Qarşıdan RAMAZAN gəlir. Siz bu aya necə hazırlaşırsınız? "RAMAZANA HAZIRLIQ, 1-2" adlı səsli mühazirələr səhifəmizə əlavə olundu...
İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

əl- Bəqərə 2/185


Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizdən biriniz dua etdiyi zaman qəti bir istək ilə dua etsin. "Allahım istəsən mənə ver" deməsin. Çünki Allahı buna məcbur edəcək bir şey yoxdur"

(Səhih Buxari, Daavat 21; Muslim, Zikr 7)


Ramazan -müsəlman ay təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar fərz olan oruc tuturlar. Bu ayda Müqəddəs Quranın nazil edilməsi başlanmışdır və böyük Bədr döyüşü baş vermişdir. Bu ayın son on günlüyünün bir gecəsi Qədr gecəsi adlandırılmışdır.
 
Abunə olmaq
İmtina etmək
Ramazan ayını hansı şəkildə keçirtməyi planlaşdırırsınız?

Çox vaxtımı Allaha ibadət etməyə sərf edəcəm
Ay ərzində Quranı əvvəldən sonuna qədər oxuyacam
Öz nəfsimlə mübarizə aparacam
Qohumluq əlaqələrini möhkəmlətmək məqsədilə vaxtımı onların əhatəsində keçirəcəm
Bir çox pis əməl və vərdişlərdən əl çəkəcəm
Yalnız oruc tutacam
Bu ayı da digər aylar kimi keçirəcəm

Nəticələrə bax

TƏKƏBBÜRLÜK (ÖZÜNDƏN RAZILIQ)
[ Müxtəlif / 97 dəfə baxılıb ]   
 
Kibir göstərmə, kibrlənmə,özünü başqasından üstün görmə, inad edib haqqı qəbul etməməyə təkəbbürlük (özündən razılıq) deyilir.
Təkəbbür ərəbcə bir kəlimədir və kə-bə-rə kökündən əmələ gəlmişdir. Təkəbbür bu kökdən törəyən “təkəbbərə” felinin məsdəridir. Təkəbbürün ziddi təvozəkarlıqdır.
Quranın müxtəlif ayələrində Uca Allah təkəbbürlü olmağı qınamış, özlərini başqalarından üstün qəbul edib, başqasına xor baxan insanları tənqid etmiş və bu tip davranışların doğru olmadığını bildirmişdir.
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular". (əl-araf 7\146)
Bu ayədə ifadə edildiyi kimi, keçmiş peyğəmbərlərin zamanında təkəbbürlə hərəkət edib, Allah yolundan uzaqlaşanlar, ilahi əmirlərdən və peyğəmbərlərin təbliğlərindən məhrum olmuşdular. Bu gündə təkəbbürlə hərəkət edib Peyğəmbər (s.a.s) in yolundan və onun bizə əmanət olaraq buraxdığı Qurandan üz çevirənlər, ilahi hikmətlərdən məhrum olacaqlar. (Seyyid Qutub, fi zilali Quran, Beyrut III,67)
Peyğəmbərlər belə təkəbbürlük edən, özlərini başqasından üstün görən insanların şərrindən Allaha sığınmışdılar.
Musa dedi: "Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!" ( Ğafir 40\27)

Yer üzündə lovğalananlara, kibir və qürurla öyünənlərə, axirət günündə belə deyiləcəkdir: İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!" Təkəbbürlülərin yeri necə də pisdir!
(Ğafir 40\76)

Peyğəmbər (s.a.s) də təkəbbürlük edən insanlar haqqında söyləmişdir.
Qəlbində xardal toxumu dənəsi boyda belə kibir olan kimsə, Cənnətə girməz, və yenə qəlbində xardal toxumu dənəsi qədər imanı olan insan da Cəhənnəm atəşinə girməz (Əbu Davud Libas 26)
Bu hədisdə iman ilə kibirin əsla bir arada olmayacağı anlaşılır. Təkəbbürün olduğu yerdə iman, imanın olduğu yerdə təkəbbür ola bilməz.

Uca Allah Quranın başqa ayəsində mömin qullarına səslənmiş, heç kimsənin başqa kimsəni xor görməməsini istəmiş və bəlkədə xor gördüyü insanlar onlardan daha üstün ola biləcəklərini xəbər vermişdir.
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
(əl -hucurat 49\11)

Təkəbbürlük şeytanın lənətlənməsinə səbəb olan pis bir duyğudur. Kibir və qürurun nəticəsində təkəbbürə qapılaraq, Allahın əmrinə üsyan etmişdi. Quranda bu xüsus Allah tərəfindən belə xəbər verilmişdir:
Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. (əl-bəqərə 2\34)

Buna görə, təkəbürrlük duyğularına qapılaraq, Allahın əmr və yasaqlarından qaçan, ilahi əmrlərə təslim olmayan insanlar iblisin varisləridir. Onlar haqqı, tövhidi doğrunu itirmiş, batil yanlış, təhlükəli və zərərli olan bir yola sapmışlardır. Nəfsi duyğularına qapılmış arzu və istəklərinin əsiri olmuşlar.
Allah bizi təkəbbürlü olmaqdan qorusun. Amin.
    
 


  RAMAZAN AYI GƏNCLƏR ÜÇÜN BİR FÜRSƏTDİR

  LOĞMAN (a.s.)

  TƏKƏBBÜRLÜK (ÖZÜNDƏN RAZILIQ)

  ELMİR QULİYEV: “DİNƏ MÜRACİƏT EDƏRƏK ÖZ ETİRAZINI BİLDİRMƏK DƏB HALINI ALIB”

  ŞABAN – RAMAZANA HAZIRLIQ AYIDIR

 

 ayə(lər)

 nə axtarırsınız?
 
FƏCR [ 2 rükət ]05:35
GÜNƏŞ 07:09
ZÖHR [ 4 rükət ] 13:40
ƏSR [ 4 rükət ] 17:20
MƏĞRİB [ 3 rükət ] 20:11
İŞA [ 4 rükət ] 21:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]