Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar".
[əz-Zumər, 39: 9]
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Asanlaşdırın, çətinləşdirməyin. Rahatlaşdırın, nifrət oyatmayın”.
[ Səhihdir ]
Hər kim gənclik vaxtı elm öyrənməyin məşəqqətinə qatlanmazsa ömrü boyu cəhalətin qədəhindən içər. Hər kim də elmi tərk edərsə onun üçün 4 təkbir gətirin. Çünki o, artıq ölmüşdür.