Zəkatı kimlərə vermək olar?
Sual: Zəkatı kimlərə vermək olar?
Cavab:
Zəkat iki qismə bölünür: 1) Fitrə zəkatı. Bu zəkat Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı təqribən üç kiloqramdır.
2) Varlıların öz mallarından verdikləri zəkat. Bu zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).
70. cavid (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz