Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir.
(əl-Bəqərə 2/158)
Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu : "Allah rəhməti yüz yerə böldü. Doxsan doqquzu onda qaldı, birini isə yerə göndərdi. Və bu bir hissə ilə məxluqlar bir-birlərinə rəhmət edirlər. Hətta heyvan balasını tapdalamaq qorxusundan ayağını qaldırır"
(Buxari, Muslim)
Insanlar öncə pul qazanmaq üçün sağlamlığını, sonrada sağlamlığını qazanmaq üçün pullarını verirlər.
Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib. Estoniyada “Quran”ın ilk nəşri bir günə satılıb. Min nüsxədən ibarət “Quran” kitabının ilk tirajı Tallindəki kitab mağazalarında cəmi bir gün qalıb.
"Rəbbin üçün namaz qıl və qurban kəs!" ("əl-Kövsər" surəsi, 2-ci ayə) "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür". ("əl-Ən'am" surəsi, 162-ci ayə)
Zilhiccə Qəməri ayının doqquzuncu günü Ərəfa günüdür. Yəni Qurban bayramından bir gün öncə mənasına gəlir. Bu gündə zəvvarlar Arafat dağına çıxırlar. Zəvvarların burdakı duruşlarına Vəqfə deyilir.
Aləmlərin Rəbbi Allaha həmd və şükürlər olsun ki, müsəlman ümmətinə çox nemətlər və çox fəzilətlər verib ki, bunları öncəki ümmətlərə verməyib. Bu fəzilətlərdən biri də, bizlərə müxtəlif ibadət və xeyir vaxtları təyin etməsidir. Bunlardan, Ramazan bayramı, Qədr gecəsi, Aşura günü, Zilhiccə ayında Həccə getmək, Zilhiccə ayının ilk 10 günü, Şəvval ayından 6 gün oruc tutmaq, Bayram namazları, Cümə günləri və sairə.
Həsrətlə gözlənilən Həcc ziyarətinin başlanmasına barmaqla sayılacaq günlər qalıb. Ziyarətçilər bu məsuliyyətli ibadətin həyəcanını lap dərindən hiss edir və səfər üçun yol hazırlıqları ərəfəsindədirlər. Lakin gəlin Ömərin oğlu Abdullahın (r.a) bir sözünü yada salaq: “Yola çıxanlar çoxdur, Həcc edənlər isə azdır.”
Artıq Həcc ziyarətinə çox az bir vaxt qaldı. Azərbaycandan da bir çox zəvvzrların bu ziyarətə yola düşmələrini nəzərə alaraq oxucularımızın nəzərinə Həcc ziyarətinin ərkanlarından təqdim edirik. Allahdan istəyimiz budur ki, Həccə gedən müsəlman qardaş və bacılarımızı sağ-salamat bu ziyarəti ixlasla başa vurub geri qayıtmalarında onlara kömək olsun. Amin!