzuda ixtilaf, çılpaq ayaqla, üzərində bir şey olan ayaq arasındadır. Cəfərilərin çılpaq ayağa fərz bildiyi məshi digər məzhəblər corab və ayaqqabı üzərinə edilməsini doğru hesab edirlər.
ÜMMƏTİ MUHƏMMƏDİ DƏVƏT
Gələn nə üçün gəldiyini bilməli, gedən nə üçün getdiyini bilməli. Gələrkən düşünməyənlər, gedərkən də düşünməzlər. Emosiyaları onlara «oyun» oynadar. Hansı hava çalınırsa çalınsın onlar yenə «heyvagülü» rəqsinin ritminə oynarlar.
NAMAZ VAXTLARI
Ərəb toplumunda «gündüz» deyilərkən anlaşılan vaxt günəşin doğuşundan batışına qədər olan zamandır. «Gecə» deyilən zaman isə günəşin batışından doğuşuna qədər olan zamandır. Ayədən də anlaşılan kimi gündüz iki namaz fərz qılınıb. Eyni ayənin ardında «gecənin zülfələrində də namazını qıl» deyilir. Zulfə kəlməsi bir şeyin bir - birinə yaxınlığını ifadə edir. Zulfə cəm mənasındadır. Gecə namazı ən azı 3 vaxtdadır: məğrib, işa və sübh. Fərz əmrlər «ən az»a görə tətbiq edilir.
AĞIL ƏN BÖYÜK NEMƏTDİR
"Heç düşünməzmisiniz?"
MÜNAFİQ
Qurani Kərim inanc baımından insanları bir neçə qrupa ayırır: cahillər, fasiqlər, münafiqlər, müşriklər, kafirlər, müsəlmanlar, möminlər… Hər bir qrup haqqında Allah detallı məlumat verir, cahili kafirlə, münafiqi müşriklər eyni tutmağımızı istəmir. Bu qrupdakılar hər birinin özünü necə «adlandırmasının» əhəmiyyəti yoxdur. Önəmli olan Allahın onu necə adlandırmasıdır.
KİTAB ƏHLİ
Quran tamamlanmış, din İslam olaraq birlənmişdir. Bu gün artıq biz də kitab əhliyik. Bizim də bir kitabımız, bu kitabı təbliğ edən bir Rəsulumuz vardır. Bu gün yəhudi və xiristianların düşüdüyü tələyə biz də düşürük. İçimizdən çox az bir qismi iman etmiş, geridə qalanlar özlərini müsəlman hesab etsələr də islamın önə sürdüyü qanunlara əməl etmədən yaşayır, kitab əhlinin qınandığı halları tətbiq edirlər. Artıq aramızda heç bir fərq qalmayıb. Biz eyni yoldan getdiyimiz halda yolumuzun başqa, fərqli olduğunu zənn edərək sadəcə və sadəcə özümüzü azdırırıq.
MÜTƏRCİM
"Danış ki, kim olduğun bilinsin"
İÇİMİZDƏKİ QƏFƏS
"Nəfsə üsyan et..."
İFTİDA – QADININ BOŞANMA HAQQI
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır». (Nisa, 128)
BÜTLƏŞDİRMƏ!
"Bütü tərk et..."
HABİLMİYİK, QABİLMİ?
Biz kimik? Sualın cavabını anlamaq üçün verdiyimiz sədəqələrə, etdiyimiz əməllər bir nəzər salaq. Allah adına düzənlənən toplantılara, konfranslara sevgilimizlə görüşə getdiyimiz kimimi gedirik, yoxsa qaynanamızla görüşə getdiyimiz kimimi? İbadətlər bizim üçün nədir? Çiynimizdə daşıdığmız bir meyidmi, yoxsa qəlbimizdə daşıdığımız bir sevgimi? Qabilmiyik, Habilmiyik?
QURANA GÖRƏ NAMAZ
İslam insanlığın dinidir. İnsanlar bu dində ixtilafı Kitaba baxaraq düzəltdiyi müddətcə doğru dinin doğru təqibçiləri ola biləcək, məzhəblərə parçalandıqları kimi dinə də parçalanaraq bir – birindən qopmayacaqlar. Ortaq bir dinin ortaq mənsublarıyıq. Allah bizim üçün din olaraq İslamı seçib. Biz özümüz üçün yeni bir seçməyək.
OXU Kİ, ANLAYASAN
"OXU!"
QÜSUL, TƏHARƏT, TƏYƏMMÜM
Namazın şərtlərindən bir də hadəstən təharətdir. Hadəstdən təharət deyiləndə dəstəmaz, qüsul və ya təyəmmüm nəzərdə tutulur. Bu, sonradan yaranmış maddı kirliliyin təmizlənməsi mənasına gəlir.
İZİNİZ VARMI, İZİNİZ?
"Yaşa..."
HƏYATINI İNŞA ET!
"Elm - həyatın sütunudur."
EV'LİZİNİZMİ?
Allah ilk məbədə «Evim» dedi. Kəbədəki məbədi Beytullah adlandırdı. Bizi evinə çağırdı. Bizi evində topladı. Orada bizə əmin-amanlıq vəd verdi. Evini ziyarət etməyi insanlıq üzərindəki haqqı bildi. İbadətin mərkəzinə evi qoydu. Uzaqda olanlara ibadət edərkən üzünüzü Evə çevirin dedi. Evini ziyarətə gələnləri evin ətrafına təvaf etdirdi. Evin başına dönmədən ibadət tamamlanmaz deyə bir qanun da qoydu.
QİSSƏDƏN HİSSƏLƏR
Allah bizə nəbilərindən danışır. Biz örnək alaq deyə. Allah bizə bir ağacın dəyişim potensialından danışır. Adəmə günah olan ağac Musaya "əsa" oldu, İbrahimə "balta", Nuha "gəmi". Bizim üçün o ağac hələ də Adəmin yasağıdırmı? Ya "yasaq acağa yaxınlaşma!" əmrinə tabe olub bütün ağaclardan üz döndərmişik? Ona görəmi dənizləri bölüb keçə bilmirik? Ona görəmi Firounlara boyun əyirik?
MƏDİNƏ
Mədinəyə mütləq gedin. Amma öncə qəlbinizi, özünüzü mədinələşdirin. Gedərkən xəyalınızı da özünüzlə aparın. Gördüklərinizin sizi xəyal qırıqlığına uğradacağını bilsəniz belə mütləq gedin. Gedin ki, orada dua edə biləsiniz. Gedin ki, bütləri yenidən qırmaq cəsarətiniz olsun. Bədirdə söz verin, Uhudda and için, Xəndəkdə özünüzlə şeytanınız arasında çala qazın.
ÖLÜNCƏ MÜSƏLMAN OLMAQ
Bizim toplumun qəribə bir adəti var: Firoun kimi yaşayb, müsəlman kimi ölmək. Nədənsə insan öləndən sonra onun «müsəlman» olduğu xatırlanır, həmən çadırlar qurulur, qazanlar asılır, molla adlandırılan adamlar dəvət olunur və məclis başlayır. Ölən üçün ömründə qılmadığı cənazə namazı qılınır, bəlkə həyatında heç bir dəfə də dinləmədiyi Yasin oxunur, rəhmətdən payı olmasa da gələn - gedən «Allah rəhmət eləsin!» deyib, inanmadıqları cənnətə gedəcəyini murad edir, ruhuna bir Fatihə verib evlərinə dağılışırlar.
SƏN DƏ ÖLDÜNMÜ, DOSTUM?
Yenidən dirilişin doğuluş halıdır ölmək. Ana bətnindəki kimi doğuluşunu gözləyərsən qəbrində. Tək fərqi istədiyin kimi təkmə-tokat ata bilməməyin. Amma ümidlə gözləyərsən doğulmağını, cənnəti xəyal edərsən. Səslər duyarsan ətrafdan cavab verə bilməzsən. Ya da darıxasan kimlər üçünsə, gəlsin səsini duyasan deyə həsrətlə gözləyərsən.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.