İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
əl-ənkəbut 7
Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizdən biriniz dua etdiyi zaman qəti bir istək ilə dua etsin. "Allahım istəsən mənə ver" deməsin. Çünki Allahı buna məcbur edəcək bir şey yoxdur"
(Səhih Buxari, Daavat 21; Muslim, Zikr 7)
Yalnız çətin anlarında Allaha dua edənin misalı 30 gün işə gəlməyib 31-ci gün maaş almağa gələnin misalı kimidir.
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?
HƏQİQİ MÜSƏLMAN NECƏ OLMALI?
[ Müxtəlif / 1597 dəfə baxılıb ]
Həqiqi müsəlman, qul (bəndə) olduğunu bilir və qulluq (bəndəlik) vəzifələrini qüsursuz etməyə çalışır. Heç ölməyəcəkmiş kimi dünya, sabah isə öləcəkmiş kimi axirət üçün çalışır. Ailə-uşağını əxlaqlı və örnək (nümunəvi) bir müsəlman kimi yetişdiri, onlara Allah sevgisini, peyğəmbır sevgisini Qurani Kərim oxumasını öyrədir və təhsil almasına imkan yaradır. Yalnız qohum-əqrabası, dost və qonçuları ilə deyil, bütün insanlarla xoş davranır.
Həqiqi müsəlman dinin incəliklərini öyrənir, nemətlərə şükr edir, yediyi-içdiyi hamısı halaldır, heç kimin malına, canına, namusuna göz dikməz. Haqq yeməz, kimsəyə pislik etməz, ona pislik edənlərə səbr edər. Xəyanətin nə olduğunu bilməz. Həsəd edici qisqanc və təkəbbürlü deyildir. Bilərək və ya bilməyərək bir günah etsə dərhal tövbə edər. Böyüklərinə, ölmüş olan möminlərə, dostlarına və ailə, uşaqlarına həmişə dua edər.
Həqiqi müsəlman işlərinə son dərəcə diqqətlidir. Zamanını boş keçirməz,çalıçar.Fəqət ruzinin Allah Təaldan gəldiyini bilir. Boyun olduğu işi zamanında edər. Qul haqqından çox qorxar. Qüsurları əhf edər, sirləri ifşa etməz gizləyər. Heç vaxt zərərli söz söyləməz, yazmaz və oxumaz. Heç kimlə münaqişə etməz və qəlbini qırmaz. Allah bizi həqiqi müsəlmanlardan etsin. Amin