Diqqət, diqqət! Kitabxanamız artıq yeni kitablarla zənginləşir. "Dua və Əhkamları", "Alimlərin ixtilafı", "Cümə namazı" və "Ölümə qədər" adlı elmi bilgilərlə imanınızı artırın...
İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.

əl-ənkəbut 7


Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizdən biriniz dua etdiyi zaman qəti bir istək ilə dua etsin. "Allahım istəsən mənə ver" deməsin. Çünki Allahı buna məcbur edəcək bir şey yoxdur"

(Səhih Buxari, Daavat 21; Muslim, Zikr 7)


Yalnız çətin anlarında Allaha dua edənin misalı 30 gün işə gəlməyib 31-ci gün maaş almağa gələnin misalı kimidir.
 
Abunə olmaq
İmtina etmək
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?

Düzgün mövqe tutub mubahisəyə qoşularam
Dini bilgilərimin az olduğunu nəzərə alıb mübahisəyə qarışmaram
Müsəlmanların mübahisə etdiyinə dözə bilmədiyim üçün oradan uzaqlaşaram
Onlara sakitləşməyi və məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm
Onları Allah xatirinə barşdıraram
Məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm və özüm də müzakirəyə sübütlarla hazırlaşaram

Nəticələrə bax

YUXU DA ÖLÜM KİMİDİR
[ Müxtəlif / 1525 dəfə baxılıb ]   
 
Yuxuya kiçik ölüm adı da verilib. Həqiqətən yatmış insanla ölən arasındaki fərq çox da fərqli deyil. Məsələn: yatan insan eşitmir, ölən insan da həmçinin, yatan insan görmür, ölən insan da görmür və s. Oxşar cəhətləri misal çəkmək olar. Bunu daha yaxşı anlamaq üçün isə Allahın Kitabına müraciət edək.

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. [Zumər, 42]

Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir: “Axır zaman yaxınlaşdıqda müsəlmanın gördüyü yuxular çox vaxt doğru çıxacaq. Ən doğru yuxuları ən doğru danışanlar görəcək. Müsəlmanın yuxusu peyğəmbər yuxusunun qırx beş hissəsindən biridir. Və ümumiyyətlə yuxu üç cür olur:
gözəl yuxu Allahdan gələn bir müjdədir;
xoşagəlməz yuxu şeytan tərəfindəndir;
və bir də insanın çox fikirləşdiyi bir şeyi yuxuda görməyi.
Hərgah sizdən biriniz xoşagəlməz bir yuxu görmüşdürsə, qalxıb Allaha dua etsin və bu yuxunu heç kəsə danışmasın.” (Səhih Muslim)

– Bir qadın Peyğəmbərin (s.a.s.) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Yuxuda gördüm ki, Cənnətə düşmüşəm. Orada bir səs eşitdim ki, o səsdən Cənnət titrədi. Filankəsin oğlu filankəs, filankəsin oğlu filankəs deyilərək on iki kişinin adları sadalandı. Sonra onlar əyinlərindəki köhnə paltarda, boyun damarlarından da qan axa-axa gətirildi və deyildi: “Aparın onları əl-Beydəc yaxud əl-Beydəh çayına!” Onları gətirib bu çaya saldılar. Onlar çaydan çıxanda üzləri bədirlənmiş on dörd gecəlik ay kimi gözəl idilər. Sonra qızıldan olan kürsülər gətirildi və onlar bu kürsülərin üstündə əyləşdilər. Habelə boşqabda yemək də gətirildi və onlar bu yeməkdən yedilər. Üstəlik hansı böyrü üstə çevrilirdilərsə o tərəfdə də istədikləri meyvələrdən yeyirdilər”
Elə bu vaxt Peyğəmbərin (s.a.s.) göndərdiyi qoşundan bir müjdəçi gəlib dedi: “Başımıza belə-belə işlər gəldi. Filankəs, filankəs .... şəhid oldu”. O, qadının dediyi adları bir-bir sadaladı. Peyğəmbər (s.a.s.) dedi: “O qadını yanıma gətirin!” Qadın onun yanına gəldikdə dedi: “Yuxunu buna danış!” Qadın gördüyü yuxunu danış¬dıqda müjdəci: “Bəli, o dediyi kimidir”- dedi.

– Buxarinin tələbələrindən biri rəvayət edir ki: “Yatmışdım. Yuxuda gördüm ki, Peyğımbər s.ə.s. və səhabələr məhşərdə dayanıblar. Gözləyirlər. Peyğımbərə s.ə.s. salam verdim. O da mənim salamımı aldı. Dedim ki: “Ya rəsulaallah nə istəyirsiniz? Nə üçün çıxıb getməyirsiniz?” Mənə dedi ki: “Biz Məhəmməd ibn İsmail əl Buxarini gözləyirik”. Ayıldım gəldim Buxariyə bu şad xəbəri çatdırım. Sən demə həmən vaxt, Peyğəmbərin s.ə.s. məni müjdələdiyi vaxt o vəfat edibmiş”.

Böyük Azərbaycan şairi Nizami Gəncəvi də bu mövzuda belə yazıb:

Gələndə son yuxu, bitəndə tabım,
Güllərim tökülsə, qalsın gülabım.
Dilimə Sən Özün bəxş et şəhadət,
İşimin sonunda tapım səadət.


«Xosrov və Şirin», səh: 29.

Əlixan Musayev, teoloq – Azerislam.com
“BURHAN” yayım evi
    
 


  TƏKƏBBÜRLÜK (ÖZÜNDƏN RAZILIQ)

  ELMİR QULİYEV: “DİNƏ MÜRACİƏT EDƏRƏK ÖZ ETİRAZINI BİLDİRMƏK DƏB HALINI ALIB”

  ŞABAN – RAMAZANA HAZIRLIQ AYIDIR

  FƏRZ ET Kİ, ÖLDÜN... (yenilənir)

  RƏCƏB AYI VƏ UYDURULMUŞ BİDƏTLƏR

 

 ayə(lər)

 nə axtarırsınız?
 
FƏCR [ 2 rükət ]05:32
GÜNƏŞ 07:07
ZÖHR [ 4 rükət ] 13:41
ƏSR [ 4 rükət ] 17:22
MƏĞRİB [ 3 rükət ] 20:14
İŞA [ 4 rükət ] 21:44
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]