Səslənmək, çağırmaq, Allaha yalvarmaq, ondan kömək istəmək dua adlanır. Dua insanda fitri bir prosesdir . Bu səbəbə görə də bütün dinlərdə mövcuddur. Üstün bir varlığa inanan hər bir insan müxtəlif formada dua edər. İnsanlar həyatları boyunca, öhdəsindən gələ bilməyəcəkləri bir çox hadisələrlə qarşılaşır, kədər, sıxıntı və ümidsizliyə məruz qalırlar. Uca Allah belə buyurur:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus 10/12)Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər (Loğman 31/32)Bu ayələrdən də göründüyü kimi, dua fitridir və xüsusilə də sıxıntılı anlarda Allaha dua etmək, sadəcə səmimi olaraq Allaha inananlara xas bir durum deyildir. Hətta Allaha ortaq qoşanlarda çətin zamanlarında Allaha yönələr və ona dua edərlər.
Dua etdikdən sonra insan qəlbində yüngüllük, fərəh hiss edir. İstəyinin həyata keçəcəyinə ümidi artır. Bu yönü ilə dua, insana bir şəfa və ruhi bir qida verir və onu sağlam edir. Bu səbəblədir ki, dua etməyən toplumlar ruhən çökmüş toplumlardır.
Ayə və hədislərdə dua təşviq edilmişdir.
Uca Allah belə buyurdu: Mənə dua edin, sizə cavab verim (duanızı qəbul edim) (Muminun 23/60) Peyğəmbər (s.a.s) buyurmuşdur: Allah qatında duadan daha şərəfli bir şey yoxdur.
(Tirmizi, Daavat 1, İbn Macə Dua,1) Dua eyni zamanda bir ibadətdir. Dua ibadətin özüdür.
(Tirmizi, əl-Bəqərə surəsi təfsiri, 16)O halda dua sadəcə Allaha edilməli, arada başqa bir vasitəçi olmamalıdır. Necə ki, namazın hər rükətində Fatihə surəsində təkrar etdiyimiz: Sadəcə sənə ibadət edər və sadəcə səndən yardım diləyərik
(əl-Fatihə 1-4) buyurulur.
Bəndələrdən istəniləcək yardım onların gücləri daxilində olan bir şey olmalıdır. Güclərinin çatmadığı bir şey onlardan istənilə bilməz. Hətta qulların güclərinin daxilində olan bir şeyin edilməsini özlərindən istədiyimiz zaman belə əsl səbəbin Allah olduğunu, Onun razılığı olmadan o şeyin gerçəkləşməsinin mümkün olmadığını bilmək lazımdır.
Allah insana şah damarından daha yaxındır və Onun insana mərhəməti, bir ananın övladına olan mərhəmətindən daha çoxdur. Bir ayədə belə buyurulur:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (əl-Bəqərə 2/186) Duanın məğzi Allahdan istənən məsələylə əlaqəli olmalıdır. Məsələ: Yemək duası ayrıdır, yolculuğa çıxanda ediləcək dua fərqlidir. Bir çox mövzuda Peyğəmbər (s.a.s) dən nəql edilmiş dualar mövcuddur. Quranda keçmiş peyğəmbərlərin duaları zikr edilir. Müəyyən dualarla dua edildiyi kimi, insanın özünün könlündən keçən dualarla da dua etmək olar. Ancaq bəlli davranışlarda ; məsələ qəbir ziyarətində yeməkdən sonra, yeni bir libas geyinəndə, yolçuluğa çıxarkən Peyğəmbər (s.a.s) dən nəql edilmiş dualarla dua etmək həm sünnət həm də daha gözəldir.
Dua edən insan bunu könüldən etməli, duasında gözəl şeylər istəməli, özü də bunun həyata keçməsi üçün cəhd etməlidir. Məsələn: Duasında Allahın əmrlərinə itaət edən səmimi bir müsəlman olmağı ifadə edirsə, hərəkətləri ilə də belə bir müsəlman olma cəhdində olmalıdır. Bir hədisdə belə buyurulur:
Bilin ki, Allah Təala Ondan qafil bir qəlbin duasını qəbul etməz.
(Tirmizi,Daavat,64)Şübhəsiz ki, Allah insanın qəlbindən keçənləri və ehtiyaclarını bilir. Ancaq dil ilə dua etmənin insanın özünün tərbiyəsinə təsiri vardır. Ayrıca dua Allahın bir əmrinin yerinə yetirilməsidir, bir ibadətdir. Qurani Kərimdə Allah Tala ona necə ibadət ediləcəyini qullarına öyrədir, rəsulların dualarını bizə xəbər verir. Gerçəkdən bilmədiyimizi və ən gözəlini öyrədən Allahdır.
Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! (əl-Bəqərə 286)Əyyub əleyhissəlam "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" Zəkəriyyə əleyhissəlam
Rəbbim, məni yalnız buraxma... (əl-Ənbiya, 21/89) Adəm (a.s)
"Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq" (əl-Əraf 7/23) deyərək dua etmişdilər.
Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur". (Yusif 12/101) Yusif peyğəmbər belə dua etmişdir.
Dua yalnız Allaha edilir. İstək və yardım sadəcə Allahdan istənilir. Allahdan başqasından kömək istəyən müşrikdir.
Peyğəmbər (s.a.s) buyurmuşdur: Ümmətimdən yetmiş min insan sorğusuz-sualsız Cənnətə girəcək. Bunlar rukyə (dua edib xəstəyə üfürmə) tələb etməyən, dağlayaraq müalicə etməyən, hadisələri uğursuzluqla yozmayanlar və Allaha təvəkkül edən kimsələrdi.
(Buxari, Tib 18, Müslim İman, 371,372) Yəni möminlər ancaq “Bizə Allah yetər” deməlidir. Bütün peyğəmbərlər ən çətin vəziyyətlərində yalnız Allaha sığınmışlar. Bunu da namazla etmişdilər. Çünki dua əsas olaraq namazdadır və davamlılığı vardır.
İnsan öldüyü zaman artıq əməli kəsilir. Yalnız üç şey xaricində davam edən sədəqə, fayda qazanılan elm və dua edən saleh övlad.
(Müslim, Vəsiyyət, 14) Peyğəmbər (s.a.s) ümmətindən ona dua etməsini istəmişdir.
Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın. (əl-Əhzab 33/56 ) deyə əmr etmişdir.
Cahil insanların bir qismi Allahdan başqasından kömək diləməyi elə bir hala gətiriblər ki, qəbirlər duada şirk vasitəsinə çevrilmişdir.
Xalqın, seyidlərin, övliyaların qəbrində növbə ilə dayanıb onlardan kömək diləmələri şirk və bidətdir. Möminlər eyni ilə müşriklərin və bidət əhlinin etdiyi kimi ölüyə yalvarmaz, onlardan ehtiyaclarının qarşılanmasını istəməz, qəbir başında edilən duanın evdə ediləndən üstün olduğuna inanmaz, bu kimsələrə and içərək Allahdan nə isə tələb etməzlər.
Allah bizə yetər o nə gözəl vəkildir deyərlər.
(Ali-İmran, 3/173) Dinin əsası da budur. Salat ərəbcə “dua” deməkdir. Ey Peyğəmbər Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir. (ət-Tövbə 9/103)
Duada istədiyinə qovuşma və qorxulardan qurtulma istəyi vardır. Bu da ancaq Allahdan istənir. İslam alimləri bidət dua şəkillərini belə təsvir etmişdilər: Ölü və ya qeyb olan birindən kömək istəmək. Ey filankəs mənə kömək ol, tövbəmi qəbul et, demək şirkdir. Peyğəmbər və salehlərdən, ölmüş və ya qeyb olan birinə mənim üçün Allaha dua et demək bidətdir. Ölülərdən mədət umulmaz. Qəbirləri ziyarətdə ölülərə ancaq salam verilə bilər. Allaha, Ey Rəbbim səndən filankəsin xatirinə mənə kömək ol demək qadağan olunmuşdur. Çünki, yardım Allahdandır.
(Ənfal 8/10) Duanın ədəbi:
Peyğəmbər (s.a.s) dən Allahı soruşmuşdular: Cavab olaraq Allah buyurdu ki:
(Ya Rəsulum!)
Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
(əl-Bəqərə 2/186)Uca səslə dua edənlərə Peyğəmbər (s.a.s) belə buyurmuşdur. Ey insanlar özünüzə gəlin. Çünki siz bir karı və ya uzaqda olanı çağırmırsınız, hər şeyi eşidən və çox yaxın olana dua edirsiniz. Sizin dua etdiyiniz sizə miniyinizin boynundan daha yaxındır.
(Buxari, Cihad,131) Qul duasında Allah ilə arasında heç bir əngəl, heç bir vasitə olmadığını bilir; dua edərkən yalnız Allahı düşünür. Qəlb başqa bir şey ilə məşğul ikən dua etmək faydasızdır. İnsan dua edərək Allaha yönəldiyində diləyi, Allahdan istədiyi şeylərin gerçəkləşməsinə kömək edəcək səbəblərin yaradılmasıdır. Yəni bəndə öz əməli ilə yaxınlaşmazsa etdiyi duanın mənası olmaz. Tənbəlliyə adət etmiş biri ruzi üçün dua edə bilər, ancaq öncə onun çalışması lazımdır. Duada riya (göstəriş) olmaz. Duanın tez bir zamanda qəbul edilməsinə tələsmək lazım deyil. Heç bir dua boşa getməz. Ən gözəl sözlərdən biri “La havlə və la quvvəta illə billəhdir.
Könüldən, gizlicə bağırmadan, səmimiyyətlə dua edilir.
Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (əl-Əraf, 7/75)Çox zaman insanların yanında ağlayaraq dua etmək riyaya gətirib çıxarır. Bundan çəkinmək lazımdır.
Allah köməyə ehtiyacı olan müsəlmanların duasını qəbul etsin inşallah.
Cavid Musayev
İlahiyyatçı