Qarşıdan RAMAZAN gəlir. Siz bu aya necə hazırlaşırsınız? "RAMAZANA HAZIRLIQ, 1-2" adlı səsli mühazirələr səhifəmizə əlavə olundu...
İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

əl- Bəqərə 2/185


Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizdən biriniz dua etdiyi zaman qəti bir istək ilə dua etsin. "Allahım istəsən mənə ver" deməsin. Çünki Allahı buna məcbur edəcək bir şey yoxdur"

(Səhih Buxari, Daavat 21; Muslim, Zikr 7)


Ramazan -müsəlman ay təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar fərz olan oruc tuturlar. Bu ayda Müqəddəs Quranın nazil edilməsi başlanmışdır və böyük Bədr döyüşü baş vermişdir. Bu ayın son on günlüyünün bir gecəsi Qədr gecəsi adlandırılmışdır.
 
Abunə olmaq
İmtina etmək
Ramazan ayını hansı şəkildə keçirtməyi planlaşdırırsınız?

Çox vaxtımı Allaha ibadət etməyə sərf edəcəm
Ay ərzində Quranı əvvəldən sonuna qədər oxuyacam
Öz nəfsimlə mübarizə aparacam
Qohumluq əlaqələrini möhkəmlətmək məqsədilə vaxtımı onların əhatəsində keçirəcəm
Bir çox pis əməl və vərdişlərdən əl çəkəcəm
Yalnız oruc tutacam
Bu ayı da digər aylar kimi keçirəcəm

Nəticələrə bax

ŞABAN – RAMAZANA HAZIRLIQ AYIDIR
[ Digər günlər / 1344 dəfə baxılıb ]   
 
Bütün islam aləminə məlumdur ki, qarşıdan Ramazan ayı gəlir. Müqəddəs sayılan bu mövsüm, Allahın ona yaxınlaşmaq istəyən qulları üçün bir fürsətdir. Ramazan, ibadətlərin qarşılığında savabların yüksək faizlə verildiyi və Allaha yaxınlaşmaq üçün bütün yolların asanlaşdırıldığı bir aydır. Allahu Təala əzəldən, hər şeyi yaradandan ilin 12 ayının bir ayını bu cür xüsusiləşdirdi.

12 aydan ibarət olan ilin bir ayı Ramazan mövsümü üçün xüsusiləşdirilib ki, Allahu Təalanın rəhməti, bərəkəti və lütfü Ona itaət edənlərə daha bol olsun.

Ramazan ayında Allah rizası üçün görülən əməllərin savabları qat-qat artıq verilir. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunur ki, belə buyurub: «Kim onda (Ramazan ayında) könüllü olaraq bir xeyir iş görərsə, sanki başqa aylarda fərz əməl görmüş kimi olar. Kim onda (Ramazanda) bir fərzi edərsə, sanki başqa aylarda 70 fərzə əməl edib.»

Bu ayda görülən bütün ibadət və fərz əməllərinin savabı, başqa ayda görülənlərdən fərqli və üstündür. Xeyir əməllər isə məhdudiyyətsizdir. Camaatın istifadə etdiyi yolda əziyyət verən bir şeyi təmizləmək, insanlara daim təbəssümlə yanaşmaq, gözəl bir söz və ifadə, kimisə pislikdən çəkindirmə və ya kiməsə yaxşılıq etmək, kömək etmək, yoxsula əl tutmaq, başına iş gələnə dəstək olmaq, ərsiz qadınların problemlərini həll etmək, yetimə əl tutmaq, ata-ananın qayğısına qalmaq və sair kimi milyonlarla işlər xeyir əməllərə daxildir. Bu əməllərdən hər birini bircə dəfə etdikdə, sanki bir fərzi həyata keçirmişsən kimi savab qazana bilərsən. İndi təsəvvür et ki, sən Ramazanda hər fərz namazına, zəkata, Quran oxumağa və oruca görə nə qədər savab mükafat ala bilərsən?!

Hər hansı bir böyük və əhəmiyyətli işə və ya layihəyə başlamamışdan, ona qabaqcadan ciddi hazırlaşırsan, lazımi tədbirlər görürsən və öncədən edəcəyin işləri məşq edirsən. Yaxud götürək hər hansı idman oyunu komandasını, yarışa getməmişdən bir müddət əvvəl məşqlər keçirir, ciddi hazırlıqlar görür və məhz qələbəni əldə etmək üçün ən yüksək xal qazanmağı planlaşdırır. Buna, savaşa hazırlanan ordunu da misal gətirmək olar.

Məsələn, fərz namazlarından əvvəl Peyğəmbərimizin (s.a.s) sünnət namazlarına əhəmiyyət verməsini və bizə də bunu tövsiyə etdiyini bilirik. Bu sünnət namazları, fərz namazlarına hazırlaşmaq və daha ciddi yanaşmaq üçündür.

Peyğəmbərimiz (s.a.s) fərz sayılan Ramazan ayının orucu üçün də, öncədən tədbirlər və hazırlıqlar etməyi buyurub. O, (s.a.s) özü bu hazırlıqları həyata keçirərək müsəlmanlara göstərib və sanki onların əlindən tutub hazırlıq məşqələlərinə aparıb və onların nəfsini daxildən tərbiyə edib.

Ramazan ayından əvvəl Şaban ayı gəlir və məhz bu ayda Peyğəmbərimiz (s.a.s) Ramazan ayı orucları üçün özünü hazırlayardı. O (s.a.s), Şaban ayında çoxlu oruc tutardı. Məlumdur ki, Ramazan ayında yalnız orucla kifayətlənmirik, bundan əlavə gecə namazlarına qalxırıq, Qurani Kərim oxuyuruq. Məhz o əməllərə də indidən hazırlıqlar görmək lazımdır ki, Ramazan ayı daxil olduqda birdən-birə ağır ibadətlərə başlayıb, bir həftə sonra yorulub əldən düşməyək.
    
 


  RAMAZAN AYI GƏNCLƏR ÜÇÜN BİR FÜRSƏTDİR

  LOĞMAN (a.s.)

  TƏKƏBBÜRLÜK (ÖZÜNDƏN RAZILIQ)

  ELMİR QULİYEV: “DİNƏ MÜRACİƏT EDƏRƏK ÖZ ETİRAZINI BİLDİRMƏK DƏB HALINI ALIB”

  ŞABAN – RAMAZANA HAZIRLIQ AYIDIR

 

 ayə(lər)

 nə axtarırsınız?
 
FƏCR [ 2 rükət ]05:35
GÜNƏŞ 07:09
ZÖHR [ 4 rükət ] 13:40
ƏSR [ 4 rükət ] 17:20
MƏĞRİB [ 3 rükət ] 20:11
İŞA [ 4 rükət ] 21:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]