Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir.
(əl-Bəqərə 2/158)
Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu : "Allah rəhməti yüz yerə böldü. Doxsan doqquzu onda qaldı, birini isə yerə göndərdi. Və bu bir hissə ilə məxluqlar bir-birlərinə rəhmət edirlər. Hətta heyvan balasını tapdalamaq qorxusundan ayağını qaldırır"
(Buxari, Muslim)
Insanlar öncə pul qazanmaq üçün sağlamlığını, sonrada sağlamlığını qazanmaq üçün pullarını verirlər.