Tez-tez yenilənən audio bölməyə "HANI MÜSƏLMANLARIN İZZƏTİ?" adlı səsli mühazirə əlavə olundu... Dinləyin ki, faydalı elmə sahib olasınız...
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.

Əl-Ənkəbut 45


Bir adam Allah rizasını umaraq ailəsini təmin edərsə, ailəsi üçün xərclədiyi onun üçün sədəqə olar.

Buxari və Müslim


Fürsətlər də buludlar kimi tez gəlib gedər.
 
Abunə olmaq
İmtina etmək
Ən böyük zülm nədir?

Valideynlərə qarşı çıxmaq
Qohumluq əlaqələrini kəsmək
Özünə qarşı günah işlətmək
İnsanların haqqlarını taptalamaq
Allaha şərik qoşmaq
Namaza qilmamaq

Nəticələrə bax

MÜSƏLMAN QADIN RAMAZAN AYINDA VAXTINI NECƏ KEÇİRMƏLİDİR
[ əxlaq / 2111 dəfə baxılıb ]   
 

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun aləmləri Yaradan Allahu Təalaya, Salat və Salam olsun Onun qulu və rəsulu Muhəmmədə (s.a.s).
Vaxt bir sərvətdir, kasıbın da var zənginin də, hakimin də var vətəndaşın da, lakin çox təəssüfki bu sərvət çoxları tərəfindən ehmal olunur. Gecə və gündüz eyni müddətdə hamının ömründən gəlib keçir, insanlar arasında fərq qoymur.
Qur'ani Kərimi oxuyan və ayələrini diqqətlə nəzərdən keçirən kimsə görərki, Allahu Təala insanın vaxtına böyük əhəmiyyət vermişdir, xüsusilə də gecə və gündüzün insan həyatındakı roluna. Peyğəmbərimiz (s.a.s) buyurmuşdurki: "Qiyamət günü 4 şey haqqında soruluncaya qədər heç bir qulun ayağı yerdən tərpənməyəcək: Ömrünü nəyə sərf etdi, gəncliyini nə ilə keçirdi, malını hardan qazandı və hara xərclədi" (Tirmizi rəvayət etmişdir)
Fikir versək sualların yarısı demək olarki insanın vaxtı və zamanına aiddir.
Bu mübarək ayda isə vaxtın əhəmiyyəti daha da artır, başqa aylarda vaxtını hədər keçirən kimsə əsasən bu ayda öz vaxtını tənzimləməyi bacarmalıdır. Vaxtından elə istifadə etməlidirki, işlərini elə nizama salmalıdırki hər şeyin uyğun vaxtı olsun, heç nə boşa getməsin və sonra vaxtı geri qaytarmaq da mümkün olmasın.


Əziz və hörməli müsəlman bacı!
Qeyd etdiyimiz kimi Ramazan ayında vaxtın əhəmiyyəti daha da artır, amma təəssüfki müsəlman qadınlar bu ayda vaxtlarını çox hədər keçirirlər. Gecələri söhbət və qiybətlə, gündüzləri də ya yatmaqla ya da seriallar izləməklə.
Müsəlman bacım, əgər vaxt xeyir və faydayla keçməzsə mütləq onun əksinə olaraq ziyanla keçəcəkdir. Allahın rəhməti və nemətidirki bizlərə, ömrümüz 60 yaxud 70 ildir. Əvvəlki ümmətlərin ömürləri 200-300 ildən çox olardı. Rəvayət olunurki, Peyğəmbərlərdən biri yolla keçərkən, ölmüş balasına ağlayan bir qadına rast gəlir. Balası ölərkən 200-dən çox yaşı varmış. Peyğəmbər ona deyirki, bəs sən ömürləri altmışla yetmiş arasında olan bir ümmətə çatsaydın nə edərdin. Qadın cavabında: mən həmin ömrü bir səcdədə keçirdərdim - demişdi.
Bu da bir nemətdir bacım, ömrümüz çox uzun deyilki tez bir zamanda ibadətlərimizi edək, xeyir əməllərimizdən axirətimiz üçün qazanaq. Allahın bu müsəlman ümmətinə etdiyi ən böyük rəhmətindən də biri odurki, ömrümüzü qısa etsə də bizlərə bəzi aylar və mövsümlər təyin edibki, bu mövsümlərdə edilən ibadətlər aylarla və illərlə edilən ibadətlərə bərabərdir, buna misal Qədr gecəsi ola bilər. Bir gecə edilən ibadət min ay edilən ibadətdən xeyirlidir.
Müsəlman bacım, unutmakı müsəlman qadının evində etdiyi işi və uşaqlarını tərbiyəsi də özü böyük bir ibadətdir. Ramazanda isə çalış vaxtını bir az tənzimlə. Adi bir ev işi görən zaman hətta, Allahı zikr et, dilin daim Allahı zikr etməklə nəm olsun.
Vaxtın hədər getməsin deyə hər bir xeyir əmələ əzm və himmətlə başlamalısan. Hər an və hər əməlində Allahdan qorx və bilki O Ulu Tanrı sənə daim nəzarət edir və etdiyin hər bir əməldən xəbərdardır.
Ölümü daim xatırla və bilki bir gün sən də öləcəksən, heç olmasa bu dünyada özünlə bir miqdar xeyir əməl apar. Bir də unutmaki, hər an ölə bilərsən, ona görə də çalış həmişə yaxşi iş tutki öləndə də həmin yaxşi işin üstündə öləsən, pis bir əməl etdiyin yerdə deyil.
Qonşuluqdakı ya da rəfiqələrindən olanların yaxşıları ilə otur-dur. Elə rəfiqələrlə oturki, onlar sənə Allahı xatırlatsınlar, axirəti xatırlatsınlar, yaxşı əməllər etməyi xatırlatsınlar, səni günah işlər etməyə və qiybətə sövq etməsinlər.


Bu Ramazan fürsətdir ey müsəlman bacılar, xeyir əməllərə can atın, gec olmamış və son nəfəslərimiz gəlməmiş vaxtınızdan istifadə edin!

    
 


  TƏQVA EVİNİZİ SÖKMƏYİN!

  GEDİRSƏN…

  ORUCLUĞUN VƏ BAYRAMLARIN TƏYİN EDİLMƏSINDƏ OLAN İXTİLAFA CAVABLAR

  RAMAZANDA QAZANAN VƏ İTİRƏN

  RAMAZAN AYININ SON 10 GÜNÜ

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:54
GÜNƏŞ 07:26
ZÖHR [ 4 rükət ] 12:26
ƏSR [ 4 rükət ] 15:02
MƏĞRİB [ 3 rükət ] 17:23
İŞA [ 4 rükət ] 18:52
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]