Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).
Hud 11/6
Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Bir birinizlə əlaqəni kəsməyin, bir birinizə arxa döndərməyin, bir birinizə kin tutmayın və həsəd etməyin. Ey Allahın qulları, qardaş olun. Bir müsəlmanın, din qardaşını üç gündən çox tərk edib ondan küsülü olması halal deyil"
Qafqaz Strateji Araşdırmalar İnstitutunun geomədəniyyət departamentin direktoru, müqəddəs Qurani-Kərimi rus dilinə tərcümə etmiş tanınmış ilahiyyatçı Elmir Quliyev ilə müsahibə Elmir müəllim, ölkəmizdə müsəlman icmalarının daxilində dini dözümlülüyün səviyyəsini necə dəyərləndirirsiniz? - İslam ənənəvi olaraq dini azadlığı qəbul edən mötədil bir dindir. Müqəddəs Quran inananlara bağışlamağı, mərhəmətli olmağı və pisliyə xeyirlə cavab verməyi buyurur.
Bütün islam aləminə məlumdur ki, qarşıdan Ramazan ayı gəlir. Müqəddəs sayılan bu mövsüm, Allahın ona yaxınlaşmaq istəyən qulları üçün bir fürsətdir. Ramazan, ibadətlərin qarşılığında savabların yüksək faizlə verildiyi və Allaha yaxınlaşmaq üçün bütün yolların asanlaşdırıldığı bir aydır. Allahu Təala əzəldən, hər şeyi yaradandan ilin 12 ayının bir ayını bu cür xüsusiləşdirdi.
İmam Əhməd bin Hənbəlin vaxtında yaşayan Haris əl-Muhasibi bu kitabında ayə və hədislər işığında oxucunun əlindən tutaraq ölümdən sonra başına gələcəkləri addım-addım yaşatmağa çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız.
Rəcəb ayı Hicri təqvim aylarının yeddincisidir. “Rəcəb” kəliməsi hər hansı bir şeydən utanmaq, qorxmaq, heybətindən çəkinərək hörmət etmək mənasını ifadə edir. Cahiliyyə dövrü ərəbləri bu ayda öz bütləri üçün qurban kəsərdilər. Ərəb ayları arasında müqəddəs sayılan bu ay “əşhurul-hurm”dan - haram aylardan biri sayılır. Haram aylarlarda müharibə etmək ərəblər arasında qadağan sayılırdı. Bu ənənə Məkkəlilərin bu aylarda məişət ehtiyaclarını və Kəbə zəvvarlərının təhlükəsizliyini təmin etməkdən ötrü idi. Hətta bu ənənə İslamın ilk dövrlərində də tətbiq olunurdu.
Geri qaytarılmaq şərti ilə verilən pul və ya əşyaya borc deyilir. Fiqhi termin olaraq “deyn” adlanır. İnsanların bir-biriləri ilə köməkləşmə yollarından biri də borc alıb verməkdir. Borc alıb vermə İslamda nağd pul kimi sayıla bilən, buğda, arpa kimi ölçülə bilən, yaxud qızıl, gümüş və ət kimi çəkilə bilən, mallarla da verilə bilər.
Qurani Kərimdə zikr olunan, israil oğullarına göndərilmiş peyğəmbərlərdən biridir. İsrail oğullarının Yahuda qəbiləsindən Yasanın səkkizinci oğludur. Bəşəriyyət hərə dəfə yolunu azıb zəlalət bataqlığına düşdüyündə, Allah təala onları bu bataqlıqdan xilas etmək üçün peyğəmbərlər yollamışdır. İsrail oğullarına da bir çox peyğəmbər göndərilmişdir.